“Moskvayönümlü radikal qüvvələr Ermənistanın maraqlarından yox, Rusiyanın maraqlarından çıxış edir və ölkəni vasitə kimi istifadə edirlər”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Ruben Babayan deyib.
Ekspert bildirib ki, bu qüvvələr ümidlərini seçkilərə yox, seçkidən sonrakı inkişaflara bağlayırlar:
“Rusiya düşünür ki, bu torpaqlar onundur. Amma Rusiyaya inteqrasiyanı təbliğ edənlər görmürlər ki, bu gün Rusiya təcrid edilmiş ölkəyə çevrilib? Rusiya deyirlər ki, bizim üçün seçkilərin necə keçməsi o qədər də vacib deyil, vacib olan baş nazirin kim olacağıdır. Rusiya daim “viz olmasaq, sizi yeyəcəklər, öldürəcəklər” qorxusu yaratmağa çalışır”.
Babayanın iddiasına görə, Rusiya yenidən Qarabağı Ermənistan və Azərbaycan arasında münaqişə vasitəsinə çevirməyə çalışır:
“Rusiyanın olmaması sülh deməkdir, Rusiyanın mövcudluğu isə müharibədir”.
Əgər biz özümüzə onların prizmasından yanaşsaq, yenə kiminsə müstəmləkəsi olacağıq, nərd oynaya-oynaya “Böyük Ermənistan xəritəsi” nostalgiyasına qapılacağıq”.
Babayan əlavə edib ki, bu baxımdan iyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistan üçün mühüm an olacaq:
“Bu, taleyüklü seçkilərdir, müstəqil dövlət olmaqla müstəmləkə arasında qərar verəcəyik”.








