İran hakimiyyətindəki önəmli fiqurlar ABŞ-la danışıqların pozulmasından sonra Əsəd ssenarisi ilə Rusiyaya qaçmaq niyyətindədirlər.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
“Nüvə İranına qarşı birlik” (UANİ) təşkilatının eksperti Səid Qolkar nəşrə açıqlamasında deyib ki, ABŞ-İran danışıqlarında uğursuzluq rejimin ali rəhbərliyinin Rusiyaya qaçmaq riskini artırıb:
“İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da daxil olmaqla yüksək səviyyəli məmurlar real təhlükə zamanı Moskvaya, daha aşağı səviyyəlilər isə İraq və ya Əfqanıstana qaçacaqlar. Məmurların əksəriyyəti artıq öz kapitalalrını xaricə çıxarıblar”.








