Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                 

Rahat Əliyevi türmədə necə təhdid ediblər... - Keçmiş kürəkənin müəmmalı sonu
Tarix: 24-02-2015, 17:27 | Çap et
Rahat Əliyevi türmədə necə təhdid ediblər...
Qazaxıstan prezidentinin keçmiş kürəkəni, “Nurbank”ın iki menecerini oğurlamaq və qətlə yetirmək ittihamı ilə Avstriyada həbs edilmiş Rahat Əliyevin Vyana türməsində müəmmalı ölümünə dair yeni təfərrüatlar ortaya çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, Avstriyanın “Kurier” qəzeti Rahat Əliyevin iki dustaq tərəfindən kamerada təhdid edildiyini, keçmiş kürəkənin onların əlindən xilas olmaq üçün təkadamlıq kameranı seçdiyini yazıb.

Xəbərə görə, bu gün Vyana məhkəməsi Rahat Əliyevi təhdid edən həmin iki məhbusun işi üzrə dinləmələrə başlayıb. “Təsadüfən” bu məhkəmənin başlamasına cəmi bir neçə saat qalmış Rahat Əliyevin həbsxana kamerasında özünü asdığı elan edilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rahat Əliyev Vyananın Yozefştad həbsxanasında fevralın 23-də özünü asıb. Lakin Avstriya Ədliyyə Nazirliyi rəsmilərinin keçmiş diplomat və oliqarxın bu gün səhər kamerada asılmış vəziyyətdə tapıldığını bildiriblər.

Avstriya mediasının yazdığına görə, Rahat Əliyev əvvəlcə iki məhbusla birlikdə saxlanılırdı. Həmin məhbuslar Qazaxıstan prezidentinin keçmiş kürəkənindən pul tələb ediblər və pulu verməyəcəyi təqdirdə onun həbsxanada “problemlə üzləşəcəyini” deyiblər.

R.Əliyevin şikayəti əsasında bu məhkumlar barəsində cinayət işi qaldırılıb. Bir neçə həftə əvvəl isə Nazarbayevin keçmiş kürəkəni ona qarşı təhdidlərə görə təkadamlıq kameraya keçirilib.

Yerli internet portallardan birinin yazdığına görə, Rahat Əliyev onu hədələyib pul tələb edən kamera yoldaşlarından vəkillərinə şikayətlənib. Bildirib ki, bu hədələrə görə həmin məhbuslara bir neçə min avro, kəmər və futbolkasını verməli olub. Buna baxmayaraq məhbuslar R.Əliyevdən əl çəkməyiblər.

R.Əliyevi təhdid edən və ondan pul tələb edən məhbusların işi üzrə proses bu günə təyin edilib. Lakin R.Əliyev özü həmin prosesdə iştirak edə bilməyib - səhər saatlarında həbsxana nəzarətçiləri onu kamerasında asılmış vəziyyətdə tapıblar.

Bildirilir ki, həmin iki məhbus ifadələrində R.Əliyevdən pul istədiklərini etiraf ediblər, ancaq onun keçmişdə kim olmasından xəbərsiz olduqlarını deyiblər. Məhbusların vəkili bildirir ki, onlar Əliyevdən “həbsxana şəraitində lazım olan pulu borc kimi istəyiblər”.

İndi R.Əliyevin kamerada özünü necə asdığı araşdırılır, çünki kamera daimi nəzarətdə olub və keçmiş kürəkənin intiharı versiyası şübhəli hesab edilir. Məlumata görə, R.Əliyevin cəsədi bintdən hörülüb hazırlanmış kəndirlə paltar asılqanından asılmış vəziyyətdə tapılıb.

Qazaxıstan XİN bildirir ki, Avstriyanın Ədliyyə Nazirliyi artıq şifahi formada Rahat Əliyevin intiharı versiyasını təsdiqləyib. Lakin Avstriya Ədliyyə Nazirliyinin Cəzaların İcrası Direksiyasının rəsmisi Peter Prextl deyib ki, Rahat Əliyev həbsxananın xüsusi bölməsində təkadamlıq kamerada saxlanılırdı və orada tibb personalı daimi növbə çəkir.

P.Prextl həmçinin bildirib ki, Rahat Əliyev intihara meyllilik baxımından “yaşıl kateqoriyaya” daxil idi, yəni onun intihar etmək təhlükəsi yox idi.

R.Əliyevin vəkili Klaus Ayndeter də müdafiə etdiyi şəxsin intihara meylli olmadığını, cəmi bir gün əvvəl - fevralın 23-də onunla telefonla danışdığını, bu zaman müştərinin intihar barədə hər hansı eyham vurmadığını açıqlayıb.

“Bizim intihar versiyasına böyük şübhəmiz var. Hadisənin diqqətlə araşdırılacağını və ölümün səbəbinin üzə çıxarılacağını gözləyirik”- deyə vəkil bildirib.

“Kurier” qəzeti yazır ki, R.Əliyevin təhdidlərlə üzləşdiyini nəzərə alaraq ona yerləşdirildiyi təkadamlıq kamerada xüsusi nəzarət var idi. Buna baxmayaraq həbsxana rəhbərliyi onu özünə və başqa məhbuslara təhlükə yaradacaq məhbus hesab etmirdi. Başqa məhbusların kameralarından fərqli olaraq R.Əliyevin kamerası videomüşahidə kameraları tərəfindən izlənilməyib.

O da bildirilir ki, Rahat Əliyev ölümündən bir neçə saat əvvəl öz facebook səhifəsində mərhum atasına məktub yazıb, bildirib ki, atasının ölümü onu sarsıdıb: “Mənə, yeganə oğluna üçqat ağırdır ki, övlad kimi sənin qarşında son borcumu yerinə yetirə bilmədim”.

Bu qeydi nəzərə alaraq R.Əliyevin atasının ölümündən təsirlənərək intihar edə biləcəyi təxmin edilir. Lakin yekun qənaət hələ yoxdur.

2007-ci ildə Qazaxıstandan qaçan və keçmiş qaynatası Nursultan Nazarbayevə qarşı kompromat savaşı açan R.Əliyev Avstriyadan siyasi sığınacaq almağa çalışsa da buna nail ola bilməmişdi. Çünki Avstriya Baş Prokurorluğu onun iki bankiri şəxsən qətlə yetirdiyinə dair təkzibedilməz sübutlar əldə etmişdi.

Rahat Əliyev ölkədən qaçandan sonra Qazaxıstan xüsusi xidmət orqanları onu ovlamağa bir neçə dəfə cəhd edib, keçmiş kürəkəni aradan götürmək üçün xüsusi adamlar göndərib. Ancaq R.Əliyev Avstriya polisinin və xüsusi xidmətlərinin sayəsində sağ qala bilmişdi.

İndi isə onun - Qazaxıstan hakim elitasının Nazarbayevin varisi hesab olunacaq qədər qüdrətli üzvünün müəmmalı sonu Vyana həbsxanasında çatdı...

Qeyd edək ki, virtualaz.org saytı bir müddət öncə bu sensasion ittihamlarla bağlı "“Əliyevin işi”: 30 milyon dollara görə qətl" başlıqlı geniş yazı ilə çıxış etmişdi. Həmin məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru