Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.
Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.
Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.
Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.










