Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                 

İcra başçılarının virtual korrupsiyası Yeyinti üçün məkanın fərqi yoxdur...
Tarix: 23-01-2014, 08:28 | Çap et
İcra başçılarının virtual korrupsiyası
Hazırda informasiya əsrini yaşadıımızdan bütün sahələr İKT sektoruna sürətli inteqrasiya tələb edir. Son illər Azərbaycanın İKT sahəsində ciddi uğurlar əldə etməsinə və ilk milli peykini orbitə buraxmasına baxmayaraq, dövlət qurumlarımızın informasiya açıqlığı sahəsində vəziyyət "İnformasiya azadlığı haqqında" Qanunun standartlarından geri qalmaqda davam edir. Düzdür, "Elektron hökumət" layihəsi çərçivəsində dövlət qurumlarının öz elektron resurslarının formalaşmasını sürətləndirməsi haqqında ölkə prezidentinin fərmanı bu sahədə müəyyən dəyişikliklərə səbəb olub. Amma vətəndaşlara elektron xidmətlərin göstərilməsi ilə bağlı işlərə dair vəziyyəti qənaətbəxş saymaq olmaz. Belə ki, əhali ilə sıx təmasda olmalı olan qurumların internet saytları əksər hallarda yenilənmir və lazımi şəkildə təchiz olunmurlar.
Bunları nəzərə alıb dövlətin əsas strukturlarından sayılan yerli icra hakimiyyətlərinin saytlarının necə işləməsini araşdırdıq. Əvvəlcə başlayaq Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən. Bəri başdan deyək ki, ölkənin paytaxtı olan Bakıda icra hakimiyyətinin rəsmi saytı sonuncu dəfə ötən ilin avqustun 13-də yenilənib. Bu məlumat Bakı şəhər İcra Hakimiyyəti başçısının В«Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” imzaladığı sərəncam barəsində olub. Artıq 5 aya yaxındır ki, meriyanın rəsmi saytına yerləşdirmək üçün məlumat tapılmır. Qurumun internet səhifəsindəki bölmələrə nəzər saldıqda da, informasiya kasadlığı hiss olunur. Məsələn, “İcra hakimiyyəti” adlı bölmədə ancaq icra hakimiyyətinin binası barədə qısa məlumt verilib. “İnfrastruktur” və “Elektron xidmətlər” bölməsi isə tamamilə boşdur.

Paytaxt rayonları İKT-yə inteqrasiya edib, amma..

Araşdırmalarımız zamanı o da məlum oldu ki, meriyadan fərqli olaraq paytaxt rayonları İKT-yə inteqrasiyada daha çox maraqlıdırlar. Düzdür, paytaxt rayonlarının yerli icra hakimiyyətlərinə məxsus internet səhifələrində bəzi bölmələr boş olsa da, xəbərlərin mütəmadi yeniləndiyinin şahidi olduq. Məsələn, Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi bu ilin yanvanın 17-də yenilənib. Xəbər isə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə keçirilən görüşlə bağlı olub. Meriyadan fərli olaraq Qaradağın rəsmi internet səhifəsində yerləşdirilən В«Elekron xidmətlərВ» bölməsi də işlək sayıla bilər. Artıq bu bölmədə bir elektron xidmət istifadəyə verilib ki, vətəndaşlar bu xidmət vasitəsilə onlayn qəbula yazıla bilərlər.
Nəsimi rayon İcra Hakimiyyətinin internet səhifəsi isə bu ilin yanvarın 18-də yenilənib. Həmin tarixdə saytda yerləşdirilən xəbər icra hakimiyyəti tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 60 nəfər 20 Yanvar əlilinə və şəhid ailələrinə yardım göstərilməsi barədə olub. Sözügedən qurumun internet resursunda bəzi bölmələr üzrə informasiya kasadlığı sezilsə də, В«Elektron xidmətlərВ» bölməsində sayt izləyicilərini Elekron Hökumətlə bağlı geniş məlumat verilib. Bundan başqa icra hikimiyyətinin saytında Elektron Hökumət Portalına keçid də təmin edilib.
Binəqədi rayon İcra Hakimiyyətinin internet resursu da bu ilin yanvarın 18-də təzələnib. Qeyd edək ki, həmin tarixdə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə keçirdiyi görüş barədə məlumat yerləşdirilib. Saytın В«Elektron xidmətlərВ» bölməsində isə vətəndaşlar üçün bir xidmət istifadəyə verilib. Belə ki, Binəqədi sakinləri icra hakimiyyətinin internet resursuna daxil olmaqla e-arayış əldə edə bilərlər.
Bakının Nizami və Yasamal rayon İcra Hakimiyyətlərinə məxsus internet saytlarında isə məlumatlar bu ilin yanvarın 20-də yenilənib. Həmin tarixdə hər iki icra hakimiyyətinin internet resursunda 1990-cı ilin 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə bağlı keçirilən tədbirlər barədə informasiya yerləşdirilib. Qeyd edək ki, bu qurumlara məxsus saytlarda В«Elektron xidmətlərВ» bölməsinin yaradılmasına baxmayaraq, bu bölmədə hansısa xidmət istifadəyə verilməyib.
Xəzər və Xətai rayon İcra Hakimiyyətlərinin internet saytında da son məlumatlar yerli qurumların 20 Yanvar faciəsi ilə bağlı keçirdiyi tədbir barədə olub. Bu barədə informasiya hər iki qurumların saytında yanvarın 17-də yerləşdirilib. Araşdırma zamanı o da bəlli olub ki, hər iki icra hakimiyyətinin saytında elektron müraciət lövhəsi yerləşdirilsə də, sakinlər hələ ki, bu üsulla şikayətlərini lazımi şəxslərə çatdıra bilməyiblər.
Bakının ən gənc rayonu olan Pirallahı rayon İcra Hakimiyyətinin internet resursu isə bu ilin yanvarın 21-də yenilənib. Əksər icra hakimiyyətlərinin saytında olduğu kimi bu qurumun internet resursunda yerləşdirilən son məlumat 20 Yanvar faciəsi ilə bağlı olub. Belə ki, sözügedən xəbərdə Pirallahıda “Vətən uğrunda” abidə-kompleksinin açılış mərasiminin keçirilməsi barədə öz əksini tapıb.
Səbail rayon İcra Hamiyyətinin internet resursunda yenilənmə isə bu ilin yanvarın 17-də aparılıb. Həmin məlumatda rayonda 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərdən bəhs edilir.
Sabunçu rayon İcra Hakimiyyətinin internet səhifəsində də sonuncu yenilənmə 20 Yanvar faciəsi barədə olub. Qurumun saytında bununla bağlı informasiya bu ilin yanvarın 17-də yerləşdirilib.
Bakının Nərimanov rayon İcra Hakimiyyətinin internet səhifəsində yenilənmə isə bu ilin yanvarın 22-də həyata keçirilib. Həmin xəbərdə icra başçısının iştirakı ilə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağından bəhs edilir.
Suraxanı rayon İcra Hakimiyyətinə məxsus internet səhifəsində sonuncu yenilənmə ötən ilin dekabrın 29-na təsadüf edir. Həmin məlumatda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Suraxanı rayonunda keçirilən silsilə bayram tədbirlərindən bəhs edilir.
Azərbaycanın üçüncü ən böyük şəhəri Sumqayıt Şəhər İcra Hakimiyyətinin saytı isə sonuncu dəfə ötən ilin dekabrında yenilənib. Sözügedən quruma məxsus internet resursunda Sumqayıtda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hazırlanmış tortun təqdimatı barədə xəbərdən sonra material qoyulmayıb. İcra hakimiyyətinə məxsus internet saytında В«Elekron xidmətВ» bölməsinin yaradılmasına baxmayaraq, bölməni tam istifadəyə verilmiş saymaq olmaz.
Abşeron rayon İcra Hakimiyyətinin internet saytında son yenilənmə isə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı olub. Belə ki, bu ilin yanvarın 20-də yerləşdirilən materialda Abşeron rayonunda "Şəhidlər" abidə kompleksi önündə “20 Yanvar” faciəsinin qeyd olunduğu göstərilib.
“20 Yanvar”dan sonra yenilənməyən saytlar
Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, yerli rayon icra hakimiyyətlərinə məxsus internet səhifələrində son yenilənmə yanvarın 17-20-si arası baş verib. Həmin materiallarda isə ayrı-ayrı icra qurumlarının bu faciə ilə bağlı keçirdiyi tədbirlərdən bəhs edilir. Məsələn, İsmayıllı rayon İcra Hakimiyyətinə məxsus internet resursu da sonuncu dəfə yanvarın 20-də yenilənib və həmin məlumatda rayon ictimaiyyətinin “20 Yanvar”la bağlı Şəhidlər Xiyabanına yürüşündən bəhs olunur. Qəbələ rayon İcra Hakimiyyətinin internet səhifəsində də son yenilənmə yanvarın 20-nə təsadüf edir. Həmin materialda Qəbələ sakinlərinin Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad etdiyi vurğulanır.
Qəbələdən fərqli olaraq Neftçala rayon İcra Hakimiyyətinin internet resursunda sonuncu yenilənmə ötən ilin dekabrında olub. Həmin məlumatda Neftçala rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbirlərinin keçirildiyi qeyd edilir.
Kürdəmir, Zərdab və Ağsu rayon İcra Hakimiyyətlərinə məxsus internet resurslarında yerləşdirilən materiallar isə bu ilin yanvarın 20-nə təsadüf edilir. Həmin məlumatlarda hər üç rayonda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlərdən bəhs olunur.
Masallı, Qazax, Tovuz, Şamaxı, Gədəbəy , Goranboy, İmişli, Astara, Tərtər, Naftalan, Siyəzən və Daşkəsən rayon icra hakimiyyətlərinin internet səhifəsində sonuncu dəfə material isə yanvarın 20-də yerləşdirilib. Həmin məlumatlarda digər rayonlarda olduğu kimi bu rayonlarda da 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlər barədə informasiyalar öz əksini tapıb.
Yevlax rayon İcra Hakimiyyətinə məxsus internet saytında da sonuncu material 20 Yanvar faciəsi ilə bağlı olub. Bu barədə material qurumun saytında yanvarın 21-də yerləşdirilib.
Lənkəran və Lerik rayon İcra Hakimiyyətlərinin internet səhifəsində sonuncu yenilənmə isə yanvar ayının 22-nə təsadüf edir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə şəhər İcra Hakimiyyətinin saytında da son yenilənmə yanvarın 20-də aparılıb.

Bəxtsiz rayonlar

Araşdırmalarımız çərçivəsində hazırda işğal altında olan rayonların icra hakimiyyətlərinə məxsus internet resurslarını da ziyarət etdik. Amma təsəssüflə qeyd etməliyik ki, bəzi rayon icra hakimiyyətlərinin internet səhifəsində məlumatların kasad olması ilə bərabər materialların mütəmadi yenilənməməsinin də şahidi olduq. Məsələn, Şuşa şəhər İcra Hakimiyyətinə məxsus internet səhifəsi ən son ötən ilin fevralın 4-də yenilənib. Həmin məlumatda Şuşa rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağından bəhs olunur.
Kəlbəcər rayon İcra Hakimiyyətinə məxsus internet resursu da mütəmadi yenilənməyən saytlar sırasındadır. Belə ki, bu qurumun saytında son dəfə material ötən ilin oktyabrında yerləşdirilib. Həmin material da Kəlbəcər rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat barədədir.
Şuşa və Kəlbəcər rayon icra hakimiyyətlərindən fərqli olaraq Xocalı rayon İcra Hakmiyyətinin internet səhifəsində sonuncu material 20 Yanvar faciəsi ilə bağlı olub. Bu barədə daha bir məlumat isə yanvarın 21-də Füzuli rayon İcra Hakimiyyətinin internet resursunda yerləşdirilib.
Zəngilan, Ağdam, Ağcabədi rayon icra hakimiyyətlərinə məxsus internet səhifələrində də sonunda yenilənmə 20 Yanvar faciəçsi ilə bağlı olub. Bu barədə materiallar müvafiq olaraq yanvarın 20-21-i tarixlərində yerləşdirilib.
Cəbrayıl rayon İcra Hakimiyyətinin internet səhifəsində sonuncu yenilənmə ötən ilin dekab ayına təsadüf edir. Həmin materialda 27 dekabr 2013-cü il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə ərazisində yerləşən “Cəbrayıl” şadlıq sarayında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar bayram tədbiri keçirildiyi bildirilir.

Sonuncu dəfə saytı 2012-ci ildə yenilənən hansı rayondur?

Azərbaycan-da İKT sektoruna inteqrasiyanın günün tələbi olmasına baxmayaraq araşdırmalarımız zamanı məlum olub ki, bəzi yerli icra qurumlarının saytları hətta aylarla və ya illərlə yenilənmir. Məsələn, Qobustan rayon İcraHakimiyyətinə məxsus internet saytında sonuncu məlumat ötən ilin martın 18-də yerləşdirilib. Həmin materialda Qobustan şəhərində kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsinə toxunulub.
Biləsuvar rayonun İcra Hakimiyyətinin internet resursu da ötən ilin mart ayında yenilənib. Həmin materialda rayonda “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi tədbirlərin keçirilməsindən bəhs olunur.
Baləkən, Göyçay, Ağdaş, Quba, Yardımlı, Bərdə, Baləkən rayon icra hakimiyyətlərinin internet səhifələri də ötən ilin dekabrında yenilənib. Həmin materiallarda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirlər barədə məlumat verilir.
Hacıqabul rayon İcra Hakimiyyətinə məxsus internet resursunda isə sonuncu dəfə material ötən ilin dekabrın 13-də yerləşdirilib. Həmin informasiyada rayonun qazlaşdırılması prosesinin tam başa çatdığı vurğulanır.
Sabirabad rayon İcra Hakimiyyətinə məxsus internet saytında son yenilənmə ötən ilin dekabrın 27-nə təsadüf edir. Həmin materialda Daxili İşlər Nazirliyinin köçkünlərə bayram sovqatı paylamasından bəhs edilir.
Saatlı rayon İcra Hakimiyyətinin internet səhifəsində son yenilənmə isə ötən ilin dekabrın 11-də aparılıb. Həmin məlumatda Saatli rayonunda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli, 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş" Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası məqsədilə F.Köcərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Uşaq kitab karvanı Şirvan yolunda" kitab-mütailə tədbirinin keçirilməsi barədə informasiya verilir.
Beyləqan rayon İcra Hakimiyyətinin internet saytı da ötən ilin dekabrında yenilən saytlar arasındadır. Sözügedən icra hakmiyyətinin saytında yerləşdirilən məlumat 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə Beyləqan rayonunda geniş tədbirin keçirilməsi barədədir.
Ağstafa rayon İcra Hakimiyyətinin internet səhifəsi isə bu ilin yanvarın 21-də yenilənib. Həmin materialda Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışndan bəhs edilir.
Ucar rayon İcra Hakmiyyətinin saytı isə ötən ilin noyabrın 11-də yenilənib. Həmin məlumatda Milli Bayraq Gününün Ucar rayonunda silsilə tədbirlərlə qeyd olunduğu vurğulanıb.
Mingəçevir rayon İcra Hakimiyyətinin saytı isə ötən ilin noyabrında yenilənib. Həmin məlumatda noyabrın 11-də Mingəçevir şəhərinin 65 yaşı tamam olduğu və buununla əlaqədar İcra Hakimiyyətinin təşəbbüsü ilə “Şəhər günü” adlı bayram mərasimi təşkil edildiyi vurğulanır.
Xızı rayon İcra Hakimiyyətinin internet səhifəsi isə 2012-ci ilin mayın 10-da yenilənib. Həmin material10 may 2012-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin doğum günü ilə əlaqədar olub. Görünür, həmin materialın yerləşdirildiyi iki il ərzində rayonda başqa bir yenilik baş verməyib.
Xaçmaz rayon İcra Hakimiyyətinin internet resursu isə ötən ilin iyul ayında yenilənib. Həmin materialda prezident İlham Əliyevin Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etməsindən bəhs edilir.
Şabran rayon İcra Hakimiyyətinin internet səhifəsində son yenilənmə də keçən ilin iyul ayına təsadüf edir. Bu məlumat da ölkə başçısının səfəri ilə bağlıdır. Belə ki, məlumatda bildirilir ki,
İlham Əliyev Şabranda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Qusar rayon İcra Hakimiyyətinə məxsus internet səhifəsində son yenilənmə isə ötən ilin dekabrında həyata keçirilib. Həmin məlumatda prezident İlham Əliyevin Qusar rayonuna səfərə gəlməsindən bəhs olunur.
0ğuz rayon İcra Hakimiyyətinə məxsus internet resursu isə sonuncu dəfə
Ötən ilin dekabrında yenilənib. Yenilik Gənc Sahibkarların В«Qəbələ Forumu”dan barədə olub.
Zaqatala rayon İcra Hakimiyyətinin internet resursunda son yenilənmə isə ötən ilin dekabrın 26-na təsadüf edir. Həmin məlumatda “Zaqatala” qəzetinin 90 illik yubileyinin qeyd olunduğu vurğulanıb.

İnternet resurlarına laqeydlik var

Məsələ ilə bağlı fikirlərini bölüşən Multimedia Mərkəzinin direktoru Osman Gündüz də hesab edir ki, yerli icra qurumlarının informasiya açıqlığında vəziyyət o qədər qanaətbəxş deyil. Onun sözlərinə görə, təmsil etdiyi qurum təxminən 67 yerli icra hakimiyyətinin rəsmi internet resursunun monitorinqini aparıb və məlum olub ki, mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisi 33.5 faiz olduğu halda, yerli icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi cəmi 7 faizdir. Yerli icra qurumları arasında Binəqədi, Nəsimi rayonlara ilk üçlükdə yer alıb: “Ümumilikdə vəziyyət o qədər də yaxşı deyil. Səbəb icra hakimiyyəti orqanının laqeyd münasibətidir. Bəzi icra hakimiyyəti orqanlarının saytlarında ancaq icra başçısı və rayon haqqında məlumat verilir. Bunu da qaneedici saymaq olmaz. Əslində isə
“Açıq hökumət” təşəbbüsünün həyata keçməsində hər kəs öz vəzifəsinin öhdəsindən gəlməlidir. Yəni, bir çoxlarının buna laqeyd münasibəti bütün dünyada maraqla qarşılanan təşəbbüsün icra vəziyyəti barədə narahatlıqlara əsas verirВ».
Amma ekspert onu da vurğulayır ki ,son bir ildə dövlət orqanlarının demək olar ki, hamısının saytı var, lakin yenilənmir. “Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin saytları var, lakin çoxunun içərisində heç nə yoxdur. Bu sahədə görüləsi işlər, həll olunacaq problemlər var. Mövcud vəziyyət icra başçılarının bu sahəyə ciddi maraq göstərməməsi ilə əlaqədardır. Məsələn, bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsi mənfi tendensiyadır. İlk olaraq bu düşüncəli məmurlardan qurtulmaq və islahatlara getmək lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru