Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                 

“Dərsliklər, tədris proqramları bərbaddır” - İTTİHAM
Tarix: 7-01-2020, 17:17 | Çap et
“Dərsliklər, tədris proqramları bərbaddır”
Müsahibimiz tanınmış tənqidçi İradə Musayevadır. Əslində, İradə xanımla söhbətimiz bir neçə ay öncəyə təsadüf etməli idi. Heyhat, mənim vəd verib, üzürlü səbəbə görə, vədimə xilaf çıxmağım bu müsahibəni biraz ertələdi. Məlum “yalan”ımdan sonra xanım tənqidçi ilə yenidən əlaqə saxladım və mədəni şəkildə söhbətdən imtina etdi. Əslində bunun üçün tutarlı səbəbi də vardı. Bildiyim qədəri ilə müsahibə üçün işdən icazə alıb, amma mən... Ötənlərdə İ. Musayeva ilə yenidən əlaqə yaradıb, bunun hörmətsizlik və ya səriştəsizlik kimi anlaşılmaması üçün üzürxahlıq etdim. Və xanım tənqidçi xoş səbəbi bildikdən sonra çox yumşaq, hətta deyərdim olduqca isti şəkildə bunu anlayışla qarşıladığını bildirdi. Əlbəttə, bu həlim münasibətdən sonra yaranmış əlverişli fürsəti fövtə verə bilməzdim. Bu mənada onunla söhbətləşib, olduqca maraqlı və orijinal fikilərini cəmiyyətə təqdim etmək fikrində olduğumu diqqətə çatdırdım. Nəhayət, razılıq aldım və elə anında ca söhbətə başladıq.

-2019-cu ildə dahi mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu. Buna dair müsabiqələr, tədbirlər, konfranslar keçirildi, kitablar, jurnallar yazıldı. Razı qaldınızmı?
-Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İmadəddin Nəsimi ilə bağlı sərəncamı hər kəsi, xüsusən də ədəbiyyat, sənət adamlarını çox sevindirmişdi. Bizim klassiklərimizlə bağlı hədsiz dərəcədə çox problemlərimiz var. Hələ bir neçə il öncə mən “Ədəbiyyat qəzeti”nə təklif etmişdim ki, silsilə şəklində, prinsipial mövqeli mütəxəssislərin iştirakı ilə bu mövzuya həsr edilmiş müzakirələr keçirsin. Mənim də iştirakımla bu mövzuda yalnız bir müzakirə (“Ədəiyyatşünaslığın klassik irs problemi”) keçirildi və çox böyük marağa, canlanmaya səbəb oldu, lakin sonra nədənsə o müzakirənin mətni hətta qəzetin saytına da yerləşdirilmədi. Görünür, AMEA-da bəzi əlaqədar ünvanlar nəzərə alındı... Halbuki məqsəd klassik ədiblərimizin – X.Şirvani, N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli və başqalarının yaradıcılığına yeni, müstəqillik zamanında azad düşüncə işığında yenidən və fundamental araşdırmalarla, təhlillər və tədris proqramları ilə normal elmi-nəzəri yanaşmadan ibarət idi. Başqa ədəbi mətbuat orqanları və ədəbiyyat adına fəaliyyət göstərən saytlar da bu mövzuda konseptual fəaliyyət göstərməyi bacarmadı. Ola bilər ki, uzun bir siyahı ilə müəllif adları sadalansın ki, filan-filan alimlərin klassiklər barədə yazısını çap ediblər və yayımlayıblar. Təbii ki, bu bizim klassik irsi mükəmməl öyrənmə və öyrətmə prinsipimiz üçün həlledici addım deyil. Sovet ədəbiyyatşünaslığında bütün klassiklərimiz ateist kimi təbliğ olunur və onların yaradıcılıq fəlsəfəsi təhrif edilirdi. Şərhlər və təhlillər, tədris metodologiyası bərbad vəziyyətdə idi. Müstəqillik zamanında sərbəst düşüncə və dövlətin bu işlərə ayırdığı külli miqdarda vəsait hesabına böyük işlər görmək olardı, lakin gördüyünüz kimi, dərsliklər və klassiklərin öyrənilməsi işi daha yarıtmaz duruma düşdü.
Bu gün bizim klassik mütəfəkkirlərimizi dünyada keçirilən böyük konfranslarda başqa millətlər öz adlarına çıxır və öz ədəbiyyatları kimi təqdim edirlər. Bizim isə mütəxəssis azlığı və yarıtmazlığı problemimiz var. İndividual şəkildə deyil, böyük elmi şöbələr, komissiyalar, qruplar şəklində Nizamişünaslar, Nəsimişünaslar, Füzulişünaslar yetişdirmək lazımdır. Amma hanı?!
Nəsimi ilində də dəyərli, əhəmiyyətli kitablar, tədqiqatlarla yanaşı qeyri-mütəxəssislərin qeyri-peşəkarlıqla yazdığı, tərtib etdiyi kitabların sayı həddi aşdı. Nəşriyyatlarda vərəqlədiyim, ötəri də olsa baxdığım bir çox kitab təəssüf doğurdu. Məqsəd yalnız ilin sonu üçün veriləcək hesabatları doldurmaq üçün konfranslar keçirmək və kitablar nəşr etməkdənmi ibarət idi? Əsas məsələ İ.Nəsimi irsinə institutlar səviyyəsində yeni elmi-nəzəri, ədəbi-bədii baxış fundamentallığı bəxş etməkdən ibarət olmalı idi. Tədrisdə, təhsil proqramlarında bu yeni və konseptual metodologiyanı praktik olaraq təsdiqləmək, tərcümələr, beynəlxalq aləmdə İ.Nəsimini klassik Şərq mütəfəkkiri kimi təbliğ və s. Bu məsələlərlə bağlı Feysbukda da yazmışdım: “Bilgə Tonyukuk ili başladı. Amma hamı qələmə sarılmasın, lütfən. Nəsimi ilində çox əsəbiləşdik."Hər adama bir kitab"- şüarı ilə aləmi bir-birinə qatdılar”. Bu da elə bayaqdan sadaladığım problemlərə işarə idi. Bu mövzu da mütəxəssislərin və aidiyyatı elmi qurumların ciddi layihə və proqramları əsasında reallaşmalıdır. Yəni, tarixdə qalacaq iş görmək məsuliyyəti...
-Zənnimcə, siz də Nəsimi irsinin öyrənilməsi və təbliği məqsədilə kitab hazırlayıbsınız...
-Biz də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Elm şöbəsi olaraq İ.Nəsimi irsinin öyrənilməsi və təbliği məqsədilə 800 səhifədən ibarət “Bir əsrlik Nəsimi araşdırmaları” kitabını hazırladıq. Kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur. Kitab iki hissədən ibarətdir: I hissə müasir Nəsimişünasların, eləcə də Türkiyəli müəlliflərin, II hissə isə klassik Nəsimişünasların əsərlərindən ibarətdir.
-Yanılmıramsa, 10 cildlik Azərbaycan ədəbiyyatı tarixinin I və II cildini axtarırdınız, tapa bildinizmi və ümumiyyətlə, o cildlərdə hansı çatışmazlıqlar var?
-Ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyası və prinsipləri mövcuddur! Dünya ədəbi-nəzəri fikri nümunələinə baxmaq lazım idi ən azından. Necə ola bilər mərhələnin biri zaman kəsiminə görə (orta əsrlər ədəbiyyatı), o biiriləri isə müxtəlif cərəyanlar və müxtəlif ictimai-siyasi hadisələr rakursundan müəyyənləşir? Orta əsrlərin cərəyan estetikası və ya ictimai-siyasi özəllikləri olmayıb?!
Dövrləşdirməyə baxın:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrdən VII əsrə qədər).
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).
8. Azərbaycan ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı illər).
9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm. (1960-1980-ci illər).
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
- Bu fikirləri narahat olduğum və illərlə etiraz etdiyim yanlış dövrləşdirmə prinsipini qəbul etmədiyim üçün dilə gətirirəm. Baxın, əgər ədəbiyyat tariximizin dövrləşdirilməsi metodologiyasında elmi-nəzəri, tarixi şərtlər, qanunlar əsas götürülmürsə, deməli 10 cild olacaq kitab təhrif, qeyri-elmi və qeyri-dəqiq şəkildə çap ediləcək və artıq iki cild bu prinsiplə tərtib edilib. Məsələn, 6 və 7-ci bəndə diqqət etsəniz görəcəksiniz ki, bölgüdə ziddiyyət var. XIX əsr sırf maarifçi realizm dövrü kimi səciyyələnir. Q.Zakir, S.Ə.Şirvanisatiralarını, tənqidi baxışlarını nəzərə almaq lazımdır. M.F.Axundov tənqidi realizmin banisi idi. C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestini 1894-cü ildə yazmışdı. Onlarla tənqidi realizm üslubunda yazılmış əsər adı çəkmək olar ki, XIX əsrə aid idi. Amma 6-cı bənddə deyilir ki, XIX əsr maarifçi realizm mərhələsi olub.
7-ci bənd belədir: Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək). Belə çıxır ki, Azərbaycanda 1920-ci ildə sovet hökuməti qurulan kimi, romantizm erası bitib. Halbuki C.Cabbarlı, H.Cavid və digər romantiklərin məhz romantik üslubda yazılan əsərləri sonrakı 10 illikdə də dvam etdi...
Ümumiyyətlə, dövrlərin bəzisi zamana əsasən (orta əsrlər), bir neçəsi ictimai-siyasi hadisələrə , bir neçəsi cərəyanlara, ədəbi-estetik baxış meyarına görə müəyyənləşib...
-Son zamanlar türkdilli ölkələrin ortaq dil, ortaq televiziya yaratmaq ideyası aktualdır. Bu mümkündürmü və yaradılarsa, effektiv olacaqmı?
-Bu barədə bir neçə müsahibəmdə də demişəm. Əlbəttə mümkün deyil. Bunun üçün coğrafi yaxınlıq olmalıdır ən azından. Ümumtürk abidələrini yadınıza salın, heç bir ideologiya, cəhd olmadan eyni tarixi taleyi yaşayan türklər ümumi ortaqlıq yaşadı və abidələr yarandı...
“Qoşa yy islahatı” və ortaq türkcə məsələsinə işarə kimi bir status yazmışdım. Həmin yazıda bildirmişdim ki, lap çoxdan, hardasa 10-15 il öncə oxuduğum "Qədim türklər" kitabını oxumağı hər kəsə tövsiyə edərdim. Ömrünün 32 ilini bir kitaba həsr etmiş Lev Qumilyov (N. S.Qumilyovun və A. A. Axmatovanın övladı ) türklərin qədim dövr tarixini çox diqqət və sevgi ilə araşdırıb. Bu əsərdə türk xalqları, türk tarixi məhdud anlamda deyil, böyük türk imperiyası, hətta Çin xaqanlığına müqavimət göstərə bilən etnos kimi öyrənilir. Biz də varıq o kitabda... Türk köklü, türk əsilli xalq kimi... Özümüzə yuxarıdan baxa bilmək üçün L.Qumilyovun bütün həyatını həsr etdiyi kitaba 15-20 günümüzü həsr edək. Yəni, oxuyaq diqqətlə. Özümüzə, kökümüzə bu şəkildə maariflənməklə qayıdaq. Yoxsa bugünkü ortaq mahnı, ortaq şou, ortaq kafe, ortaq hərflər-filan siyasəti mənasızdır.Yenə də tarixi fakt və reallıq, təbii şərtlər diqqətə çatdırılır.

-Bir neçə aydır, Azərbaycanın, ictimai, siyasi, sosial, iqtisadi və hüquqi həyatında islahatlara başlanıb. Yaradıcı və mədəni sahələrdə də bu islahatlara ehtiyac duyulurmu?
-Təbii ki, islahat vəzifə dəyişimi ilə əlaqədar deyil. İslahat yeni təfəkkürlü adamların yeni işlərə yeni metodla yanaşması və böyük, genişmiqyaslı fəaliyyət forması deməkdir, məncə... Ona görə statuslarımın birində belə yazmışdım: “Beyinlə bağlı bütün sahələrdə güclü islahatlar olmalıdır. Elm, təhsil, ədəbiyyat və s. sahələrdəki kriminal və mağmın vəziyyəti hər kəs görür. İslahat vəzifə dəyişimləri və cinayət axtarışları kontekstindən çıxmalı, müasir dünya standartlarına uyğun şəkildə və vicdanla həyata keçirilməlidir. (əlbəttə bizi 30 il aldadıb elm adına dövlətin pullarını mənimsəyənlər qəti şəkildə cinayət məsuliyyətinə cəlb olunmalıdır, amma bu islahat deyil, təbii ki...)
-Məsələn, nə kimi məsələlərdə təbəddülatlar edilməlidir?
- İlk növbədə elm və təhsil sahəsində. AMEA, AYB, Tərcümə Mərkəzi və başqa sahələr böyük durğunluq və boşluq içərisində olduğunu bilməlidir. Qüsurlarla dolu kitablar baş alıb gedir. Dərsliklər, tədris proqramları bərbaddır. Ən azı 30 ildir ki belədir və dövlətin pulları çox hallarda ortada itib-batır... Bu cinayətdir, cəzasız cinayətlər çiçəkləməkdə davam edir və biz də baxırıq... Orta və ali məktəb dərslikləri bərbaddır. Ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq və s. kitablar müxtəlif zamanlarda müxtəlif anormallıqlarla çap olundu və alayarımçıq ortadan yığışdırıldı. Lüğətlər, ensiklopediyalar yüksək səviyyədə, dəqiqliklə hazırlanmalıdır. Ədəbi mətbuat yoxdur. Sizin bildiyiniz və qəbul etdiyiniz ədəbi orqanlar və saytlar ya məmur, ya da hansısa birləşmiş güclərin inhisarında olan sovet -bolşevik təfəkkürü ilə oxucuya sırınan kustar əl işi, özfəaliyyət nümunələridir. Elmi məqalələr məcmuələri ilə bağlı silsilə məqalə yazmağa ehtiyac var. 1 məqalə verirsən, üstündə də pul və 2 il gözləyirsən. (məsələn, BDU nəşrləri və s.) . Tərcümə sahəsində boşluqlar eynəksiz də görünür...Tərcümə olunan kitabların tərcümə tənqidinin rəylərinə və müzakirəsinə ehtiyaci var. Tariximiz həm orta və ali məktəb dərsliklərində, həm də müxtəlif monoqrafiyalarda bilərəkdən təhrif olunur və yanlış tədris, təbliğ edilir və s. Böyük mütəfəkkirlərimizin əsərləri, fəaliyyəti sistemli şəkildə toplanmalı, çap olunmalı və yayılmalıdır. Məsələn, Əhməd bəy Ağaoğlu ilə bağlı, onun külliyatının nəşri məsələsi hələ də anlaşılmaz şəkildə təxirə salınır. 2020-də ziyalılarımız fəal olmalı, dövlətin, hökumətin səsinə səs verib böyük işlər görməlidir!

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru