Fərhad Əliyev Londonda xüsusi qoruma altındadır
Tarix: 12-02-2014, 09:08 | Çap et
 2013-cü ilin oktyabr ayının 14-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev İngiltərədə sığınacaq alıb. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbənin sözünə görə, F.Əliyevlə hakimiyyət arasında hələ o həbsdə olarkən belə bir razılaşma əldə olub.
“Fərhad Əliyev siyasi səhvlərini etiraf etməklə bərabər, Azərbaycanda yaşamaq istəmədiyini dilə gətirib. Burdakı biznesi demək olar ki, tam əlindən alınan sabiq nazir həbsdən çıxdıqdan bir ay sonra ölkəni tərk edib və geri qayıtmayacağı dəqiqdir” - deyə, mənbə bildirib. F.Əliyev və onunla birgə əfv edilən qardaşı, “Azpetrol”un sabiq rəhbəri Rafiq Əliyev hakimiyyətə onu da söz veriblər ki, azadlığa çıxdıqdan sonra əmlaklarının alınması ilə bağlı heç bir məhkəmə davası açmayacaqlar.
Başqa bir qaynağın iddiasına görə, Əliyev qardaşlarını ölkəni daha tez tərk etməyə vadar edən hakimiyyətdə hələ də onlara rəqib kimi baxanların olmasıdır. F.Əliyev ehtiyat edib ki, onun həbsinə səbəb olan rəqibləri sabiq nazirin “siyasi ambisiyalarının” hələ də qaldığını və hətta müxalifətə yaxınlaşmaq istədiyini ortaya atalar. İkinci bir tərəfdən, əllərində hələ də kifayət qədər kapital olan Əliyev qardaşları Azərbaycanda istəsələr belə, necə deyərlər, bir çayxana belə işlədə bilməyəcəklərinin fərqində olublar... Beləliklə, F.Əliyev noyabrda müayinə olunmaq üçün əvvəl Almaniyaya gedib. Onun İngiltərədən fərqli olaraq biznes üçün daha sərfəli şərtlər olduğu halda niyə Almaniyada məskunlaşmaması barədə də ilginc iddialar var. Amma maraqlıdır ki, sabiq nazirin dünyanın ikinci maliyyə paytaxtı hesab olunan Londonu seçməsinin də təsadüfi olmadığı deyilir. London uzun müddətdir ki, təkcə Kreml müxalifətinin deyil, MDB ölkələrindəki hakimiyyətlərdən “vurulmuş” siyasət və biznes adamlarının toplaşdığı məkana çevrilib. Xüsusilə Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan varlı adamlar mərkəzi hakimiyyətdən qaçaraq burada sığınacaq tapıblar. Vladimir Putinin qatı düşməni Boris Berozovsklinin ötən il müəmmalı ölümündən sonra İngiltərə kəşfiyyatı Londona sığınmış “varlı siyasi qaçqınlar”ın təhlükəsizliyinə diqqəti artırıb. Xüsusilə F.Əliyev kimi kapitala sahib olanlar Londonda dərhal nəzarətə götürülür və qoruma altına alınır. İddialara görə, İngiltərə bu cür “qaçqın varlıları” himayə etməklə hər il dövlət büdcəsinə milyonlarla əlavə gəlir gətirir. İngiltərə kəşfiyyatının (Mİ-6) həyata keçirdiyi qoruma tam məxfi həyata keçirilir və bunun üçün illik kifayət qədər iri məbləğ ödəmək lazım gəlir. Deyilənə görə, F.Əliyev və yaxınları artıq belə bir qoruma altındadırlar...
Onu da qeyd edək ki, rəsmi Bakı əvvəldən tədbirli iş görərək Londonda lobbi işini qurub və hakimiyyətin təbliğatı istiqamətində burada ciddi maliyyə xərclənir. Azərbaycanda hakimiyyətdən “vurulmuş” bəzi adamlar Londona sığınıblar ki, onların arasında ən tanınanı sabiq deputat Rza İbadov və eks-spiker Rəsul Quliyevin köməkçisi İlqar Quliyevdir. Onlar Londonda siyasi bəyanatlar verməsələr də, aydındır ki, iqtidardan narazıdırlar. F.Əliyevin Londonda “siyasi müxalifət” yaradacağı indilikdə inandırıcı deyil. Amma adı siyasi dustaqlar siyahısında olan və ABŞ konqresmenlərinin dəfələrlə azadlıq tələb etdiyi sabiq nazirin Londonda “özəl statusu” olacağı istisna deyil.
F.Əliyevin yaxınları da təsdiq edirlər ki, sabiq nazir Azərbaycanda deyil. Onlar qeyd ediblər ki, keçmiş nazir ailəsi ilə birlikdə xarici ölkələrdən birindədir. Amma nədənsə, yaxınları ölkənin adını açıqlamırlar. Eyni zamanda Fərhad Əliyevin Azərbaycana nə zaman qayıdacağı haqda məlumat verməkdən imtina edirlər. Yaxınları Fərhad Əliyevin Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlərə də aydınlıq gətirmirlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Bu gün, 15:12 |
|
|
|
| • Azərbaycanda iki yeni institut yaradılıb
Bu gün, 15:10 |
|
|
|
| • Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Bu gün, 15:04 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Bu gün, 14:59 |
|
|
|
| • BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Bu gün, 14:57 |
|
|
|
| • Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Bu gün, 14:55 |
|
|
|
| • Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Bu gün, 14:49 |
|
|
|
| • Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Bu gün, 14:48 |
|
|
|
| • Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Bu gün, 14:45 |
|
|
|
| • Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17 |
|
|
|
| • "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15 |
|
|
|
| • Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12 |
|
|
|
| • Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03 |
|
|
|
| • Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59 |
|
|
|
| • Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58 |
|
|
|
| • Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53 |
|
|
|
| • İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51 |
|
|
|
| • Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
| • Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14 |
|
|
|
| • Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08 |
|
|
|
| • "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07 |
|
|
|
| • Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56 |
|
|
|
| • Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
| • Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
| • “Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32 |
|
|
|
| • Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29 |
|
|
|
| • Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22 |
|
|
|
| • Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14 |
|
|
|
| • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01 |
|
|
|
| • Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55 |
|
|
|
| • AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53 |
|
|
|
| • Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50 |
|
|
|
| • Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46 |
|
|
|
| • “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44 |
|
|
|
| • Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43 |
|
|
|
| • Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
| • Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34 |
|
|
|
| • Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29 |
|
|
|
| • İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25 |
|
|
|
| • Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21 |
|
|
|
| • AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18 |
|
|
|
| • Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10 |
|
|
|
| • Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01 |
|
|
|
| • Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
| • "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03 |
|
|
|
|