Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                     Ekologiya nazirinin yeni birinci müavini kimdir? .....                     Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı .....                     İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb .....                     Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub .....                     AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... .....                     Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" .....                     Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ .....                     Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                 

Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət - MTN generalını kim himayə edir?
Tarix: 29-11-2021, 15:29 | Çap et
Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qaynarinfo xatırladır ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıb. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında zərərçəkənlərə aid 14 milyon 292 min manat pul vəsaiti, 5 milyon 77 min manat məbləğində isə əmlakı hədə-qorxu ilə ələ keçirib.

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar. Onlar 36 nəfərdən 20 milyon pul alıb.

Mövlam Şıxəliyevin məhkəmə prosesinin getdiyi bir ərəfədə zərərçəkən Hüseyn Səfərov Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surəti də Qaynarinfo-nun redaksiyasına daxil olub.

Hüseyn Səfərov müraciətində bildirir ki, o, ləğv edilmiş MTN-nin daxilində "yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin” qurbanıdır. Daha sonra o, Mövlam Şəxəliyev və Vüsal Ələkbərovun törətdiyi cinayətlər barədə məlumat verib:

"Mövlam Şixəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə birgə mütəmadi olaraq mənim kimi Azərbaycan vətəndaşlarının başına olmazın müsibətlər açıblar. Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə olmazın cinayətlər törədiblər.

İstintaqın qənaətinə görə, Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digər quldurlar mənim kimi 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıb.

Hesab edirəm ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı belə aşardı.

Mənə qarşı törətdikləri cinayətlərə gəldikdə isə Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və qeyrilərindən ibarət sabit cinayətkar quldur dəstənin üzvləri ilə birgə 2008-ci ildə heç bir əsas və cinayət təqibi olmadan uydurma bir istintaqa cəlb ediblər”.

MTN-də 67 gün girovluq həyatı

Hüseyn Səfərov qeyd edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərov ondan 2 milyon manat alaraq barəsində uydurduqları cinayət işinə xitam veriblər:

"Təkcə mənə qarşı bu cinayəti etməyiblər. Azərbaycanda mənim kimi yüzlərlə iş adamı, sahibkar bu adamların cinayətkar tamahlarının qurbanı olub. Ermənilərin Azərbaycana vurduğu ziyandan bəlkə də artıq ziyanı biz Azərbaycan vətəndaşlarına, Azərbaycan iqtisadiyyatına vurublar.

Məni MTN-də girov olaraq 67 gün saxlayıblar. Həmin müddətdə mən günboyu MTN-də işləyən müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdikləri 3 milyon dolların toplanmasını gözləmişəm. Həmin günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi. Mövlam Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də Mövlam Şıxəliyev dedi ki, heç olmasa 2 milyon dollar verin, verməsən, səni buraxmayacağıq. Hər dəfə də "nazirin göstərişidir" deyirdi.

67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-nin binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Məni 30 dəqiqənin içində açıb buraxdılar.

Tapşırdılar ki, yerdə qalan 350 min dolları da qısa müddət ərzində ödəməlisən. Ödəməsən, səni yenidən həbs edəcəyik. Pulumu aldı, özümü də hədələdi Vüsal Ələkbərov. Dedi ki, "mənə pul verdiyini kiməsə desən, səni də, oğlunu da dərhal həbs edəcəyik. Əlimizdə hazır materiallar var”.
Həbsdən çıxandan sonra 350 min dolları da evimi, obyektimi satıb aparıb Vüsal Ələkbərova oğlum Rüstəmlə bərabər vermişəm”.

"Mövlam müəllim vəzifəli şəxsin himayəsindədir”

Zərərçəkənin iddiasına görə, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun güclü himayədarları var:

"Bu gün Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri xüsusi himayəyə götürülüblər. Belə ki, bizə qarşı cinayət törədən mütəşəkkil cinayətkar quldur dəstənin üzvlərindən yalnız Mövlam Şıxəliyev həbsdədir. Onu da bizlərin gözünə kül üfürmək üçün həbs ediblər. Qısa müddətdən sonra onu da azad edəcəklər. Artıq bunu gizlətmirlər.

Vüsal Ələkbərov, Sahib Ələkbərov, Yasin Məmmədov isə həbs olunmayıblar. Məhkəmə binası qarşısında Vüsal Ələkbərov mənə yaxınlaşıb hədələyir, "bu sözü belə de, o sözü belə de” şəkilində tapşırıqlar verir. "Mənə heç kim heç nə edə bilməz” deyir. Arxayındırlar, ad çəkirlər. Mənə meydan oxuyur. Deyir ki, Mövlam müəllim vəzifəli şəxsin himayəsindədir. Bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin.

Məni azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər.

Məni Vüsal Ələkbərov, Mövlam Şıxəliyevin şəxsi göstərişi əsasında zorakılıqla, hədə-qorxu ilə MTN-ə aparıb. Barəmdə cinayət işi olmadığı halda girov olaraq iki aydan artıq saxlayıblar. Bu adamlara etimad göstərilib, əvəzində dövlətə, dövlətçiliyə qarşı çıxıb Azərbaycan vətəndaşlarına, Azərbaycan iqtisadiyyatına qənim kəsiliblər. Ona görə də ən sərt cəzaya layiqdirlər.

Bu günə qədər də aldığım borcları qaytara bilməmişəm. Hər 3 övladımın evi banklarda girovdadır, evimi də satıb pulunu bu quldur yığınına verdiyimdən bu gün də kirayələrdə qalıram”.

Hörmətli prezident, Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri qatı cinayətkardırlar. Onların mütəşəkkil cinayətkar quldur dəstə şəkilində bu cinayətlərdə günahkar olmaları Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(093)-22/17 nömrəli hökmü ilə tam təsdiqini tapır. Həmin iş üzrə zərərçəkmiş kimi tanınmışdım. Lakin mənə vurulan ziyan ödənmədi.

Bu gün dünya hüquq elmində olmayan praktika Azərbaycan Respublikasının məhkəmə-hüqüq sistemində tətbiq edilir.

Belə ki, dövlət məmuru zorakılıqla, quldurluqla, hədə qorxu ilə mənim əmlakımı əlimdən aldığından dövlət məni rəsmi zərərçəkən kimi tanıyır. Amma məhkəmə məni mülki iddia verməkdən mərhum edir. Bu absurddur və biabırçılıqdır.

Bizdən hədə-qorxu ilə alınan pulun – yəni 2 milyon dollardan 200 min dollarını dövlətin hesabına rüsum kimi köçürmək tələb edilir. Deyirlər ki, pulu ödəyin, sizin təkcə şikayət ərizənizə baxaq. Bunu qəsdən edirlər. İstəyirlər ki, bizdən dövlətin gücündən istifadə etməklə, quldurluqla aldıqları pulu yenə də dövlətin əli ilə bizə qaytarmasınlar”.

"Bizi məhkəmənin önündə hədələyirlər”

Hüseyn Səfərov daha sonra yazır: "Bu mütəşəkkil cinayətkar quldur dəstə bu gün də dövlətin içində olan bəzi vəzifəli şəxslər tərəfindən acıq şəkildə himayəyə götürülüb, bunu şəxsi söhbətlərdə də dəfələrlə cəkinmədən açıq deyirlər.

Bizim bu adamların sözlərinə inanmamağımız üçün hər hansı bir əsas yoxdur. Çünki Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilir, 1 il sonra isə ziyan belə ödənmədən, bizdən soruşmadan onun cəzasını Ali Məhkəmə birdən-birə 5 ilə endirib və açıb buraxıb. Dəymiş maddi ziyanla bağlı Vüsal Ələkbərovun evi müsadirə olunub hərraca çıxarılmışdı. Ev artıq satılırdı. Elə həmin an hərrac Ali Məhkəmə tərəfindən qanunsuz olaraq dayandırıldı. Xəbər gəldi ki, Prezident Adminstrasiyasından Ali Məhkəməyə tapşırıq verilib ki, hərrac ləğv olunsun. Belə də oldu. Ev yenidən Vüsal Ələkbərovun ixtiyarına verildi.
Sizdən xahiş edirik ki, bizi ədalətsiz hakimlərdən, qanunsuzluqlara qol qoyan prokurorlardan qoruyun.

Bizi məhkəmə binası önündə hədələyirlər. İstəsələr, vurub öldürə də bilərlər. Özümüzü girov götürüb malımızı əlimizdən aldılar. Canımız qalıb, onu da əlimizdən alacaq qədər özlərini arxayın aparırlar.

Möhtərəm Prezident,

Sizə inanır, Sizdən bizə qarşı baş verən cinayətlərə son qoyulmasını istəyirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru