Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                 

Dövlət Miqrasiya Xidmətinin rəisi haqda heyrətamiz iddialar - Rəsmi pul tələsi...
Tarix: 25-02-2015, 08:33 | Çap et
Dövlət Miqrasiya Xidmətinin rəisi haqda heyrətamiz iddialar
Dövlət Miqrasiya Xidmətində (DMX) baş verən qanunsuzluqlar, rəhbər şəxslərin özfəaliyyəti ilə bağlı redaksiyamıza növbəti məktub daxil olub. Məktubda yazılır ki, DMX-nin Baş İdarə rəisi Rövşən Səfərov və onun rəhbərlik elədiyi idarə öz səlahiyyət hədlərini aşır, faktiki olaraq hərbi-səhra tribunalı kimi aparır:

“Bu gün Rövşən Səfərov və qurduğu şəbəkə özlərini Miqrasiya Xidmətinin əməkdaşları kimi deyil, sanki hərbiləşmiş qurumun nümayəndələri kimi aparırlar. Axı nə vaxtdan DMX əməliyyat-axtarış fəaliyyətinin subyektidir? Bunlara kim icazə verib ki, xəbərsiz, sahibinin icazəsi olmadan obyektlərə basqın edirlər? DMX-nin şöbə müdiri Qüdrət Məmmədovun rəhbərlik etdiyi qrup gecə vaxtı Türkiyə vətəndaşlarının yaşadığı mənzilə gedir və zorla onların əl-qolunu burub avtomobilə basır, mobil telefonlarını əlindən alaraq Bakı Regional Miqrasiya idarəsinə gətirir.

Türk vətəndaşlarının vəkil və ölkəsinin konsulunu tələb etməsinə baxmayaraq gecə saatlarında R.Səfərov və Q.Məmmədov cütlüyü əcnəbi vətəndaşlara insanlığa sığmayan hərəkətlər edirlər. Heç bir məhkəmə qərarı olmadan gecə saatlarında əcnəbilərdən qanunsuz izahatlar alınır və səhəri gün əcnəbilər R.Səfərovun şəxsi ofisinə dəvət edilir, onları deportasiya etməklə hədələyirlər. Həmin əcnəbilərin çoxu ”Paşa İnşaat", “”Azersun holdinq", “DİA” holdinqdə çalışan türklərdir. Onları sanki “ikinci Hacı Məmmədov bandası” kimi girov götürüb pul alıb buraxırlar. Qanunla əcnəbi vətəndaş DMX-nin iş saatlarında dindirilə bilər. Əcnəbi vətəndaş vəkil və tərcüməçi ilə təmin edilməli, eyni zamanda mənsub olduğu ölkənin səfirliyinin nümayəndəsi dəvət edilməlidir.

Bu “cütlüyün” qanunsuz əməliyyatları pul tələsidir və nəticədə özlərinə bir pay çatırsa, DMX-nin rəisi Firudin Nəbiyevin “büdcəsi” şişir və obyektlərinin sayı artır. DMX hərbiləşmiş qurum deyil və xidməti əsasnaməsində də əməkdaşların gecə toplantısı nəzərdə tutulmayıb ki, R. Səfərov tabeçiliyində olan əməkdaşların gecə toplantısına əmr versin. R.Səfərova bu boyda məsuliyyətli bir dövlət vəzifəsi həvalə olunub. O, dəfələrlə gecə saat 2-3 radələrində içkili vəziyyətdə idarəyə gələrək şəxsi xidməti otağından hotel kimi istifadə edib. Bütün bunlar yəqin ki, idarənin dəhlizlərində yerləşən müşahidə kameralarında da öz əksini tapa bilər".

Məktubda Rövşən Səfərovun tabeliyində olan xanım əməkdaşlara qarşı davranışları haqda da yazılıb. Amma onlar şəxsi həyata aid olduğundan onları dərc etməyi etik hesab etmirik.
Məktubda daha sonra yazılır ki, Firudin Nəbiyev DMX-dən əksər peşəkar kadrları uzaqlaşdırıb, onların yerinə öz qohum-əqrəbasını toplayıb:

“Onun kadr siyasətinə diqqət edin:

İşdən çıxardıqları:

- Polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərli;

- Polkovnik, uzun illər polis orqanlarında şərəflə xidmət edən, müharibə iştirakçısı, xeyli müddət DMX-də çalışmış Zakir Məmmədov;

- Polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədov:

- DMX-də İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, Dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyev;

- DMX-də Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, yüksək intellektli, xarici dil bilikləri, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadə;

- Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, xaricdə təhsil almış, miqrasiya orqanlarının fəaliyyətində peşəkar fəaliyyət göstərmiş, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyov.

Onları işdən azad edən Firudin Nəbiyev DMX-də aşağıdakı adamları işə götürüb:

- Rövşən Səfərov - Baş İdarə rəisi, Firudin Nəbiyevin qohumu, savadı və idarəçiliyi olmayan, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış zabit;

- Hidayət Rüstəmov - Heç bir xüsusi xidmətləri olmayan zabit (DMX-də Firudin Nəbiyevin pul yığanı kimi tanınır);

- İntiqam Məmmədov: Baş RMİ-nin rəisi, polkovnik-biznesmen (şadlıq evləri və imarətlər şəbəkəsi var) Firudin Nəbiyevin kirvəsi və biznez şəriki. (Hazırda intiqam Məmmədov idarə daxilində MMC yaradaraq ölkəyə gələn 10 minə yaxın miqrantdan qanunvericilikdə nəzərdə tutulmadığı halda 5 AZN məbləğində pul yığır);

- Qüdrət Məmmədov - DMX-nin şöbə rəisi, polkovnik, DSX-dən təqaüdə çıxmış zabit. (DMX-də Türkiyə vətəndaşlarına qarşı qəddarlıq nümayiş etdirir);

- Cəmil Hüseynov - DMX-nin Vətəndaşlıq idarəsinin rəisi, kapitan. Bitirdiyi universitetin adı və ünvanı məlum deyil. DMX-nin rəis müavini Pərviz Musayevlə yaxın olduğu üçün bu mühüm posta gətirilib;

- Vüqar Zeynalov - DMX-nin şöbə rəisi, Firudin Nəbiyevin sürücüsünün yaxın qohumu. Bir Çin vətəndaşının (sahibkarın) döyülməsində iştirak edən 3 DMX əməkdaşından biridir. Digər iki nəfər cəzalandırılsa da, Vüqar Zeynalova heç nə deyilmədi. Eyni zamanda şirkətlərin birində bu yaxınlarda keçirilmiş yoxlama zamanı rüşvət tələb etmələrinə görə işdən uzaqlaşdırılan DMX-nin keçmiş əməkdaşları - Fariz Hacıyev və Elman Kərimovla birlikdə olan Vüqar Zeynalov bu dəfə də cəzasız qaldı. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən “Piramida İnşaat” MMC-də Vüqar Zeynalov və Natiq İbrahimov adlı əməkdaşla birlikdə “yoxlama” keçiriblər, tələb etdiyi məbləği ala bilməyiblər. Bundan sonra həmin çirkəti qanunsuz olaraq cərimələyiblər. Bu “əməliyyat”dan sonra Vüqar Zeynalov şöbə rəisi vəzifəsi ilə mükafatlandırıldı".

Məktubda həmçinin iddia edilir ki, Firudin Nəbiyev Bakı Regional Miqrasiya İdarəsinə rəhbər təyin etdiyi İntiqam Məmmədovun vasitəsilə onlara yaxın olan - Bakı Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı Vüqar Qasımova məxsus olan “İnnovativ MMC” şirkətini DMX ilə əməkdaşlığa cəlb edib: “Guya əcnəbilərə hüquqi yardım göstərilməsi məqsədilə DMX-də əməkdaşlığa cəlb edilmiş şirkətə Vüqar Qasımovun bölgələrdən tanıdığı 20-30 nəfər savadsız adamlar ”təlim" keçirilməklə pul yığmaq üçün hazırlandılar. Onları DMX-nin regional şöbələrində kabinetlərə yerləşdiriblər, regional rəislərə tapşırıq verilib ki, bunlara heç kim heç nə deyə bilməz, onların işlərinə müdaxilə oluna bilməz, kim buna cəsarət etsə axırı yaxşı nəticələnməyəcək. 2012-ci ildən bu günədək Vüqar Qasımovun qeyri-qanuni pul yığanları fəaliyyət göstərir və onlarla heç bir orqan maraqlanmır. Buradan yığılan pulların - il ərzində təxminən 5 milyon manatın yarısı Firudin Nəbiyevə çatır. Hansı ki, dünyanın heç yerində DMX-də hüquqi yardım pulla göstərilmir".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru