Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                     AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib .....                     "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" .....                     Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: .....                     Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir .....                     Sahibkar Göyçayda intihar edəcəyini bildirir .....                     "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." .....                     "Öz ərazimizi hədəf ala bilərik" .....                     Kanadada FACİƏ: .....                     GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ .....                     SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub .....                     Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? .....                     "Bizdə başqa biznes yoxdur..." .....                     Bakıda təcili tibbi yardımda .....                     Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı .....                     Zibil içində boğulan AAAF park sakinləri... .....                     Qələbədən nə qədər qazanıblar? .....                     Demirörenin "Azərlotereya"sında nə baş verir? .....                     Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? .....                     Talıbovların pulları BURDA DÖVR EDİR .....                     Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? .....                 

İmişlidə vətəndaş ACINACAQLI DURUMDA... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 19-11-2021, 10:18 | Çap et
İmişlidə vətəndaş ACINACAQLI DURUMDA...
Yayda uşaqlarını ağcaqanaddan qorumaq üçün pəncərəsiz evinin içində təzək yandırır. Qışda da soyuq olmasın deyə pəncərələrə sellofan tutur. Beləcə yola verir fəsilləri, illəri…

İmişli sakini Səma Kazımovanın 28 yaşı var. 4 uşağına tək baxan Səmanın deməsinə görə, həyat ona ancaq pis üzünü göstərib:

“Vallah, bir gün üzüm gülməyib, yadıma elə gün gəlmir ki, doyunca yeyib qalxım süfrədən. Kasıb ailədə doğulmuşam, erkən ailə qurmuşam. Dedim, bəlkə ailə qurub bir gün görərəm, o da belə… Deyirəm də, mənimki lap əvvəldən gətirməyib”.

Səma ötən il həyat yoldaşından da boşanıb. İndi 4 uşağını tək böyütməlidir:

“Yola getmirdik, ailəyə baxmırdı, üstəlik, günüm qara idi. İndi 4 uşaq da qaldı boynumda. Mən özünü dolandıra bilməyən adamam, indi öhdəmdə 4 nəfər də var. Keçmiş yoldaşım ayda 100 manat aliment verir.

Deyir ki, imkanı ancaq buna çatır. Onunla ailə dolandırmaq olar?”

Səmanın övladlarının üçü oğlan, biri qızdır. Deyir ki, oğlanlardan ikisinin nitq qüsuru var, danışa bilmirlər. Buna baxmayaraq, hökumət onlardan birinə pensiya kəsib, digərinə yox:

“Dedilər ki, danışacaq. Üstündən 3 il keçib, hələ bir kəliməsini eşitməmişik. Əslində deyəndə sevindim, uşağın danışması daha yaxşıdır mənim üçün. Hətta qonşulara da dedim. Düşündüm ki, bu kostyumlu adamlardan çox bilməyəcəm ki. Hamısı oxumuş insanlardır, yəqin dili açılacaq. Sən demə, 200 manat verməməyin dərdi imiş. Elə bil öz ciblərindən çıxır. Kiçik oğlum körpədir, Allaha dua edirəm ki, eyni problem onda da olmasın. Qızım normaldır, şükür. Üstəlik, dərslərini də çox yaxşı oxuyur, sinif nümayəndəsidir. Di gəl, bəzən məktəbə göndərə bilmirəm. Nə normal geyimi var, nə də dərs ləvazimatları”.

Səma Kazımovanın sözlərinə görə, 5 nəfərlik ailənin aylıq gəliri 300 manatdır. 100 manat aliment, 200 manat uşaqlardan birinin pensiyası:

“Onunla necə dolanaq? Ərzaq alaq, pəncərəsiz evi isidək? Geyimə, yoxsa təhsilə verək? Dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətində qəbulda oluşam. Bu problemlərin hamısını onlara da bildirmişəm, kömək istəmişəm. Mənə “niyə bu qədər uşağı dünyaya gətirirdin?” – cavabını veriblər. Mən uşaq dünyaya gətirib küçəyə atmamışam ki… Sadəcə kasıbam, çətinlik çəkirəm deyə, kömək istəyirəm”.

Evinin nəmli divarlarını, döşəməsini göstərir. “Burada uşaq böyütmək günahdır”, – deyir. Ancaq başqa çarəsi də yoxdur:

“Hardandır məndə ev alacaq, kirayə tutacaq pul? Yağışda hətta evin tavanından su damır. Paltarlarımızdan belə nəm qoxusu gəlir. Yerdə yatmaqdan belimiz ağrıyır. Bəs mən bu evdə vətənə 3 oğul böyüdürəm axı. Müharibə etdilər, o torpaqları bunlar kimi oğullar almadımı? Həmin oğullar vətən uğrunda şəhid olmadımı? İndi ayda 200 manatlıq pensiyanı qıymırlar həmin uşağa”.

Səma Kazımova bir neçə dəfə ünvanlı sosial yardıma müraciət etmək istəyib. Ancaq tələb olunan sənədləri tam düzəldib başa çatdıra bilməyib:

“Müraciət etmək istədim, bir xeyli sənəd istədilər. Başım çıxmır, o da qaldı yarımçıq. Nə də imkanım yoxdur ki, birinə 5-10 manat verim, mənə kömək etsin. Nə deyim, nazirlər televizorda fərəhlə Azərbaycanda hamının yaxşı yaşadığını deyirlər. Halbuki bizimki heç yaşamaq sayılmaz, mən buna sürünmək də demirəm. Bu, ölməkdir, amma basdıranımız yoxdur”.

Səma Kazımova deyir ki, indiyədək dəfə də hökumətdən kömək görməyib:

“Sağ olsunlar, nə edib, yaxşı insanlar edib. Mən savadsızam, ancaq bilirəm ki, əslində bizim kimi ailələrə hökumət yardım etməlidir. Di gəl, bizi Allah ümidinə buraxıblar”.

İmişli Rayon İcra Hakimiyyətindən yardım üçün Sosial Müdafiə Fonduna müraciət etməyin lazım olduğunu bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, bəli, ünvanlı sosial yardıma müraciət üçün müəyyən sənədlər tələb edilir. Ancaq bu şərtləri onlar qoymayıblar, dövlətin tələbidir:

“Onlar həqiqətən bilməlidirlər, bu insanın vəziyyəti necədir. Ona yardım düşür, yoxsa yox. Bu baxımdan həmin sənədlər vacibdir. Yəni biz həmin adamın yerinə o sənədləri toplaya bilmərik. Maksimum mərkəzə müraciət edənləri hansı sənədlərin lazım olması ilə bağlı yönləndirə bilərik. Prosesin qalanı elektron həyata keçirilir. Vətəndaş elektron qaydada yardım üçün müraciət edir, əgər ona yardım düşürsə, cavab da, kart da özünə gəlir. Bizlik iş deyil”.

Fonddan əllərindən gələn köməyi etməyə hazır olduqlarını da bildiriblər:

“Gəlsin, hansı sənədlər lazımdır, onları haradan əldə edə bilər, izah edək”.

Azərbaycanda yoxsul yaşayan əhalinin sayı ilbəil artır. Ancaq onların hamısı ünvanlı sosial yardım almır. Məsələn, rəsmi rəqəmlər 2019-cu ildə ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb.

Ancaq dövlət rəsmiləri daim açıqlamalarında Azərbaycanda ilbəil yoxsul yaşayan əhali sayının azaldığını bildirir.

Hətta o dövrdə Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə Azərbaycanda bircə nəfər də yoxsul qalmayacaq:

“Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

Müstəqil ekspertlər və beynəlxalq təşkilatların hesabatları isə əksini deyir. Məsələn, Dünya Bankı 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı 4,8 faizdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı.
//gozetci.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28
"Bizdə başqa biznes yoxdur..."
Bu gün, 09:15
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq
Bu gün, 09:13
Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı – VİDEO
Bu gün, 09:11
Zibil içində boğulan AAAF park sakinləri... ETİRAZA QALXDI
Bu gün, 09:03
Qələbədən nə qədər qazanıblar? - SƏN DEMƏ...
Bu gün, 08:54
Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK
Bu gün, 08:51
Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? - GƏLİŞMƏ
Bu gün, 08:43
Talıbovların pulları BURDA DÖVR EDİR - VERGİ BELƏ ÖDƏMİRLƏR
Bu gün, 08:42
Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Bu gün, 08:38
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
Bu gün, 08:36
“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 08:33
Çempionlar Liqası: “Sabah” növbəti oyununa çıxır - bu gün...
Bu gün, 08:29
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - BU DƏFƏ İSƏ...
Bu gün, 08:27
Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23
ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru