Sakinlər başçıdan kömək istədilər .....                     Təqaüd yaşını müzakirə etməkdənsə... .....                     Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! .....                     SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ .....                     Qoz-fındıq hökumətin indi yadına düşdü? .....                     Sevgi xəstəlikdir? .....                     Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... .....                     Bunlara bir nəzarət edən olsaydı... .....                     Elektron sistemin nə mənası var? .....                     Abunəçiləri rəsmən ələ salırlar... .....                     Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq .....                     Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... .....                     "Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" .....                     100 min manatdan çox vergi borcu yarandı .....                     Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                     Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik .....                     Generalın adı “Aqro Park” qalmaqalında .....                     “Anklavları Bakıya verməmək müharibə deməkdir” .....                     Naxçıvanla bağlı Bakıdan verilən qərar .....                     Azərbaycan neftinin qiyməti 97 dolları ötdü .....                     Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: .....                     "Yol dağılıb, birgünlük ərzaq var" .....                     “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” .....                     Bakıda maşın sürmək lüksə çevriləcək? .....                     “Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” .....                     Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş .....                     Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. .....                     Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... .....                 

“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Tarix: 10-08-2026, 08:40 | Çap et

Təəssüf ki, ən müxtəlif ideyaları, xüsusilə də ölkənin ictimai rəyinə kənardan ötürülən saxta mülahizələri əlində “bayraq” edənlər illərdir ki, olduqca sadə bir tarixi həqiqəti anlaya, qavraya bilmirlər və yaxud anlamaq, qavramaq istəmirlər.
Çağdaş Azərbaycan türkləri, azərbaycanlılar yaşadığımız coğrafiyadan daha böyük bir ərazidə dövlətlər quran, mədəniyyətlər yaradan bir xalqın, millətin nümayəndələridir. Yəni biz əcdadları dövlət qurucusu olan bir millətin törəmələriyik. Törəyən də bizik, törədən də, elə törənin özü də… BİZİK!
Bizə qarşı aparılan ideoloji savaşın nütfəsində də, məhz sarsılmaz dövlətçilik yaddaşımız, genlərimizə həkk olunmuş azadlıq sevdası və bütün bunlara qarşı illərlə aparılan savaşın uğursuzluğundan doğan qəzəb, hikkə dayanır.
Biz böyüklərimizə hörmət qoyan millətik. Ancaq öncə öz böyüklərimizə - atamıza, anamıza, böyük qardaş və bacılarımıza, nənə və babamıza, ulu əcdadlarımıza… Böyük saydıqlarımız üçün ayağa qalxarıq, amma təzim etmərik. Qanımızda saxta lütfkarlıq yoxdu və bu səbəbdən nə əl öpərik, nə də öpdürərik… Söhbət əsl türk-türkmən törəsindən, əxlaqından gedirsə, o da bizdədir…
Bir neçə il öncə Azərbaycanın tarixi şəxsiyyətlərinə, dövlət xadimlərinə qarşı açılan uğursuz savaşın tezis müəlliflərinə xitabən “Heç kim bizdən əzik toplum düzəldə bilməyəcək” yazmışdım. Bu gün də eyni fikirdəyəm.
Bizə əyalət, vilayət, ostan kimi baxmaq istəyən “bostan müqəvvaları” azad və müstəqil yaşamaqdan, şərəflə, qürurla ömür sürməkdən, dövlətlər qurmaqdan, bayraqlar ucaltmaqdan yoğrulmuş yaddaşımızı ideoloji sapıqların dili və əli ilə korşaltmağa çalışırlar. Nəticəsi olmayacaq!
Çünki doğuluşdan sevdamız Azərbaycanın istiqlalıdır.
Bizim istiqlal və azadlıq sevdamız bütün bağlayıcılardan əvvəl gəlir. Kim “VƏ”dən sonra düzlənmək, yaxud farağat dayanmaq istəyirsə, fərd olaraq, öz işidir. Amma Azərbaycan vətəndaşları üçün üçrəngli Azərbaycan bayrağından uca bayrağın, Azərbaycan dövlətindən uca dövlətin olmadığını da anlamalı, qəbul etməlidirlər.
Bir zamanlar, torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində müvəqqəti məğlubiyyətin ağırlığına tab gətirməyib mərkəzdənqaçma yolunu seçənlər konfederasiyadan, hətta federasiyadan dəm vuranlar bu gün Azərbaycan dövlətçiliyinin tarixini şübhə altına almaqla eyni natamamlıq kompleksi ilə hərəkət edirlər. Ümid edirəm, bütün bunlar şəxsi qənaətlərin, subyektiv yanaşmaların ortaya çıxardığı mülahizələrdir. Arxasında Azərbaycanın ictimai rəyi ilə manipulyasiya edib üstünlük qazanmaq və bunu biznes sferası da daxil olmaqla çeşidli maraqlarını təmin etmək üçün fürsətə çevirmək istəyənlərin hiyləsi dayanmır.
…Azərbaycan hər zaman Türk Birliyinin ideya mərkəzi olub. Hətta bəzən bizdən gedən ideyaların “yamaqlı əba”da və başqa ad altında geridönüşünə şahidlik etsək də belə, birlik məfkurəsinin önündə yer almışıq.
Bu gün biz Türk Dövlətləri Təşkilatı da daxil olmaqla müxtəlif regional və qlobal təşkilatlarda ona görə söz sahibiyik ki, müstəqil və güclü dövlətimiz, zəngin təbii resurslarımız, geostrateji mövqeyimiz və milli iradəni ifadə edən liderimiz var.
Və əgər bütün bunlar olmasaydı… bizi, hətta bağlayıcılardan sonra da yada salmayacaqdılar. Acıdı, amma reallıqdı…
Azərbaycanımız, dövlət qurucularımız, tariximiz, tarixi şəxsiyyətlərimiz, nəhəng mədəniyyətimiz, dilimiz, milli düşüncə sistemimiz sayı 50 milyondan çox olan, fitrətdən istedadlı, ənənələrinə sahib çıxan, milli və bəşəri humanizm dəyərlərinin ən səmimi daşıyıcısı olan bir xalqın, bir millətin bütövlüyünün təməl sütunlarıdır.
Bizim milli inanc və düşüncə sistemimiz yalnız və yalnız bərabərhüquqlu, qarşılıqlı inteqrasiyanı qəbul edir, ekspansiyanı yox.
Bu gün “Azərbaycançılıq ölüb” deyə saç yolan devşirmə vətənsizlər öldüklərinin, ölü ideyaları ilə məzar bədənlərinə gömüldüklərinin fərqində deyillər. Anlamırlar ki, azərbaycançılıq bizim milli immun sistemimiz, genetik kodlarımızdan kərpic-kərpic hörülən müdafiə qalxanımızdır.
Evini sevməyən yurdunu, yurdunu sevməyən elini, elini sevməyən Vətənini, Vətəni sevməyən dövlətini sevə bilməz! Yəni Azərbaycanı, onun tarixini, tarixi şəxsiyyətlərini, dövlət qurucularını, mədəniyyətini, dilini, milli düşüncə və inanc sistemini, adət-ənənəsini, həm də bütöv halda sevməyənlər Türk Dünyasını da sevə bilməzlər. Belələrinin türkçülüyü də “devşirmə türkçülük”dür. Yəni maraq türkçülüyü, mənafe millətçiliyi…
Elçin Mirzəbəyli - deputat 
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sakinlər başçıdan kömək istədilər - BUNA GÖRƏ...
Dünən, 08:38
Təqaüd yaşını müzakirə etməkdənsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:30
Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! - ETİRAZ VAR!
Dünən, 07:42
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ - RƏSMİ SUSQUNLUQ nə deməkdir?
Dünən, 07:37
Qoz-fındıq hökumətin indi yadına düşdü? - tanınmış hüquq müdafiəçisindən İRONİYA
Dünən, 07:25
Sevgi xəstəlikdir? - Nura Suri
Dünən, 07:19
Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... - CƏZA KƏSİLDİ
Dünən, 07:16
Bunlara bir nəzarət edən olsaydı... - BU NƏDİ BELƏ?
Dünən, 07:12
Elektron sistemin nə mənası var? - GİLEY
Dünən, 07:05
Abunəçiləri rəsmən ələ salırlar... - AXI NİYƏ?..
Dünən, 06:56
Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq - Rusiya XİN
22-08-2026, 18:11
Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... - ANIM
22-08-2026, 18:10
"Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" - Xalq artisti
22-08-2026, 17:56
100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu
22-08-2026, 17:50
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
22-08-2026, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
22-08-2026, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
22-08-2026, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
22-08-2026, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
22-08-2026, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
22-08-2026, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
22-08-2026, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
22-08-2026, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
22-08-2026, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
22-08-2026, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
22-08-2026, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
22-08-2026, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
22-08-2026, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
22-08-2026, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
22-08-2026, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
22-08-2026, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
22-08-2026, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22-08-2026, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
22-08-2026, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
22-08-2026, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
22-08-2026, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
22-08-2026, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
22-08-2026, 12:50
Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş - TƏFƏRRÜAT
22-08-2026, 12:46
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
22-08-2026, 12:27
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
22-08-2026, 12:14
Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? - AKTUAL
22-08-2026, 12:03
Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
22-08-2026, 11:58
İrəvanda Rusiya skandalı - Paşinyan “xain”ə qəzəbləndi, 5 gün əvvəl…
22-08-2026, 11:55
Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu - FOTO
22-08-2026, 11:52
Taxıl, ət, qarğıdalı bahalaşır – Dünya ərzaq böhranına gedir
22-08-2026, 11:49
"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm"
22-08-2026, 11:48
Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək? - AKTUAL
22-08-2026, 11:44
Sərnişinlər marşrut çatışmazlığından şikayətçidir — “Azadlıq Prospekti”, “Nərimanov”, “20 Yanvar”...
22-08-2026, 11:42
“Konstitusiya dəyişsə, normallaşma addımları gələcək” - GƏLİŞMƏ
22-08-2026, 11:39
"İki İran"ın diplomatiyası: "yeni səhifə" yaxşı xəbərdir, amma... - İNCƏLƏMƏ
22-08-2026, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru