“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR
Tarix: 15-11-2021, 16:14 | Çap et
 Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” uzun müddətdir müştərilərə məşhur Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsullar satır. Bu məhsulların arasında paltaryuyan, soyuducu, mobil telefon, kondisioner, kombi və digər məişət texnikaları var.
Yeniavaz.com xəbər verir ki, “Kontakt Home”un rəsmi veb-səhifəsində “Hoffman” (əslində brendin orjinal adının sonunda 2 “n” hərfi olmalıdı –red.) brendinin texnoloji avadanlıqlar istehsal edən Almaniya mənşəli brend olduğu qeyd olunub.
“Kontakt Home”un məlumatında qeyd olunur ki, məhsullarında daha çox müştəri məmnuniyyəti və keyfiyyətə önəm verən “Hoffman” brendi bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilir.
Maraqlıdır ki, “Kontakt Home”un “Hoffmann” adı ilə müştərilərə təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmır. “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.
“Dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var... “Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.

Bu veb-saytın “Haqqımızda” bölməsində qeyd olunur ki, “Hoffmann” yüksək səviyyəli məişət texnikası istehsalçısı kimi bütün dünyada məşhur olan beynəlxalq şirkətdir. Amma çox qəribədir ki, həmin saytda “bütün dünyada məşhur olan beynəlxalq şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var. Yeganə əlaqə vasitəsi e-mail ünvanıdır ki, bu da aktiv deyil. “Bütün dünyada məşhur olan beynəlxalq şirkətin” “info@hoffmann-electric.com” adlı ünvanına məktub göndərmək belə mümkün deyil. “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların yer aldığı yeganə veb-sayt - “hoffmann-electric.com”-un qeyd olunduğu “Hoffmann Electronics” adlı “Vikipedia” səhifəsi var və bu səhifə cəmi bir il əvvəl qurulub və məlumatlar türk dilində təqdim olunur. Maraqlıdır ki, səhifədə yer alan məlumatın ilk cümləsində qeyd olunur ki, “Hoffmann” Almaniya mərkəzli istehsalçıdır. Amma, alman dilində bir cümlə də olsun məlumat yoxdur.
“Kontakt Home” məhsulun hansı ölkədə istehsal olunduğunu niyə gizlədir? Diqqət çəkən məqamlardan biri də odur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə (13-cü maddə) zidd olaraq “Kontakt Home”un onlayn şəkildə satışa çıxardığı “Hoffmann” adlı məhsulların əksəriyyətində istehsalçı ölkə göstərilməyib. Yalnız, bəzi məhsullarda istehsalçı ölkənin Çin olduğu qeyd olunub.
Sullara niyə cavab verilmir? Bəs görəsən, “Kontakt Home”un məşhur Almaniya brendi kimi təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi bu məhsullar niyə Azərbaycandan başqa heç bir ölkədə satılmır? Qeyd olunan məsələlərə aydınlıq gətirmələri üçün suallarımızı “Kontakt Home”a ünvanlasaq da, mağazalar şəbəkəsindən suallarımıza cavab verilmədi. Onu da qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur və bu şirkətə 2020-ci ilə kimi millət vəkili Elnur Abdullayev rəhbərlik edib.
Əslində “Hoffmann” brendi nədir? Məlumat üçün onu da bildirək ki, dünyada məşhur olan “Hoffmann” adlı Almaniya brendi var. Bu brend 1919-cu ildə qurulan və hazırda dünyanın 50-dən çox ölkəsində, ümumilikdə 69 nümayəndəliyi və distribütoru ilə fəaliyyət göstərən “Hoffmann Group” adlı şirkətə məxsusdur. “Hoffmann Group” adlı şirkət əsasən inşaat sektorunda istifadə olunan alətlər istehsal edir. Bu şirkətin rəsmi veb-səhifəsində istehsal etdiyi məhsulların siyahısı var və onların arasında “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların (telefon, paltaryuyan və s.) heç biri yoxdur.
Sonda onu da qeyd edək ki, yanlış məlumat verərək müştərini çaşdırmağa çalışmaq “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə qanun pozuntusu hesab olunur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53 |
|
|
|
| • Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49 |
|
|
|
| • İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44 |
|
|
|
| • "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42 |
|
|
|
| • “Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14 |
|
|
|
| • Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11 |
|
|
|
| • NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05 |
|
|
|
| • "Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58 |
|
|
|
| • Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54 |
|
|
|
| • Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49 |
|
|
|
| • Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47 |
|
|
|
| • Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42 |
|
|
|
| • "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40 |
|
|
|
| • Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38 |
|
|
|
| • Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22 |
|
|
|
| • Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05 |
|
|
|
| • Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21 |
|
|
|
| • Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19 |
|
|
|
| • Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17 |
|
|
|
| • Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14 |
|
|
|
| • Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32 |
|
|
|
| • Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28 |
|
|
|
| • Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26 |
|
|
|
| • Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23 |
|
|
|
| • Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20 |
|
|
|
| • Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18 |
|
|
|
| • Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13 |
|
|
|
| • "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09 |
|
|
|
| • Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06 |
|
|
|
| • "İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57 |
|
|
|
| • Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48 |
|
|
|
| • Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44 |
|
|
|
| • Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42 |
|
|
|
| • Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
| • Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33 |
|
|
|
| • SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23 |
|
|
|
| • Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01 |
|
|
|
| • “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59 |
|
|
|
| • Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45 |
|
|
|
| • Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40 |
|
|
|
| • Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36 |
|
|
|
| • Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30 |
|
|
|
| • Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27 |
|
|
|
| • Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26 |
|
|
|
| • Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14 |
|
|
|
| • Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13 |
|
|
|
| • Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
| • Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02 |
|
|
|
| • Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56 |
|
|
|
|