AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Pedaqoji Universitetdə MÜƏMMA - 80 dəqiqəlik dərs sistemi qanunsuzluqdur?
Tarix: 7-09-2016, 10:35 | Çap et
Pedaqoji Universitetdə MÜƏMMA
Təhsil Nazirliyinin rəsmi “feysbuk” səhifəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifovun bir sualı dərc olunub. ADPU-nun müəllimi soruşur ki, “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə, kredit sistemi ilə tədrisin təşkili qaydalarında, "Ali təhsilin dövlət standartı və proqramları” rəsmi sənədlərində akademik dərs saatlarının iki 45 dəqiqə və onların arasındakf fasilənin 5 dəqiqədən az olmaması qeydi (tələbi) verildiyi halda universitetlər akademik dərs saatlarını 80 dəqiqə, özü də fasiləsiz edə bilərmi?

Yeni rektordan yeniliklər...

Qeyd edək ki, 2006-cı ildən Turizm və Menecment Universitetinn rektoru olmuş tarix elmləri doktoru Cəfər Cəfərov bu ilin iyun ayından ADPU-ya yeni rektor təyin edilib. Yeni rektor gələndən sonra universitetdə edilən dəyişiklərdən biri də dərs saatlarının 80 dəqiqəyə salınması, universitetdə intizam komissiyasının yaradılması (bu mövzuya gələcəkdə toxunacağıq), universitetin korpuslarından birində aparılan təmir işləri və sairdir.

80 dəqiqənin tərəfdarı olan və olmayan tələbələr

Tələbələrin bəziləri dərs saatlarının 10 dəqiqə azaldılmasını əlverişli hesab edir, dərs saatının ikinci 45 dəqiqəsinə tələbələrin maraq göstərmədiyini və vaxta qənaət baxımından da 80 dəqiqəni münasib sayırlar. Amma bəzi tələbələr 80 dəqiqə fasiləsiz dərs saatında yorğun olacaqlarını səbəb gətirib, ənənəvi qaydanın tərəfdarıdırlar.
Onu da bildirək ki, Turizm və Menecment Universiteti də daxil omaqla Azərbaycanda bir neçə təhsil müəssisəsi hazırda 80 dəqiqəlik dərs saatı ilə fəaliyyət göstərir.

Nazirlər Kabineti: “Bütün ali təhsil müəssisələrində akademik saat iki 45 dəqiqə müəyyənləşdirilir”

Baş nazir Artur Rəsizadənin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında 21 yanvar 2011-ci ildə imzaladığı qərarı var. Nazirlər Kavinetinin həmin qərarın Ali təhsil müəssisəsinin tədris fəaliyyəti adlı 3-cü maddəsinin 7-ci bəndində deyilir: Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

Nazirliyin mövqeyi: “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi”

Pedaqoji Universitetin 80 dəqiqəlik dərs sistemi qanunsuzluqdur?Məsələ ilə əlaqədar Fəxrəddin Yusifovun özü ilə əlaqə saxladıq. Fəxrəddin Yusifov dedi ki, sualına Təhsil Nazirliyindən hələ cavab verilməyib. Müvafiq sualı nazirliyin poçtuna biz də ünvanladıq. Amma hazırda nazirliyin sağlam təhsil-sağlam millət adlı bir layihəsi icra olunur ki, həmin layihəyə görə I sinifdən başlyaraq dərslər daha çox oturaq həyat tərzində deyil, hərəkətli, ayaqüstü icra olunur. Hətta məsələ ilə bağlı nazirlik Rusiya istehsalı olan “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” filmini də Azərbaycan dilinə tərcümə edib orta məktəblərdən tutmuş aliyə qədər bütün məktəblərə paylayıb. Belə bir mövqe sərgilədiyi halda, Təhsil Nazirliyinin də gənclərin fasiləsiz olaraq ardıcıl vəziyyətdə 80 dəqiqə hərəkətsiz təhsilini təqdir edəcəyi ağlabatan görünmür.

“Bu hüquqi, psixoloji, gigiyenik baxımdan doğru deyil”

Fəxrddən Yusifovsa bizimlə söhbətində bildirdi ki, Azərbaycanda müıəllim hazrlığı ilə məşğul olan ali məktəblərin pedaqoji, psixoloji problemləriylə ilə bağlı geniş məqaləylə mətbuatda çıxış etmək niyyətindədir. Akademik dərs saatlarına gəlincə, müəllim hesab edir ki, 90 dəqiqənin 80 dəqiqə ilə əvəz olunması hüquqi, psixoloji və gigiyenik baxımdan da düzgün deyil: “Hüquqi baxımdan Nazirlər Kabinetinin “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" qərarına zidd getmək doğru deyil. Eləcə də "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlara, həmçinin Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemilə tədrisin təşkili” haqqında əsasnaməsinə uyğun deyil. 80 dəqiqənin tətbiqi gigyenik baxımdan tələbələrin qidalanma, tualet ehtiyaclarını ödəmək problemilə üzləşdirə, 80 dəqiqədən sonra tualetlərin qarşısında basabas yarana bilər, tələbə bufetdən bir bulka almağa macal tapmaz. Müəllim də dərs arası tələbə çoxluğuna dərsdən çıxmaq üçün icazə versə, bu dərsi prosesinə mane olar, buna görə müəllim də tənbeh olunar. Psixoloji baxımdan da ilk 15-20 dəqiqədən sonra onsuz da yorğunluq yaranır, müəllim çalışır ki, dərsi maraqlı etsin, tələbənin diqqəti qalan vaxt ərzində yayınmasın”.

Dünya təcrübəsində 75 dəqiqə də tətbiq edilib, amma...

Hazırda dünya təcrübəsində də akademik dərsin iki 45 dəqiqə təşkil etdiyini deyən pedaqoq vaxtilə 75 dəqiqəlik dərsin də tətbiq edildiyini və bu təcrübənin özünü doğrultmadığını bildirdi: “80-ci illərdə Gürcüstanda hətta 75 dəqiqəlik dərs tətbiq edildi, özünü doğrultmadı, dayandırıldı. Digər tərəfdən, biz Avropa təhsil məkanına inteqrasiya edirik. Avropa təhsil sistemində akademik dərs iki 45 dəqiqədir. Boloniya prosesinə qoşulan bütün ölkələrdə də vahid qaydadır”.

“90 dəqiqə hesablanıb, 80 dəqiqənin tətbiqi maliyyə itkisidir”

F.Yusifov müəllimin dərs saatlarını 90 dəqiqə ilə hesablayıb, 80 dəqiqə ilə reallaşdırmağı da düzgün hesab etmir: “80 dəqiqəlik dərsdə 10 dəqiqə itirilir. 45 dərsdə bu 450 dəqiqə deməkdir. Yəni 10 dərs itkiyə gedir. 500 fənn üzrə bu iş davam etsə, bu xeyli maliyyə itkisinə səbəb ola bilər ki, bu da maliyyə baxımdan universitetlərin fəaliyyətinə ziyandır. Əgər 80 dəqiqənin tətbiqi məqbul sayılırsa, bunun daha əlverişli elmi sübutu varsa, əsaslandırılsın və bütün təhsil müəssisələrində akademik dərs saatı 80 dəqiqə elan edilsin. Amma bunun üçün respublikanın vahid təhsillə bağlı qanun və qaydalarında bütünlükdə dəyişiklər edilməlidir. Əks halda Prezident və Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarların icrası aşağı instansiyalar üçün məcburidir”.

Pedaqoq hazırlığında Pedaqoji Universitetin mühüm görəvi

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Hurriyyet.org-a açıqlamasında bildirdi ki, ADPU-nun yeni rektoru Cəfər Cəfərovu inkişafa təkan vermək üçün yeniliyin tərəfdarı olan bir şəxs kimi tanıyır. O, sözügedən məsələ ilə bağlı belə mövqe bildirdi: “Pedaqoji kadr hazırlığında və təhsilin inkişafı zəminində həlledici yeri olan Pedaqoji Universitetin düzgün xətt tutmasında çox ümidliyəm ki, Cəfər Cəfərov bütün bacarıq və imkanlarından istifadə edcək. Bir çox ali məktəblərin, o cümlədən də Pedaqoji Universitetin muxtariyyat hüququ var. Bu da imkan verir ki, yeni rektor təhsil sahəsində qazandığı əlverişli səriştəni tətbiq etsin. Amma 90 dəqiqə Nazirlər Kabinetinin müəyyən etdiyi normadır. Nazirlər Kabinetinin tələbi müzakirə mövzusu ola bilməz”.

Pedaqoji Universitetdən cavab: “Öncə tələbələrin mənafeyi nəzərə alınıb”

Məsələ ilə əlaqədar ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimovla əlaqə saxladıq. Mansur İbrahimov dedi ki, bu qərar universitetin rektoru tərəfindən yox, Elmi Şuranın iclasında qəbul edilib: “Qərar qəbul edilərkən tələbələrin mənafeyi nəzərə alınıb. Qış mövsümündə Sumqayıtda və digər şəhərdən kənar ərazilərdə yaşayan tələbələrimiz nəqliyyat sarıdan çətinlik çəkirlər. Bu qərarı dekanlar da dəstəkləyib. Elmi Şura öz səlahiyyətləri çərçivəsində qərar verib. Elmi Şura universitetin kollegial idarəetmə orqanıdır və verdiyi qərar və sərəncamlar icra olunmalıdır. Qərarın icrasına dair yenidən müzakirəyə ehtiyac olarsa, o zaman müəllimlərin də təklifləri nəzərə alına bilər”.

Fəaliyyətdə olan qanuni aktın əleyhinə gedilə bilməz

Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, Nazirlər Kabinetindən aşağı instansiyaların bu qanun və qaydaları dəyişmək hüququ yoxdur: “Əslində bu mövzu hüquqşünaslar üçün predmetdir. Amma məlumdur ki, ali məktəblərdə hər bir dərs üçün iki akademik saatın(45dəq) müəyyənləşməsivə fasilənin 5 dəqiqədən az olmaması fəaliyyətdə olan qanuni aktdır. Bu, Nazirlər Kabinetinin müəyyən etdiyi normadır və Nazirlər Kabinetinin qərarını Elmi Şura dəyişə bilməz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru