"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? .....                     “Brent” neftinin qiyməti 106 dolları ötüb .....                     “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? .....                     Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü .....                     AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb .....                     Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: .....                     Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... .....                     Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                 

Səfər Əbiyev 20 il ərzində ordumuza hansı zərbəni vura bilib? İLGİNC ARAŞDIRMA
Tarix: 25-01-2014, 09:59 | Çap et
Səfər Əbiyev 20 il ərzində ordumuza hansı zərbəni vura bilib?
Neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi KİV, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət etdi... Müraciətdə bildirilirdi ki, “Son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı KİV-lərdə müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir. Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə edir. Təəssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və KİV nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır. Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir. Müdafiə Nazirliyi KİV-lərə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir”.

Keçmiş nazirin nöqsan qalıqları...

Təbii ki, Müdafiə Nazirliyinin bu narahatlığına şərikik və “Təzadlar” olaraq həmişə çalışmışıq ki, hərbi sirr sayılan məlumatlar KİV səhifəsinə çıxarılmasın. Və bir şeyi də nəzərə almaq lazımdır ki, adətən belə məlumatlar informasiya agentlikləri və peşəkarlıq səviyyəsi aşağı olan saytlarda olur. Təbii ki, peşəkar KİV əməkdaşı heç vaxt belə səhvə yol verməz.

Bu məsələnin birinci və ən vacib tərəfidir. Lakin bu sətirlərin müəllifi olaraq bir məqamı Müdafiə Nazirliyi rəhbərliyinin diqqətinə çatdırmaq istəyirik. Zəruri qeyd: Əvvəlcə onu deyim ki, bir müddət əvvəl “Təzadlar”da vətənpərvərlik ruhunda yazılmış və Ermənistanın indiki topal müdafiə naziri Seyran Ohanyan barədə (Qarabağ döyüşlərində güllə yarası alıb) bir araşdırma yazımıza görə şəxsən keçmiş müdafiə naziri Səfər Əbiyev MN-nin Mətbuat Xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu vasitəsilə qəzet rəhbərliyinə, yazının müəllifinə minnətdarlıq etmişdir.

Bəli, hərb elə sahədir ki, onun sirləri hərbi qayda-qanunla qorunmalıdır. Amma burada bir məqam izah istəyir. Bəli, biz nə olsa da belə, itkilərimiz, digər təbii nöqsanlarımız barədə düşməni məlumatlandırmamalıyıq. Amma elə nöqsanlar var ki, onu heç yazmaq və ya efirdə göstərmək lazım deyil, onu hər bir hərbçi-komandir özü etməlidir. Amma etmirlər və nəticədə əsgərlərimiz bezib ya özünü asır, ya hərbi xidmətdən qaçmağa cəhd edir, ya da... Ardını hamımız bilirik.

Mən bu yazının müəllifi kimi həm də iki il əvvəl oğlu birbaşa cəbhə bölgəsində xidmət edən əsgər atası idim (Unutmayaq ki, bəyənmədiyimiz keçmiş Sovet hökuməti dönəmində əsgər valideynlərinə xüsusi rəğbət və imtiyazlar, ictimai hörmət vardı). İndi siz deyin, aşağıdakı nöqsanları yazmamaq mümkündürmü? Məsələn, oğlum filan korpusun N saylı hərbi hissəsində xidmət edirdi... Bir gün Ali təhsilli, yəni 1 illik hərbi xidmət keçəcək bu əsgər bərk xəstələndi. İnsaf naminə deyim ki, həmin dövrdə korpus komandanlığı dəyişmişdi deyə, belə hallara böyük diqqət yetirilirdi. Komandirlər də bu sıradan... Beləliklə, bu uşağı əvvəlcə hərbi hissəsnin tibb məntəqəsində müalicə etdilər, amma soyuq dərinə işlədiyindən hospitala köçürdülər... Özüm ərazi rayon mərkəzi xəstəxanasından həkim çağırtdırdım və bütün mümkün müalicə məsləhətlərini aldıq, iynə-dava və dərmanını etdik. İki gün sonra böyük bir korpusa xidmət edən hospitalda uşağa baş çəkməyə getdim. Təsəvvür edirsinizmi, hər il dövlət büdcəsindən milyardlar alan MN-nin həmin hospitalı Sovet dövründə hərbçilərin taxta evlərinin sınıq-sökük qalıqlarından ibarət idi. Qızdırma içində buraya gətirilmiş əsgərlər (həmin vaxt fevral ayı idi) yuyunmaq və ya üzünü qırxmaq üçün çöldə əldən düşmüş bir köhnə şam ağacının gövdəsinə bağlanmış (mıxlanmış) güzgü qırığından və sınıq-salxaq su kranından istifadə edirdilər. Məgər həmin korpusun və ya MN-nin pulu yox idi ki, bir balaca hamam düzəldələr, içərisinə bir ədəd su qızdırıcısı qoyalar ki, qızdırmalı əsgər də ikiqat sətəlcəm olmasın??? Bu harasıdır, tualet yataq korpusunun çölündə, vaxtilə rayon avtovağzallarındakı tualetdən geri qalmayan üstüaçıq bir yer-xarabalıq idi. Qışda qar, payızda və yazda isə başına yağış tökülən əsgər belə tualetə girib-çıxırdı və sonra isə ondan düşmənə layiqli cavab verməsi istənilirdi.

Bakıdan çox uzaq məsafə olduğundan mən ora nahar vaxtı çatmışdım... Əsgər oğlumun bir əli evdən apardığım xörəyi qaşıqlamaqda, digər əli isə canını və ayağını qaşımaqda idi. Məlum oldu ki, bit əlindən bütün bədən yara töküb. Bütün əsgərlər belə idi. Mən dərhal rastıma çıxan zabitə bu mənzərəni danışdım. Etiraf etdi ki, bunun qarşısı alınmazdır: “Çünki bu gün təmizləyirik, təzə gələn xəstə əsgər yenidən gətirir və ona görə də kökü kəsilmir...”.

Deməli, bitlə mübarizəyə hərbi hissələrdən başlamaq lazım idi. Amma DİN-nin Daxili Qoşunlarında, Sərhəd Qoşunlarında, FHN-nin hərbi hissələrində belə hal yoxdur. Niyə bu qədər fərqli münasibət var???

Mən həmin zabitə təklif etdim ki, öz pulumla neft və bit dərmanı alıb gətirim... Və gətirdim. Hər dəfə həmin hospitala gedəndə xəstə əsgərlər mənə dua edirdilər. Halbuki həmin kütləvi dualar o vaxtkı nazirimiz Səfər Əbiyevə edilməli idi. Edilmirdi. Niyə???

Bu və ya digər məsələlər iki il əvvəl olmuşdur... Bu yaxınlarda həmin hospitala yolu düşən bir tanışımdan vəziyyəti xəbər aldım. Dedi ki, vəziyyət dəyişməyib. Amma inanıram ki, müdafiə nazirimiz dəyişdiyi kimi, ordumuzdakı vəziyyət də dəyişəcək. Həmçinin həmin hospitaldakı vəziyyət. Lazım olarsa, MN-nin aidiyyəti qurum rəhbərlərinə həmin hospitalın yerini deyərəm, bəzi məsələlər var ki, hərbi sirr olaraq danışmaq mümkün deyil. Və bu məsələ ordumuzda olduqca vacib məsələdir. Ölkənin Ali Baş Komandanı, Prezident İlham Əliyev nə etməlidimr: lazımi təchizat var, silah-sursat heç özündən deyən ölkədə yoxdur, dövlət büdcəsindən nə qədər lazımdır pullar ayrılır! Bəs nə çatmır? Vicdan və həmin vəsaiti təyinatı üzrə xərcləmək haqqı! İnanırıq ki, yeni nazir bunları edəcək və Səfər Əbiyevdən qalma problemlərin məlum törtöküntüsünü aradan qaldıracaq. Xüsusən də əsgərlərin sosial-məişət problemlərini. Çünki gecəni rahat yatan, toqqasının altı bərk olan, canı isti olan əsgər heç vaxt hansısa problemlər, evindəki isti yataq haqqında düşünməz. Deməli, biz əsgərin xidmət yerində yeməyini o qədər keyfiyyətli, yağtağını o qədər təmiz etməliyik ki, onun mülki həyatındakından üstün olsun ki, o da fərqi hərbi hissənin xeyrinə görsün!

Həbs, həbs, yenə də həbs?

İndi KİV-lərdə keçmiş nazirin silahdaşlarının həbsindən bəhs olunur. Axı bunlar olmaya da bilərdi. Çünki o həbs edilənlərin bəlkə də hamısı orduda can qoyan peşəkarlardır. Sadəcə, onları ordunun xeyrinə işlətmək-qulluq keçməyə məcbur etmək lazım idi. Edilməyib... Elə buna görədir ki, təzəlikcə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib... Və bir həftə əvvəl isə AAHM-in sabiq rəisi Mirzəli Yusifov da həbs edilmişdir. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Yenə də rüşvət! Orduda da rüşvət olar? Hansı ki, Mirzəli Yusifovu şəxsən tanıyırdım və onun peşəkar zabit olmasına kimsə şübhə edə bilməz. Amma düşdüyü mühit buna gətirib çıxardı-rüşvət və həbs! Hansı ki, o, əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olmuşdu. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

Həmin Ali Hərbi Məktəbin tədris şöbəsinin keçmiş rəisi mayor Ramiz Fərəməzov da həbs edilib. Prokurorluq orqanları onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır.

S.Əbiyeyin kadrlarından biri də Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovdur. Məlumat var ki, Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılıb...

***

Bu yoxlamalara söz yox. Amma bunlar 20 il əvvəllərdən lazım idi ki, vəziyyət yaxşılığa doğru dəyişmiş olardı. 20 il sonranın belə tuthatutu isə yalnız və yalnız ordumuzun kisəsindən gedir. Halbuki, təkrar edirik, həmin yüksək rütbəli hərbçilər orduda xidmət keçsə, ümumi işimizin xeyrinə olardı, onların potensialından istifadə edilərdi...

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru