Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Tarix: 6-02-2025, 18:58 | Çap et
 Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hesabatda qeyd edilir ki, təyyarənin füzelyajında, xüsusilə arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sol qanadda və sol mühərrikdə çoxsaylı dəlib keçən və kor zədələr aşkarlanıb. Bu zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı müəyyən edilib. Quşlarla toqquşma və ya oksigen balonunun partlaması ilə bağlı hər hansı sübut tapılmayıb. Təyyarədən çıxarılan və ona məxsus olmayan kənar obyektlərin fraqmentləri də hesabatda yer alıb. Rusiya tərəfi, xüsusilə Rosaviasia, bu qəzanın məsuliyyətini rədd edərək, məsələni ört-basdır etməyə çalışır və günahı təyyarə heyətinin üzərinə atır. Rusiya mətbuatı da bu yanaşmanı dəstəkləyir. Bu taktika 2014-cü ildə Ukraynada vurulan Malaysia Airlines təyyarəsi ilə bağlı Rusiyanın tutduğu mövqeyə bənzədilir. Həmin hadisədə təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbas bölgəsində, Rusiyaya aid silahla vurulduğu sübut edilsə də, Moskva məsuliyyəti qəbul etməmişdi. Azərbaycan tərəfi isə iddia edir ki, təyyarə Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədən atəşə tutulub. Azərbaycan hökuməti, təyyarənin Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib. Təyyarədən çıxarılan raket fraqmentləri beynəlxalq ekspertiza nəticəsində təsdiqlənib və Azərbaycan tərəfi bu sübutları beynəlxalq məhkəməyə təqdim etməyə hazırlaşır.
Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a vurğulayıb ki, Rusiyanın təyyarə qəzasını törətdiyini etiraf etmək istəməməsinin bir neçə səbəbi mövcuddur:
“Birincisi Rusiyanın beynəlxalq imici var. Rusiya Ukraynada apardığı savaş nəticəsində müəyyən qədər imicini zədələyib. Ona görə də indi öz hava məkanında mülki təyyarələri vuran ölkə olaraq tanınmaq istəmir. Belə olan halda heç bir ölkənin şirkəti Rusiyanın hava məkanında uçmaq istəməyəcək. Onsuz da embarqolar nəticəsində Rusiyanın hava məkanında bəzi şirkətlər uçmaqda tərəddüd edirlər. İkincisi Rusiya Azərbaycanın tələblərini icra edərək daxildə siyasi rəqabətdə uduzmaq istəmir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Rusiya qarşısında üç tələb qoyub; üzr istənilsin, təzminat ödənilsin və günahkarlar cəzalandırılsın. Ola bilsin ki, Kreml həmin günahkarları qorumağa çalışır. Lakin Rusiyanın təzminata görə sözügedən məsələdə dirənc göstərəcəyinə inanmıram. Təyyarənin qəzalı vəziyyətə düşdükdən sonra Xəzər dənizini üstünə yönləndirilməsi Rusiyanın izi itirmək məqsədi güddüyünü göstərir”.
T.Abbaslı bildirib ki, ilkin və illik hesabat mövcuddur: “Beynəlxalq hüquq normalarına görə ilkin hesabat bir ay, yekun hesabat isə bir il ərzində verilməlidir. Rusiya düşünür ki, bir il ərzində müxtəlif siyasi, iqtisadi və digər basqılarla Azərbaycanın mövqeyini yumşaldaraq rəsmi Bakının tələblərini icra etmək məcburiyyətində qalmaz. Rusiyanın etdiyi eyni zamanda siyasi əsəb oyunu sayıla bilər. Azərbaycanın isə prinsipial mövqeyi yerində qalmalıdır. Rusiya bundan sonra geri addım atmağa məcbur ola bilər. İndiki məqamda qəza nəticəsində və hansısa hərbiçilərin səhlənkarlığına görə Rusiyanın Azərbaycanla münasibətləri korlaması məntiqli olmazdı”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Bu gün, 11:19 |
|
|
|
| • Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Bu gün, 11:14 |
|
|
|
| • Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Bu gün, 11:11 |
|
|
|
| • Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Bu gün, 10:34 |
|
|
|
| • Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13 |
|
|
|
| • Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11 |
|
|
|
| • “Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53 |
|
|
|
| • Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51 |
|
|
|
| • “Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45 |
|
|
|
| • Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43 |
|
|
|
| • Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58 |
|
|
|
| • Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52 |
|
|
|
| • Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47 |
|
|
|
| • Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34 |
|
|
|
| • Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27 |
|
|
|
| • “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24 |
|
|
|
| • DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21 |
|
|
|
| • Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16 |
|
|
|
| • Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
| • Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05 |
|
|
|
| • "Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01 |
|
|
|
| • Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52 |
|
|
|
| • Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47 |
|
|
|
| • SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43 |
|
|
|
| • "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37 |
|
|
|
| • Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
| • İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42 |
|
|
|
| • Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33 |
|
|
|
| • Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23 |
|
|
|
| • Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04 |
|
|
|
| • “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54 |
|
|
|
| • AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50 |
|
|
|
| • Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42 |
|
|
|
| • Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32 |
|
|
|
| • Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19 |
|
|
|
| • “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14 |
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
Dünən, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13 |
|
|
|
|