Əsas Səhifə > Güney Press > İlon Mask tarixdə ilk trilyonçu olub
İlon Mask tarixdə ilk trilyonçu olubBu gün, 06:03 |
|
Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu. Bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb. Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib. "SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq. Geri qayıt |