Mikayıl Cabbarov bunları bilsə yaxşıdır... - İTTİHAM VAR
Tarix: 13-09-2016, 11:24 | Çap et
 Artıq xəbər verildiyi kimi, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib. Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.
Beləliklə, yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu isə, həm də yeni qayğılar, həyəcan və sevinc dolu günlər deməkdir. Digər tərəfdən isə, yeni tədris ilinin başlanması ilə meydana gələn qayğılar heç də bütün valideynlər üçün hər zaman xoş ovqatlı olmur. Əlbəttə bu, ilk növbədə uşağınızın hansı məktəbdə təhsil almasına bağlıdır. Məsələn, əgər sizin də övladınız Bakının Sabunçu rayonunda yerləşən 80 saylı orta məktəbin şagirdidirsə, bu zaman pozitiv xarakterli həyəcandan danışmağa belə dəyməz. Çünki, Əlislam Abbasquliyevin direktor olduğu bu məktəbdə təhsil alan uşaqların valideynləri hələ bir müddət də bundan əvvəldən, onları qarşıda gözləyən müxtəlif pul yığımlarına hazırlıq işlərinə başlayıblar. Redaksiyamlza daxil olan məlumatlara görə, bu gün 80 saylı orta məktəbdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında həyata keçirilən rüşvət yığımları hələ də Əlislam Abbasquliyev tərəfindən israrla davam etdirilir.
Məlumatlarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 80 saylı məktəbdə rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir. Maraqlıdır ki, iddialara görə bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məsələn, növbəti dərs ilində yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə isə, il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılacaq. Bundan başqa, müasir təhsilimizin əsas bəlalarından biri sayılan reprtitorluq fəaliyyətinin də 80 saylı məktəbdə geniş yer aldığı məlumatlarda öz əksini tapır. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunur ki, başa çatmaqda olan yay tətili dövründə Əlislam Abbasquliyev repetitor məşğələlərinə gedən şagirdlərin digər məktəblərdən 80 saylı məktəbə “transfer” edilməsi üçün əlindən gələni edib. Məlumdur ki, repetitor məşğələləri şagirdi təhsilindən yayındırır. Bu isə, həmin şagird üçün təhsil aldığı məktəbdə müəyyən problemlər yaradır. Amma Əlislam müəllim bu problemin orijinal həlli üsulunu təklif edir. Belə ki, ətraf ərazilərdə repetitor məşğələlərinə getmək arzusunda olan şagirdlər 80 saylı məktəbə keçirilmək təklifi alırlar. Burada isə, artıq onlara dərslərə tam sərbəst davamiyyət, hətta ümumiyyətlə məktəbə gəlməmək imtiyazı verilir. Sadəcə olaraq bu imtiyazın müqabilində həmin şagirdin valideynləri direktora 1 tədris ilinə görə min manat ödəməlidirlər. Qeyd etməliyik ki, bütün bu yuxarıda təqdim olunan faktlar, 80 saylı məktəbin fəaliyyətində müşahidə olunan qanun pozuntularını heç də tam həcmdə əks etdirmir. Belə ki, aldığımız məlumatlarda həmçinin bu təhsil müəssisəsində məktəbin təsərrüfat ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsindən, bəzi müəllimlərin peşə yönümlü ixtisaslara malik olmamalarından və bir çox digər neqativ hallardan da ətraflı bəhs edilir. Yəqin ki, növbəti saylarımızda bütün bu mövzular barədə də maraqlı açıqlamalar təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
| • SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18 |
|
|
|
| • Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28 |
|
|
|
| • "Bizdə başqa biznes yoxdur..."
Bu gün, 09:15 |
|
|
|
| • Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq
Bu gün, 09:13 |
|
|
|
| • Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı – VİDEO
Bu gün, 09:11 |
|
|
|
| • Zibil içində boğulan AAAF park sakinləri... ETİRAZA QALXDI
Bu gün, 09:03 |
|
|
|
| • Qələbədən nə qədər qazanıblar? - SƏN DEMƏ...
Bu gün, 08:54 |
|
|
|
| • Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK
Bu gün, 08:51 |
|
|
|
| • Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? - GƏLİŞMƏ
Bu gün, 08:43 |
|
|
|
| • Talıbovların pulları BURDA DÖVR EDİR - VERGİ BELƏ ÖDƏMİRLƏR
Bu gün, 08:42 |
|
|
|
| • Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Bu gün, 08:38 |
|
|
|
| • Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
Bu gün, 08:36 |
|
|
|
| • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 08:33 |
|
|
|
| • Çempionlar Liqası: “Sabah” növbəti oyununa çıxır - bu gün...
Bu gün, 08:29 |
|
|
|
| • Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - BU DƏFƏ İSƏ...
Bu gün, 08:27 |
|
|
|
| • Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21 |
|
|
|
| • "Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48 |
|
|
|
| • YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42 |
|
|
|
| • İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14 |
|
|
|
| • Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08 |
|
|
|
|