Fridrix Merts ABŞ-nin Almaniyadan 5 min hərbçini çıxarmaq qərarının onun üçün gözlənilməz olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Almaniya kansleri bu fikirləri ARD telekanalına müsahibəsində səsləndirib. O qeyd edib ki, son günlər səslənən bəzi məlumatlar yeni deyil, vəziyyət müəyyən qədər gərginləşsə də, bu qərar sürpriz sayılmır.
Merts əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərdə fikir ayrılıqları olsa da, Vaşinqton Almaniya üçün Şimali Atlantika Alyansı çərçivəsində mühüm tərəfdaş olaraq qalır.
Qeyd edək ki, hazırda Almaniya ərazisində təxminən 38 min ABŞ hərbçisi yerləşdirilib. ABŞ rəhbərliyi yaxın 6-12 ay ərzində bu kontingentin bir hissəsinin çıxarılmasını planlaşdırır.










