“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                     Mayis Musayev vəzifəsindən ayrıldı .....                     Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb .....                     Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                 

Misir Mərdanovun Azərbaycan təhsilinə vurduğu ağır zərbə barədə ilginc faktlar
Tarix: 11-02-2014, 10:54 | Çap et
Misir Mərdanovun Azərbaycan təhsilinə vurduğu ağır zərbə
Son çağlar təhsil sahəsində əsas problem kimi saxta diplomlar məsəli gündəmi tutub. Daha ciddi problemlərsə yenə də arxa plana keçirilir. Təhsil eksperti Etibar Əliyevlə söhbətimizdə bu gün üçün daha vacib olan sahələrə işıq salmağa, problemlərdən çıxış yolları aramağa çalışdıq.

- Etibar müəllim, bir çoxları düşünür ki, işdə uğur qazanmağın başlıca şərti kadrların düzgün seçimidir. Bu fikri bölüşürsünüzmü? Sizin məşğul olduğunuz sahədə bir nümunəyə baxaq: professor Misir Mərdanov heç bir elmi dərəcəsi olmayan Mikayıl Cabbarovla əvəzləndi. Sizcə, yaxşı təhsil naziri olmaq üçün elmi dərəcə, yaxud təhsil işçisi olmaq vacibdirmi?
- 1993-cü ildə professor Firudin Cəlilov heç bir elmi dərəcəsi olmayan Lidiya Rəsulova ilə əvəzlənəndə Təhsil Nazirliyində və təhsil müəssisələrində pıçıldaşırdılar ki, Lidiya Rəsulova bu sahənin adamı deyil. Ancaq Lidiya xanım 3 mühüm keyfiyyətinə - korrupsiyada adının hallanmamasına, idarəçilik qabiliyyətinə və yüksək intuisiyaya sahib olmasına görə təhsil işçilərindən, professorlardan fərqlənirdi. Bu keyfiyyətlər təhsildə bir sıra mühüm islahatlar aparılmasında və təhsil mühitinin yaxşılaşdırılmasında öz rolunu oynadı. Rəsulovanın vaxtında nazirliyin çevik mərkəzi aparatı formalaşmışdı. Yerlərdə rüşvətxorluq və korrupsiya səngimişdi. Ancaq ondan sonra gələn professor Mərdanovun təhsili hansı vəziyyətə salmasının şahidi olduq. Mərdanovun elmi adları xanım Rəsulovanın sadaladığım 3 keyfiyyətindən çox-çox aşağıda dayanır.

- Demək istəyirsiz ki, elmi adların ciddi əhəmiyyəti yoxdur... Korrupsiyaya bulaşmamaq, yaxşı idarəçi olmaq yetərlidir?
- Fikrimi başqa bir misalla izah edim. Yaponiyanın tanınmış filosofu, görkəmli dövlət xadimi Yasuxiro Nakasone ötən əsrin 80-ci illərində ölkədə təhsil islahatlarının keçirilməsi ilə əlaqədar yazırdı ki, bu işi “professionala” yox, işgüzar dairədə böyük uğur qazanmış Tosio Dokoya həvalə etmişdik. Bu islahatları ona görə təhsil məmuruna tapşırmadıq ki, onlar əvvəlki təhsil sisteminin yetişdirməsi idi və yeni dövrün fəlsəfəsini bilmirdilər. O deyirdi ki, əgər söhbət təhsil sisteminin kosmetik təmirindən getsəydi, bunu təhsil məmuruna həvalə etmək olardı. Lakin söhbət təhsili yeni cəmiyyətin tələblərinə uyğunlaşdırmaqdan, bugünkü təhsildə gələcəyin təməlini qoymaqdan getdiyi üçün bu gələcəyi görə bilən adamların, bütövlükdə cəmiyyəti proqnozlaşdıra bilən adamların baxışlarına böyük ehtiyac vardır. Təhsil sisteminin içərisində oturub təhsili bir mərhələdən başqa mərhələyə keçirmək mümkün deyil.
Bu iki müqayisəyə görə Mikayıl Cabbarovun təyinatını uğurlu hesab etmək olar.

- Sizcə, bunu ali məktəb rəhbərlərinə necə, aid etmək olarmı? Onların da təhsil işçisi olmaları vacib deyil?
- Əlbəttə. Yenə bir faktı söləyim. Azərbaycan Pedaqoji Universitetinə AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov rektor təyin olunanda sevindilər ki, yaxşı alim və gözəl insan bu Universiteti dirçəldəcək. Ancaq Yusif müəllim bu ali məktəbdə heç bir islahat apara bilmədi. Əksinə, apardığı “islahat” tələbələrin geniş etirazına səbəb oldu və bundan sonra geri çəkilməli oldu. Eyni ilə Bakı Dövlət Universitetinin rektoru. Artıq bu adamların islahat aparmaq imkanları yoxdur. Çünki ifrat avtoritar təfəkkürlə bunu etmək mümkün deyil. Azərbaycanda 10 ildən artıq rektor işləmiş şəxslərin dövlət proqramı ilə xaricdə təhsil alıb qayıdan gənclərlə əvəz olunmasının vaxtı çoxdan çatıb. Universitetlərə yeni nəfəs gəlməsə, biz ali təhsilin inkişafından danışa bilmərik.

- Etibar müəllim, bu gənclərdən biri Mikayıl Cabbarovdur. Yeni nazirin təyinatından sonra təhsildə hansı dəyişikliklər baş verib ki?
- Azərbaycan təhsilində böyük dəyişikliklərə ehtiyac var. Bir neçə istiqamətdə intensiv şəkildə iş aparılmalıdır. Kadr dəyişiklikləri sürətləndirilməli, idarəetmənin fəlsəfəsi dəyişdirilməli, müəllim hazırlığının keyfiyyəti yaxşılaşdırılmalı, normal dərsliklərin yazılmasında ciddi dönüş yaradılmalı, tədris mühitinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Maraqlıdır ki, ictimaiyyətin əsas gözləntiləri kadr dəyişikliklərinə köklənib. Bu prinsip Təhsil Nazirliyinin mərkəzi aparatı istisna olmaqla, demək olar, müşahidə edilmir. Son 10 ildə orta ümumtəhsil məktəblərinə bilik və bacarığı nəzərə alınmaqla çox az sayda direktor təyin olunub. Yerdə qalanlar ya vəzifəli şəxslərin yaxın qohumları, ya da hansısa maraqlar çərçivəsində təyin olunublar. Bunları vəzifədən kənarlaşdırmağın yeganə yolu keyfiyyətə cavabdehlik daşımaqla bağlı ola bilər. Indi məktəb direktorunun işinə qiymət vermək çox sadədir. Burada ictimai rəy, təhsil göstəriciləri və məktəb mühiti mühüm rol oynaya bilər.

- Misir Mərdanovun nazir işlədiyi dövrlərdə nazirliyin yoxlamaları və təqdimatı əsasında rektor işdən çıxarılması halına rast gəlinməyib. Mikayıl Cabbarovun təyinatından bir il ötməsinə baxmayaraq prezident sərəncamı ilə təyin olunmuş Sumqayıt Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin rektorları vəzifələrindən azad olunublar. Buna münasibətiniz necədir? Bu işi yetərli sayırsınızmı?
- Mən təhsil eksperti kimi bunları təqdir edirəm. Bura Müəllimlər Institutunun Gəncə filialının direktorunu da aid etmək olar. Baxmayaraq ki, filial direktorlarını prezident təyin etmir, ancaq adı çəkilən filialın direktoru Təhsil Nazirliyinin apardığı yoxlama əsasında işdən azad olunub. Misir Mərdanov cəsarətsiz və qorxaq adam olduğu üçün bu cür addımları ata bilməzdi. Buna baxmayaraq o, yiyəsiz adamlara qarşı çox cəsarətli addımlar ata bilirdi. Ancaq 3 ali məktəblə iş bitməməlidir. Böyük ali məktəblərdə dəyişikliklər aparılmasa, vəziyyət daha da ağırlaşacaq. Məsələn, Azərbaycanın vaxtilə nüfuzlu ali məktəbləri olan Neft Akademiyası, Bakı Dövlət Universiteti, Dillər Universiteti, Pedaqoji Universitet xeyli dərəcədə nüfuzdan düşüb. Bu amil rektorların fəaliyyəti ilə sıx surətdə bağlıdır. Bu ali məktəblərdə çox ciddi yoxlamalar aparılmalı və yoxlamaların nəticələri ölkə başçısına təqdim olunmalıdır.

- Maraqlı sual ortaya çıxır. Hesablama Palatasının Dillər Universitetində apardığı yoxlamalardan aydın oldu ki, bu universitetdə milyonlarla manat dövlət vəsaiti mənimsənilib, ancaq Səməd Seyidova gözün üstə qaşın var deyən olmadı axı... Yəni hay-küylü yoxlama nəticəsiz qaldı. Sizcə, niyə?
- Sizinlə razıyam. Ancaq məsələnin mənəvi tərəfi də var. Burada rektor istefa verməli idi. Ancaq Seyidov özünü elə aparır ki, sanki heç nə baş verməyib. Dillər Universitetinin rektoru siyasi fiqurdur. O, bundan sui-istifadə edərək ali məktəbi Məhdud Məsuliyyətli Cəmiyyət kimi idarə edir. Istədiyi hərəkəti edir. Bilir ki, toxunulmazdır. Diqqət edin, Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israfetmə yolu ilə talanıb. Təkcə bu biabırçı fakta görə Seyidov istefa verməli idi. Başqa bir məsələ Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Səməd Seyidovun rəhbərlik etdiyi Dissertasiya Şurasının işi ciddi şəkildə yoxlanmalıdır. Seyidov təkcə təhsili bərbad vəziyyətə qoymayıb. Bu ali məktəbdə o, elmi də inhisarına alıb.
Indi baxın, bizi Avropa Şurasında təmsil edən birisi fəaliyyətini Avropa standartlarına uyğunlaşdıra bilmir, ancaq həmin dəyərlərdən ağzıdolusu bizə dərs demək istəyir.

- Etibar müəllim, necə hesab edirsiniz, bizdə islahatlar nədən lazımi bəhrə vermir? Axı hər bir islahatın son nəticəsi inkişafa xidmət etməlidir...
- Təhsil sahəsində Azərbaycanda aparılan islahatlar və ilbəil artan vəsait təhsilin geriləməsinə səbəb olub. Bunu təhsilin bütün pillələrində faktlarla əsaslandırmaq mümkündür. Biz hər hansı bir sənədin təhsili kökündən dəyişə biləcəyinə arxayın olmamalıyıq. Başqasının icad etdiyi bilik elə bil ki, yəhərli, yüyənli at kimi qaça-qaça gəlib hamının qarşısından keçir. Keçir, lakin dayanmır. Atı minib onu istədiyin səmtə sürmək, ona sahib olmaq üçün də xüsusi məharət lazımdır. Bir yerdə dayanan adam qaçan ata minə bilməz. Gərək özün də hərəkətdə olasan.
Biz yerimizdə dayanıb, qaçan atları seyr edirik. Keçmiş təhsil naziri 14 inkişafyönümlü islahat proqramı və layihəni dəfn etdi. Mən Təhsil Nazirliyinə bunların ciddi şəkildə monitorinqinin aparılmasını təklif etmişəm. Ancaq nazirlikdən bu barədə hələ ki, bir xəbər yoxdur. Sanki heç nə baş verməyib. Dövlətin 100 milyonlarla manat vəsaiti talanıb, ancaq bunu araşdırmaq istəmirlər. Cəmiyyətin diqqətini saxta diplomlara yönəldiblər. Bunlar 5-ci, 10-cu dərəcəli məsələlərdir. Məncə, Təhsil Nazirliyi daha ciddi işlərlə məşğul olmalıdır. Cəmiyyət istənilən vaxt təhsilə öz dəstəyini göstərir. Ancaq təhsildə ictimaiyyətin aktiv fəaliyyəti hələlik hiss olunmur. Bu, bilavasitə Təhsil Nazirliyinin çağırışlarından asılıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Bu gün, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Bu gün, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Bu gün, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Bu gün, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Bu gün, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Bu gün, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Bu gün, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Bu gün, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Bu gün, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru