İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Tarix: 18-04-2026, 18:16 | Çap et

Son illər Bakı şəhərində ciddi sıxlıq müşahidə olunur.

Regionlardan paytaxta kütləvi axın davam edir, eyni zamanda avtomobillərin sayı da durmadan artır. Bu səbəbdən şəhər həm insan, həm də nəqliyyat baxımından xeyli yüklənib.

Artıq tıxaclar təkcə gur saatlarda deyil, günün demək olar ki, hər saatında müşahidə olunur. Paytaxtın yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək məqsədilə gələcək illərdə bəzi ali təhsil müəssisələrinin Bakıdan rayonlara köçürülməsi mövzusunda vaxtaşırı müzakirələr gedir.

Bəs universitetlərin rayonlara köçürülməsi Bakının yükünü azalda biləcəkmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, ali məktəblərin bölgələrə köçürülməsi təkcə sıxlığı azaltmaq deyil, həm də regionlar arasında inkişaf fərqini azaltmaq baxımından strateji addım ola bilər:

“Son 33 ildə paytaxt Bakıya obyektiv və subyektiv səbəblərdən əhali axını baş verib. 1992-93-cü illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyona yaxın soydaşımız yurdundan didərgin düşmüşdü.

O insanların əhəmiyyətli hissəsi Bakıda məskunlaşmışdı. 90-larda Bakıya ölkənin müxtəlif bölgələrindən - cənub, şimal, qərb rayonlarından, Naxçıvan Muxtar Respublikasından çoxlu əmək miqrantları axışdı. 2005-ci ildən bu proses daha da sürətləndi.

Bu gün artıq paytaxtımız kifayət qədər yüklənib. Bakının mövcud infrastrukturu bu qədər insana xidmət edə bilmir. Nəqliyyat sıxlığı, infrastrukturun yüklənməsi və iqtisadi fəaliyyətin paytaxtda həddindən artıq cəmlənməsi Bakıda yaşamağı mümkünsüz edir.

Sıxlığı yaradan əsas amillərdən biri də ali məktəblərin Bakıda yerləşməsidir. Bu gün Bakıda təxminən 187 min tələbə təhsil alır. Onların icitmai nəqliyyatda yaratdığı sıxlığı adi gözlə də görmək mümkündür.

Yay tətili günlərində icitmai nəqliyyat demək olar ki, boş olur. Yəni normal vəziyyətinə qayıdır. Bildiyim qədər rəsmi qurumlar vətəndaş cəmiyyəti fəallarının 20 ildir səsləndirdiyi təklif üzərində düşünməyə başlayıblar. Bu məsələ artıq müzakirə olunur".

Onun sözlərinə görə, ola bilər ki, yaxın illərdə bir sıra ali məktəblərin paytaxtdan köçürülməsi reallaşsın:

"Buna mane olan qüvvələr də var və görünür, onlar da daha müqavimət göstərə bilməyəcək. Çünki vəziyyət artıq dözülməz həddə çatıb. Ali məktəb rəhbərləri də hələ buna hazır deyil. Lakin reallıq onları da geri durmağa vadar edəcək. Cəmiyyətdə kök salmış bu fikir var ki, keyfiyyətli ali məktəb paytaxtda olar. Qeyd edim ki, Rusiyada, Türkiyədə də elə bu cürdür.

Etiraf edək ki, ən yaxşı ali məktəblər Rusiyanın Moskva, Sankt-Peterburq, Türkiyənin Ankara və İstanbul şəhərlərindədir. Lakin Qərb ölkələrinin, Amerikanın təcrübəsi göstərir ki, əyalət şəhərlərində də keyfiyyətli təhsil verən ali məktəblər fəaliyyət göstərir. Bu sistemi sadəcə qurmaq lazımdır. Əvvəlcə köçürüləcək ali məktəblər seçilməli, uyğun bölgələr nəzərdə tutulmalıdır.

Məsələn, turizmlə bağlı ali məktəb Şuşaya, Şəkiyə köçürülə bilər. Bakıda iki ali neft məktəbi var. Onlardan biri Şirvan şəhərinə köçürülməlidir. Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti (ATU) və ADA saxlanıla bilər. Qalanlarının uyğun bölgələrə köçürülməsi tamamilə mümkündür.

O vurğulayıb ki, seçiləcək şəhərlərdə universitet şəhərcikləri tikilməli, nəqliyyat infrasturukturu yenilənməlidir:

"Xankəndində Qarabağ Universiteti bərpa ediləndən şəhərdə qaynar mühit yaranıb. Neçə alim, pedaqoq tanıyıram ki, Bakıdakı işini Xankəndi univeristetinə dəyişib. Bakıda mövcud olan ali məktəblər Xankəndi, Şirvan, Ağdam, Quba, Lənkəran, Mingəçevir kimi şəhərlərə köçürülərsə həmin bölgələrdə iqtisadi canlanma yaranacaq. Turizm, xidmət sektoru, mənzil bazarı canlanacaq, həmin regionlara əmək miqrasiyası başlanacaq. Qısa müddətdə Bakının yükü azalacaq.

Ekspert qeyd edib ki, öz bölgələrində müvafiq infrasturktur olmadığından futbol üzrə Azərbaycan Premyer Liqasında oynayan klubların əksəriyyəti oyunlarını Bakıda keçirir:

"“Qarabağ” oyunlarını Ağdamda, “Turan” Tovuzda keçirsə, həmin şəhərlərdə təlim-məşq bazaları, futbol akademiyaları, dünya standartlarına cavab verən məktəblər, iaşə müəssisələri olsa, legionerlər də bu şəhərlərdə yaşamağa üstünlük verər.

Amma paytaxtın yükünü təkcə ali məktəbləri köçürməklə azaltmaq olmaz. Bölgələrdə keyfiyyətli səhiyyə, yüksək internet xidməti, nəqliyyat sistemi də olmalıdır. Bir sıra iri dövlət şirkətlərinin, bəzi nazirliklərin də rayonlara köçürülüməsi faydalı olardı”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru