Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                 

8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir? - “KORRUPSİYAYA GÖZ YUMMADIM, İŞDƏN ÇIXARDILAR...”
Tarix: 7-10-2021, 17:26 | Çap et
 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir?
Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin mühasibi Aysel Fərmanlı işdən çıxarıldığına görə şikayətçidir. Bu idarə Gəncə şəhəri, Samux, Goranboy, Naftalan, Kəlbəcər rayonlarında yerləşən orta məktəblərin maliyyə məsələlərini həyata keçirir. Məktəblərin direktorları hər ayın sonunda maaş cədvəllərini Mərkəzə təqdim edirlər, orada müvafiq əməliyyatlar həyata keçirildikdən sonra Təhsil Nazirliyinə göndərilir. Müəllimlərin əmək haqları bu prosesdən sonra maaş kartlarına köçürülür.

A.Fərmanlının işdən çıxarılmasına gəlincə, şikayətçi deyir ki, Hesablama Mərkəzinin rəhbəri Fəraid Qəhrəmanov ona qarşı qanunsuzluğa yol verib, bu da onun qurumda yaratdığı dözülməz atmosferlə bağlıdır: "Fəraid Qəhrəmanov Mərkəzdə öz qaydalarını tətbiq edib. Bu "qaydalara" tabe olmayan işçilərə isə "torba tikilir", gözümçıxdıya salınır, əmək müqaviləsinin müddəti uzadılmır. "Heç bir əməkdaş direktorun komfortunu poza, onun himayəsində olan yaxın çevrəsinin tapşıqılarından boyun qaçıra bilməz",- şikayətçi gileylənir.

Aysel Fərmanlı bildirir ki, 2020-ci ilin iyulun 1-dən 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində mühasib kimi əmək fəaliyyətinə başlayıb. Onun sözlərinə görə, əvvəlcə analıq məzuniyyətinə çıxan əməkdaşı əvəz edib, daha sonra əmək müqaviləsi ilə işə götürülüb. Şikayətçi ixtisaslı kadr olduğunu, sahəsi üzrə bütün proqramlardan, texnoloji yeniliklərdən xəbərdar olduğunu deyir. Həmçinin korrupsiya, qanunusuzluq hallarına qarşı həmişə barışmaz mövqedə dayandığını vurğulayır. Bildirdiyinə görə, elə rəhbərliklə konflikt də onun prinsipiallığına görə yaranıb: "Mən Mərkəzdə Gəncə şəhərində yerləşən 14 saylı orta məktəbin mühasibi idim. Bu məktəb problemləri, narazılıqları ilə şəhərdə məşhurdur. Təsəvvür edin, məktəbin 200 nəfərlik kollektivi direktor Gülşən Məmmədovanın işdən çıxarılmasını tələb edir. Səbəb kimi məktəbdə baş verən qanunsuzluqları, tədris mühitinin pozulmasını göstərirlər. Onunla bağlı prokurorluğa, məhkəməyə çoxsaylı şikayətlər ünvanlanıb. Amma bütün şikayət və tələblərə rəğmən o vəzifəsində qaldı. Çünki onu himayə edən "güclü əllər" var. Onların sırasında Fəraid Qəhrəmanovu, Mərkəzin baş məsləhətçisi İlhamə Muradovanı da göstərmək olar".

A.Fərmanlı qeyd edir ki, sözügedən qanunuszluqlarla bağlı dəfələrlə Fəraid Qəhrəmanova, o cümlədən Gəncə Şəhər Təhsil İdarəsinin müdüri Anar Qədiməliyevə, Mərkəzdə yoxlama aparan nazirliyin əməkdaşlarına şikayətini bildirib: "Amma heç bir tədbir görülmədi. Gülşən Məmmədova maliyyə sənədlərini mənə həmişə ayın sonuncu günü, iş gününün sonuna lap az qalmış gətirirdi. Bunu qəsdən edirdi ki, mən onun təqdim etdiyi maaş təyinatlarını yoxlaya bilməyim".

Aysel Fərmanlı deyir, G.Məmmədovanın əsas “tərəfdaş”larından biri Mərkəzin baş mühasibi İlhamə Muradovadır: "Bu xanım F.Qəhrəmanovun ən imtiyazlı işçisidir, onun sözünün qarşısında heç kim söz deyə bilməz, hamı onun qulluğunda dayanmalıdır. Amma mən həmin əməkdaşların sırasında olmadım. Buna görə Fəraid Qəhrəmanov bir neçə dəfə mənə irad tudu və mən də ona kəskin cavab verdim".

Şikayətçi bildirir ki, ona qarşı təzyiqlərin bir səbəbi də İlhamə Muradovanın ondan qisas almaq niyyəti ilə bağlıdır: "Gəncə Şəhər Baş Polis İdarəsinin mərhum rəisi, general Rasim Musayev İlhamə xanımın qardaşını narkotik üstündə həbs etmişdi. Bu əməliyyatı mənim atam Alim Məmmədovun başçlıq etdiyi əməliyyat qrupu həyata keçirmişdi. İlhamə Fərəməzova bu hadisədən sonra məndən qisas almaq fikrinə düşüb. Bu niyyətini həyata keçirmək üçün 14 saylı məktəbin direktoru Gülşən Məmmədova ilə birgə "əməliyyat" həyata keçiriblər. Belə ki, bu ilin aprelində 14 saylı məktəbin texniki işçisi analıq məzuniyyətinə çıxmışdı. Mən onun sənədlərini mühasibat proqramına işlədim. Amma sonradan məlum oldu ki, Gülşən Məmmədova həmin xanımdan maaş kartını alıb, İlhamə Muradova isə sistemdə dəyişiklik etdirərək 3 ay ərzində onun maaşını çıxararaq mənimsəyib.

Xanım bundan süd pulu üçün DSMF-yə müraciət edəndə xəbər tutub, ona bildiriblər ki, işlədiyinə görə vəsaiti oradan ala bilər. Onun İdarəyə müraciətindən sonra mən nə baş verdiyini anladım. Dərhal bu barədə Fəraid Qəhrəmanova məlumat verdim, amma o məsələyə etinasız yanaşdı. Hətta dedi ki, "tülkü tülkülüyünü sübut edənə qədər dərisini dartıb boğazından çıxararlar". Mərkəz rəhbəri deyir ki, mənim arxamda təhsil nazirinin müavini Muxtar Məmmədov, İlhamə Muradova isə onun arxasında Fəraid Qəhrəmanovun dayandığını, onlara heç kimin heç nə edə bilməyəcəyini söyləyiblər".

Aysel Fərmanlı deyir bu ilin aprel ayından etibarən Mərkəzdə Təhsil Nazirliyi, Maliyyə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yoxlamalar aparıb: “Bu araşdırmalar kiçik fasilələrlə avqust ayına qədər davam etdi. Amma təəssüf ki, nəticə F.Qəhrəmanovun və İlhamə Muradovanın istədiyi kimi oldu. Doğrudur, yoxlamanın davam etdiyi günlərdə Kəlbəcər rayonun təhsil işçiləri Mərkəzi dağıdırdılar ki, İlhaməni onların mühasibliyindən çıxarsınlar. Çünki məktəblərdə külli miqdarda pulların mənimsənildiyi, təhsil işçilərinə qarşı görünməmiş haqsızlıqlar olduğunu deyirdilər. Uzun dava-dalaşdan sonra Fəraid Qəhrəmanov onu Kəlbəcər məktəbləri üzrə mühasiblikdən çıxararaq Samux rayonunun təhsil müəssisələri üzrə mühasib təyin etdi".

A.Fərmanlı qeyd edir ki, 14 saylı məktəbin işçisinin maaş kartından pul çıxarılaraq mənimsənilməsi ilə bağlı Təhsil Nazirliyinin əməkdaşı Vüqar İsmayılovun rəhbərliyi ilə Mərkəzdə yoxlama aparan komissiyaya müraciət edib: "Onlardan xahiş etdim ki, mənim bütün fəaliyyətimi yoxlasınlar, zərrə qədər günahım varsa, məsuliyyət daşımağa hazıram".

Aysel Fərmanlı işdən çıxarılması ilə bağlı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib. Onun şikayəti icraata götürülüb və oktyabrın 14-nə hazırlıq iclası təyin olunub. Şikayətçi media vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri Emin Əmrullayevə, Respublika Prokurorluğuna müraciət edərək 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində baş verən qanunsuzluqların araşdırılmasını və özünə qarşı yol verilən haqsızlıqların aradan qaldırılmasını xahiş edir.

Mərkəzin rəhbəri Fəraid Qəhrəmanov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Aysel Fərmanlını müqavilə müddəti bitdiyinə görə işdən azad edib. Qeyd edib ki, onun fəaliyyəti rəhbərliyi qane etmədiyi üçün bu addımı atıb. "Aysel xanım məhkəməyə müraciət edib, gözləyək, hansı qərar veriləcək. Onun ittihamlarına gəlincə, heç biri doğru deyil. Təhsildə rüşvət və korrupsiyadan danışmaq əsassızdır", - deyə F.Qəhrəmanov sözlərinə əlavə edib.

"AzPolitika.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru