Paytaxtda satılan qızılların 90 faizi saxtadır - Açıqlama
Tarix: 25-02-2015, 14:58 | Çap et
 “Qızılla bağlı dəfələrlə istehlakçılardan çoxsaylı şikayətlər almışıq. Dəfələrlə zərgərləri toplamışıq və komissiya yaratmağa cəhd göstərmişik. Onlar Azad İstehlakçılar Birliyinə məlumat verməkdən başqa əməli heç bir iş görə bilməyiblər. Ötən gün kiçik bir toplantımız keçirilib. Çoxlu sayda mallar gətirilib. Müəyyən olundu ki, qızıl bazarında istehlakçıların hüquqları həddindən çox pozulur.” Bu sözləri Analitik.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Birlik sədri qeyd edib ki, paytaxtın qızıl bazarında kiçik monitorinq də həyata keçiriblər. Monitorinqin nəticəsi isə vəziyyətin heç də yaxşı olmadığını göstərir: “ Monitorinqimiz nəticəsində məlum oldu ki, Bakının qızıl bazarında satışa qoyulmuş qızılların 90 faizi Əyyar Palatasının nəzarətindən keçməyib. Qızılın üzərində Əyyar Palatasının möhürü yoxdur. Əhali bilməlidir ki, Əyyar Palatasından nəzarətdən keçmiş qızılın üzərində dördbucağın içərisində ay-ulduz şəkli olan emblem olmalıdır. Bu, qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının Əyyar Palatasından yoxlamadan keçməsinə dəlalət edir. Yoxlamalarımız zamanı təxminən 90 faiz qızıl məmulatlarında bu göstərici müşahidə olunmadı.” E. Hüseynov açıqlamasında qızıl bazarında mövcud olan digər problemlərdən də söz açıb. Ona görə də AİB sədri istehlakçıları qızıl alanda diqqətli olmağa çağırıb: “Hissələrə ayrılan sırğaların birində istehsalçının əyyarı var, digərində isə yoxdur. İstehlakçı birinə baxır elə bilir ki, bu digərinə də şamil olunur. Hətta istehlakçını aldadıb sırğanın digərinə bijuteriya da qoşmaq olar. İstehlakçılar qızıl-brilyant dəstlər alan zaman baxmalıdırlar ki, ayrılan hissələrin hər birində istehsalçının əyyarı olsun.” AİB sədri xaricdən gətirilən qızıllarla bağlı da istehlakçıların aldadıldığını vurğuladı: “Xaricdən gətirilən qızılların ayrılan hər bir hissəsində istehsalçının əyyarı, kiçik birkalar və onların üzərində isə istehsalçının ştrix kodu olmalıdır. Bu məsələyə istehlakçılar fikir verməlidirlər. Azərbaycanda zərgərlərin hamısında demək olar ki, əyyar var. Döymə ilə vurulur və o əyyarı qoyub xarici mal adı altında satırlar.” Onun sözlərinə görə, qiymətli daşlar bazarında da vəziyyət ürəkaçan deyil. E. Hüseynov vurğuladı ki, bu sahədə də kifayət qədər problemlər var: “Üzükdə olan qaşlarla bağlı satıcı deyir ki, bu filan karatdır. Alıcının qaşı oradan çıxarıb çəkisini yoxlamağa imkanı yoxdur. İstehsalçıları bu sahədə çox ciddi aldadırlar. Təxminən bahalı daş-qaşlarda istehlakçıları karatla bağlı 30-40 faiz aldadırlar.” Birlik rəhbəri bu sahəyə nəzarət edən dövlət qurumunu da ittiham edib. O, belə bir məsələ ilə bağlı Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının səlahiyyətli şəxsləri ilə əlaqə yarada bilmədiyini bildirib: “Bu məsələlərə aydınlıq gətirmək üçün dəfələrlə Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının rəisi Adil Əhmədova zəng vurmuşam. Oranın ekspertiza şöbəsinə zəng vurub adamlarla danışmaq istəmişəm. Heç biri Azad İstehlakçılar Birliyi ilə əlaqəyə girmək istəməyib. Yalnız telefonun o tayında olan xanım sizi birləşdirəcəyik, sizinlə əlaqə saxlayacaqlar, deməklə kifayətlənib. Sizin sayt vasitəsi ilə Adil Əhmədova bildirmək istəyirəm ki, əhalinin aldadılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər.”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37 |
|
|
|
| • "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34 |
|
|
|
| • "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28 |
|
|
|
| • Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
| • “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21 |
|
|
|
| • Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10 |
|
|
|
| • "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50 |
|
|
|
| • Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37 |
|
|
|
| • “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35 |
|
|
|
| • “Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33 |
|
|
|
| • Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31 |
|
|
|
| • “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25 |
|
|
|
| • AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21 |
|
|
|
| • Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19 |
|
|
|
| • "Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • “Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12 |
|
|
|
| • Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04 |
|
|
|
|