“Güclü Ermənistan” partiyasının lideri və Rusiyayönlü iş adamı Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay müddətinə uzadılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim Vahe Dolmazyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Samvel Karapetyanın ev dustaqlığını uzadıb.
Müdafiə tərəfi öz növbəsində məhkəməyəqədər həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət qaldırıb.
Qeyd edək ki, Rusiyanın himayə etdiyi Samvel Karapetyan baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən sayılır. O, 7 iyun parlament seçkilərində iştirak edərək Ermənistanın yeni baş naziri seçilmək istəyir.
Bu məqsədlə də o, Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinə başlayıb.
S.Karapetyan Rusiya və Kipr vətəndaşlığına malikdir.









