"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" .....                     YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... .....                     İkisi də ağlayaraq getdilər.. .....                     Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? .....                     Yüz il keçdi, "ağa" dəyişmədi .....                     Onların qarşısında heç bir ulduz... .....                     Daniel Orteqa seçkiləri ləğv edir .....                     Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ .....                     SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib .....                     Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? .....                     Rusiya bazarında itirən Ermənistan Avropada qazandı .....                     Müctəba Xamenei haradadır? .....                     Azərbaycanda dolların aqibəti .....                     Kreml son 10 ilin ən ağır dövrünü yaşayır .....                     Qazaxda faciə .....                     Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? .....                     9 milyonluq hərbi korrupsiya işi .....                     Gilas adını dəyişmək istədi, .....                     "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə .....                     Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? .....                     2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... .....                     Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər .....                     Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? .....                     Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı .....                     Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR .....                     Başçısız qalan icra hakimiyyətləri .....                     Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                     Atası həbs edildi, qaynatası güllələndi .....                     Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa .....                 

74 yaşlı Qocayevlə dizləri bükülən SAMUX... - NARAZILIQ!
Tarix: 21-12-2021, 11:17 | Çap et
74 yaşlı Qocayevlə dizləri bükülən SAMUX...
74 yaşlı A.Qocayev, 29 yaşlı Samux rayonunu cəmi 9 ildə əldən salıb. Bunu biz yox, onun 9 ildir İcra başçısı olduğu Samux rayon sakinləri deyir.





Yaxın günlərdə çoxsaylı Samux sakinlərinin israrlı xahişi ilə Samux rayonunda qonaq olduq. Təsəvvür edin ki, gəlişimizdən xəbər tutan ürəyidolu sakinlər hətta gecəni səhərə qədər ardı-arası kəsilmədən qonaq olduğumuz evə axışıb gəlirdilər.

"Ürəyidolu" ifadəsini yuxarıda əbəs yerə işlətmədik. İcra başçısı Alı Qocayevin, eyni zamanda Nabığalı kənd İcra nümayəndəsi Elşən və Bələdiyyə sədri Xətai Cəfərovun adlarını çəkdikcə bir neçə ilin üst-üstə yığılan hiddəti sakinlərin gözlərində qığılcım saçırdı.

Samux sakinləri deyir, "İcra başçısı Alı Qocayev sakinlər arasında ayrıseçkilik salır". Məsələn Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin etməsi, həmçinin Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin etməsi Samux sakinlərinə qarşı "ögeylik" münasibəti göstərməsinin nümunəsidir. Özü də daha maraqlı olan da burasıdır ki, "gununsesi.info"nun da araşdırmasına görə nə Şəms xanımın özünün, nə də direktor anasının ali təhsili yoxdur. Deyəsən, bu ana-balanın "toruna qızıl balıq düşüb". O qızıl balıq da onların bir neçə arzusunu "anında" yerinə yetirib. Odur ki, necə olubsa birdən-birə ana və qızının Gəncə Müəllimlər institutundan diplomları "peyda olub". Təsadüfə baxın ki, Qocayevin anım gününü "bayram" kimi qeyd edən keçmiş məktəb direktoru xanımı da 2007-ci ildə həmin diplomdan alıb. Yəqin, Gəncə Müəllimlər institutu "daimi müştəri"si olan Qocayevə qiymətlərdə güzəşt edir, ya da Qocayev "endirim kompaniyası"ndan yaralanaraq, xanım+ları sevindirmək şansını əldə edə bilib. Sonra da hərəsinə bir vəzifə hədiyyə edib.

O zaman sual yaranır, Samux rayonunda o vəzifəyə layiq bir kimsə yox idi mi, Qocayev Gəncədən "sifariş verirdi"?.

Düşünəndə ki, layiq insanlar var idi, təhsillisi yox idi, o da uyğun gəlmir. Çünki, zatən adıçəkilən xanımların da hardan, nə vaxt diplom aldıqları göz qabağındadır.

O zaman belə çıxır ki, Samux sakinləri narazı olmaqda və bəzi digər açıqlamalarında haqlıdırlar.

74 yaşlı Qocayev bir neçə İllərdir ki, Binəqədi rayonunu, ardından da Samux rayonunu demək olar ki, şəxsi mülkü kimi istifadə edir. Binəqədi rayonundan Samux rayonuna "transfer" edilən Qocayev həyat yoldaşının adına olan fermaları, villası, həmçinin Samux rayonunda meyvə bağları, heyvandarlıq ferması, şəxsi villaları, həmçinin bəzi xarici ölkələrdə iş adamı kimi tanınan prokuror oğlunun adına olan biznesləri, qızının, kürəkəninin, həyat yoldaşının adlarına olan mülkləri, biznesləri ilə dəfələrlə yerli media gündəmində özünəməxsus yer alıb. Buvaxta qədər haqqında heç bir tədbir görülməməsi də Tanrının günahkar bəndələrinə xətalarını təlafi etmək üçün verdiyi zaman sürəsidir yəqin.

Qeyd: Yeri gəlmişkən, bütün iddialar barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Samux rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirdiyi telefon nömrələri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran olmadı.

Əlqərəz...

2005-ci ildən bu günə qədər, yəni 74 illik ömrünün 16 ilini sırf İcra başçısı vəzifəsində çalışan Alı Qocayevin əməllərindən və şəxsi mülkiyyətindən saymağa və danışmağa ömrümüz yetməz. Odur ki, rayon İcra başçısının əməlləri barəsində qısa xatırlatma edib, keçək başçıdan örnək alan İcra nümayəndəsi və Bələdiyyə sədrinin haqqındakı iddialara.

Belə ki, Samux rayon Nabığalı kənd sakinləri iddia edir ki, Alı Qocayevin sözügedən kəndə nümayəndə təyin etdiyi Elşad adlı şəxs onların mövcud problemlərini görməzdən gəlir, onları dinləmir.

Nabığalı kənd sakini Həsənova Zəminə Səməndər qızı deyir:

- "Yaşadığım küçənin yolları bərbad vəziyyətdədir. Övladım birinci qrup əlildir. Mən min bir əziyyətlə ona kalyeska (əlil arabası) alıb gətirmişəm ki, hərdən bir də olsa övladımı çıxarıb təmiz havada gəzdirim. Küçəyə çıxaran kimi arabanın təkərləri zay oldu, yararsız vəziyyətə düşdü. Bir neçə gün əvvəl övladımın "sudurğa"sı tutdu, vəziyyəti ağırlaşdı deyə təcili tibbi yardım çağırdım. Yardıma gələn təcili tibbi yardım maşınının (ambulans) küçədə təkərləri partladı. Neçə dəfələrlə icra nümayəndəsinə də, bələdiyyə sədri Xətai Cəfərova da demişəm, elə deyirlər düzələcək. İcra başçısının da qəbuluna düşə bilmirəm ki, sözümü ona deyim."



P.S: Sakinlərin iddiaları barəsində qarşı tərəf olaraq İcra nümayəndəsi Elşad adlı şəxslə telefon əlaqəsi saxladıq. Elşad adlı şəxs sakinlərin iddiasının tamamilə əsassız olduğunu bildirdi. Elə telefonla danışdığımız zaman sakinlərin narazı səs-küyünü eşitdikdə isə, "düzəldəcəyik də, ay Zəminə, nolub" - deyə cavab verdi.

Nabığalı kəndinin digər sakinləri Arzu və Samir İsmayılov qardaşları da həm İcra başçısı Alı Qocayevdən, həm də icra nümayəndəsi Elşəndən və bələdiyyə sədri Xətai Cəfərovdan gileylidir.

İsmayılov qardaşları kimlərdir?

Arzu və İsmayılov qardaşları erkən yaşlarında hər iki valideynlərini itiriblər. 2020-ci ilin sentyabr ayında başlayan ikinci Qarabağ müharibəsi zamanında Samir İsmayılov könüllü olaraq müharibədə iştirak edib. Bu gün onlar valideynlərindən qalan köhnə, uçuq damda yaşayırlar. Arzu İsmayılov artıq ailə qurub, iki övladı var. Qardaşı Samir İsmayılov da artıq yaşının keçdiyini, ailə qurmaq istədiyini, lakin bunun üçün evinin və maddi imkanının olmadığını deyir.
Qeyd: Biz Samuxda olduğumuz zaman Arzu İsmayılovun da evində olduq və yaşadığı evi həm gördük, həm də gördüklərimizi lentə aldıq. Həqiqətən də ev çox bərbad və qəzalı vəziyyətdədir.

Samir İsmayılov iddia edir ki:

- "Mənim az yaşım yoxdur. Ailə qurmaq istəyirəm. Lakin, balaca uçuq evdə iki ailə yaşamaq mümkün deyil. Hələ tək özüm qardaşım və ailəsi ilə birlikdə çətinliklə yaşayıram, o ki, qaldı mən orda ailə saxlayım. Dəfələrlə, bələdiyyə sədri Xətai Cəfərova müraciət etmişəm ki, mənə həyətyanı torpaq payı versin. Özüm üçün orda balaca dam tikib, ailəmi qurub, içinə yığılım. Bələdiyyə sədri uğrunda canımı verməyə hazır olduğum torpaqdan mənə bir neçə sot ayırıb vermir. Halbuki, kəndin düz yanında Xətai Cəfərovun özünün meyvə bağları, şəxsi fermaları var.

Kəndin yanında "çınqıllıq" deyilən ərazi var. Ora zibil gətirib tökürlər. Kəndi iyrənc günə qoyublar. Nəfəs ala bilmirik, üfunət qoxuyur. Sakinlər dəfələrlə şikayət etdikdən sonra 1-2 dəfə bulduzer gətirib zibili o tərəf-bu tərəfə çəkib öz fermasına və satdığı bələdiyyə torpaqlarına gedən yolu açıb, vəssalam. İndi də həmin zibilliyi bulduzerlə təmizləyib, həyətyanı torpaq sahəsi kimi camaata satır. Mənə isə haqqım olan torpaq payımı vermir."



P.S.S: Qardaşların iddiaları ilə bağlı qarşı tərəf olaraq bələdiyyə sədri Xətai Cəfərov ilə telefon əlaqəsi saxlayıb, haqqında sakinlərin bəzi iddialarının olduğunu və həmin ərazidə olduğumuzu bildirdik. Bələdiyyə sədri bizi idarəyə dəvət etdi və məsələyə üzbəüz danışıb, aydınlıq gətirmək istədiyini bildirdi. Biz də öz növbəmizdə bələdiyyə sədrinin fəaliyyət göstərdiyi İnzibati binaya yollandıq. Söhbətimiz əsnasında Xətai Cəfərov da İcra nümayəndəsi Elşadın sözlərini təkrar edərək, deyilənləri təkzib etdi. Kəndin ondan narazılıq edən hansı sakininin adını çəkdiksə, Xətai müəllim cavab verdi ki, "onu yaxşı tanıyıram. Onun başı çatmır, yalan danışır."

Xətai Cəfərovun sözlərindən belə başa düşülür ki, onun bələdiyyə sədri olduğu Nabığalı kəndinin tək normal sakini elə o özüdür.

Nabığalı kəndinin digər sakini İsmayılova Gülnarə Rəhim qızı deyir:

- "58 yaşım var. 5 övlad anasıyam. Övladımın birini kiçik yaşlarında itirmişəm. Digərləri böyüyüb, hərəsi bir ailə sahibidir. 61 yaşlı həyat yoldaşımla birlikdə yaşayırıq. Yoldaşım xəstədir. Əmək qabiliyyəti yoxdur. Heç birimiz də pensiya almırıq. Deyirlər yaşınız düşmür. Mən heç çoxuşaqlı ana kimi də pensiya almıram. Dəfələrlə İcra hakimiyyətinə müraciət etmişəm ki, heçolmasa mənə xadimə işi versinlər ki, ən azından işıq pulu, qaz pulu və digər kommunal xərcləri ödəyə bilim. Gah işığımız, gah qazımız borca görə kəsilir, soyuq, qaranlıq evimdə günlərlə ac otururuq. Övladlarımın da maddi durumu çox zəifdir. Onlar da güclə dolanırlar. İcra Hakimiyyəti də məni gah qəbul etmir, qəbul edəndə də deyir, "get gözlə". Mən nə qədər gözləməliyəm?! Gözləyənə qədər acından ölürük axı."



Nə İcra başçısından, nə onun nümayəndəsindən, nə də bələdiyyə sədrindən yarımayan sakinlərin gileyli olduqları daha bir məmur da xüsusi tapşırıqla seçməyə məcbur olduqları millət vəkili Nizami Səfərovdur. Sakinlər deyir ki, Nizami Səfərovu bir seçkiqabağı küçələrdə rast gəldikləri plakatlarda görüblər, bir də internetdə axtaranda "google" axtarış sistemində. Vəssalam.

Amma, görünür Nizami Səfərovun da başı digər vəzifələrinə və şəxsi şirkətlərinə qarışdığından Samux rayonunu yaddan çıxarıb.

Xeyirli olsun, deyirlər bu ilin əvvəlində Nizami Səfərova daha bir vəzifə verilib. O Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Amma, bu 61 yaşlı Nizami müəllimə qarşı "haqsızlıq" deyilmi?!

Bu yaşda bu qədər işi necə çatdırsın?! Üstəlik də şəxsi şirkətləri. Samux rayon sakinləri də bir yandan "problem yaradır"lar.

Samux sakinləri dərdlərini bölüşmək üçün vəkil seçdikləri Nizami Səfərovu axtarır, Səfərov da "yenixeber.org"un dediyinə görə Səbail rayon Badamdar qəsəbəsində yeni tikililəri üçün "təmizlik" işi aparır. "Gözünün tutduğu" ərazilərdə yaşayan sakinləri "təmizləyir".

Çox təəssüflər olsun ki, burda sadaladıqlarımız hələ Samux rayonunun bir kəndinin, bəzi sakinlərinin gileyidir. Kəndin digər sakinlərini, o cümlədən ümumilikdə Samux rayon sakinlərinin hamısının dərdini ayrı-ayrılıqda yazıb nə izləyicilərimizi, nə də özümüzü yormaq istəmirik. Nəticədə hamının problemi də, problemi yaradanları da eynidir.

Güman edirik ki, "DogruXeber.az" İnformasiya agentliyini özlərinə dərd ortağı və səslərini ölkə başçısına çatdıra biləcək ümid yeri hesab edən Samux sakinlərinin harayına ölkə başçısı özü yetişəcəkdir.
(Samux rayonunda səhiyyənin və təhsilin vəziyyəti də ürəkaçan deyil. Bu barədə ətraflı qarşıdakı günlərdə.)

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00
Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57
Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53
Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06
Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59
Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45
Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15
9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13
Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09
"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05
Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06
Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Dünən, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru