Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu.
Bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.
Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.
"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.










