Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                 

“PKK İLƏ MÜBARIZƏYƏ AÇIQ DƏSTƏK VERMƏLİYİK!”
Tarix: 26-10-2011, 13:14 | Çap et
“PKK İLƏ MÜBARIZƏYƏ AÇIQ DƏSTƏK VERMƏLİYİK!”

“BU QÜVVƏLƏRİN MAYASINDA HALALLIQ YOXDUR!”

Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəylinin “Qafqazinfo”ya müsahibəsi

- Son günlər qardaş Türkiyədə PKK tərəfindən həyata keçirilən qanlı terror hadisələri artmaqdadır. Hadisələrin bu cür inkişafı haqqında nə düşünürsünüz?
- Ümumbəşəri dəyərləri bölüşən hər bir insanın dünyanın istənilən bölgəsində, kim tərəfindən və kimə qarşı törədilməsindən asılı olmayaraq terrora münasibəti eynidir: terroru ancaq lənətləmək olar! İki yüz ilə yaxın bir müddət ərzində erməni terroru ilə qarşılaşan, son 18 il-də isə Ermənistan Respublikasının rəsmi siyasətinə çevrilmiş dövlət, terrorizmi ilə üz-üzə qalan bizlər - Azərbaycan türkləri üçün hər bir terror hadisəsi faciədir. Bu terror olayı dünya türklərinin Ana Vətəni olan Türkiyəmizdə, şərəfimiz olan türk əsgərinə qarşı həyata keçirilirsə, bu artıq bizim şəxsi faciəmizdir. İlk reaksiya hamımızda eynidir: sarsıldıq, ürəyimiz yandı! Ancaq bu olayı bir az soyuqqanlı təhlil etdikdə ortada insanlıq düşməni PKK-nın bir çarəsizliyini görməyə bilmirsən! PKK sanki tələsir, son şanslarını dənəyir və çöküşünü pərdələmək üçün bacardıqca amansız, qəddar olmağa çalışır.

- Gültəkin xanım, nədən bu qənaətə gəldiniz? Ümumiyyətlə, PKK haqqıda nə deyə bilərsiniz? Bu örgütün fəaliyyətinin görünməyən tərəfləri nədən ibarətdir?
- Dünyada, bölgədə və Türkiyədə baş verən və ən yaxın perspektivdə baş verəcəyi proqnozlaşdırılan proseslərin təhlili bunu əminliklə deməyə əsas verir. PKK Türkiyəyə və türk birliyinə qarşı yaradılan, Türkiyəni zəiflətməyi, parçalamağı və bununla da gələcəkdə digər türk xalqlarını Türkiyənin dəstəyindən məhrum etməklə onların müstəqil dövlətçiliyə qovuşmasının qarşısını almağı hədəfləyən bir təşkilatdır. Bu örgütü İranın və Suriyanın, eləcə də ermənilərin yaxın dəstəyi ilə Sovetlər Birliyi yaradıb. PKK yaradılarkən, Türkiyə türkləri istisna olmaqla, bütün türk xalqları SSRİ-nin tərkibində müstəmləkə həyatı yaşayırdı. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan müttəfiq respublika, Tatarıstan, Başqırdıstan, Yakutiya və s. isə Rusiyanın tərkibində federasiya subyekti olaraq SSRİ-yə daxil idi. Türkiyə həmişə Rusiya üçün vahiməli yuxu olub. Ona görə yox ki, Türkiyə Rusiyadan güclü və qüdrətli idi. Əsla, bu belə deyildi. İstər çar, istər sovet Rusiyasını, istərsə də müasir Rusiyanı vahiməyə salan faktor güclü və müasir Türkiyənin digər türklər üçün cəlbedici, çəkici olması, müstəqil Türkiyə dövlətinin siyasi-iqtisadi-sosial uğurlarının digər türk xalqlarında müstəqillik arzularının təşviq etməsi və belə bir istək əməli mərhələyə qədəm qoyduğu təqdirdə güclü Türkiyənin öz soydaşlarına verə biləcəyi dəstək olub. Sovetlər, ən azından, Atatürkün türk gəncliyinə vəsiyyətinə yaxşı bələd idi! Əslində, hələ Çar Rusiyasının İrandan və Türkiyədən az qala zorakı vasitələrlə on minlərlə ermənini onlar üçün yad olan Qafqaz coğrafiyasına-Qarabağa, İrəvana, Zəngəzura və s. köçürməkdə də məqsədi məhz Türkiyə ilə “öz” sərhədləri, əslində isə müstəmləkəsinə çevirdiyi türk torpaqları – Azərbaycan ilə Türkiyə arasında bufer dövlət yaratmaq və bununla, qismən də olsa, imperiya maraqlarının təhlükəsizliyini sığortalamaq idi. Tarix sübut etdi ki, Rusiyanın əndişələri haqsız olmayıb. Sovetlər Birliyi zəifləyən kimi türklər bağımsızlığa can atdılar və beş müttəfiq türk respublikasının dövlət müstəqilliyini ilk tanıyan və beynəlxalq miqyasda bu tanıtıma lobbiçilik edən dövlət, təbii ki, Türkiyə oldu. Xatırlayırsınızsa, o zaman Azərbaycan səfirliklərinə Türkiyənin Böyük Elçiliklərinin binasında yer ayrılmışdı. Bu mərhələ bitdi, ancaq Rusiyanın qorxuları hələ də bitməyib. Bunu da anlayışla qarşılamaq lazımdır. Çünki Rusiyanın tərkibində milli-azadlıq hərəkatının ikinci mərhələsi yetişir...
Aydın olur ki, Rusiyanın PKK-nı yaratmağa çox ciddi “əsasları” olub. Eyni sözləri İran haqqında da deyə bilərik. İranın tərkibində 35 milyon insan özünə türk, dilinə türk dili deyərək hayqırırsa və buna görə basqı görürsə, qonşuluqda yerləşən güclü və nüfuzlu Türkiyənin başının daxili problemlərə qarışması İranın ən şirin arzularından olmalıdır. Suriyaya gəlincə, əsədlər Suriyası həmişə Sovetlərin forpostu olub və bütün daxili və xarici məsələlərə münasibətdə yalnız və yalnız Əsəd sülaləsinin hakimiyyət maraqlarından çıxış edib və bu gün də etməkdədir. PKK-ya vaxtaşırı maddi və mənəvi dəstək verən bəzi Avropa dövlətləri də, güclü və sürətlə inkişaf edən Türkiyəni öz maraqlarına ciddi maneə olaraq nəzərdən keçiriblər. Ermənilərə gəlincə, onlar PKK vasitəsilə Türkiyəni zəiflədərək saxta soyqırım, Ağrı və s. sərsəm yuxularına qovuşacaqlarının xəyalı ilə bu oyunda istifadə ediliblər. Göründüyü kimi, PKK-nı yaradanlar Türkiyəyə qarşı fərqli korporativ maraqlardan çıxış etsələr də, onları bir cəhət birləşdirir: bu qüvvələrin hamısını ən az düşündürən məsələ kürd xalqının istəkləri və maraqlarıdır! PKK-nı kürdlər yaratmadıqları kimi, PKK-da kürdlərə deyil, onu yaradanlara xidmət edib və etməkdədir! PKK-nın kürd xalqına qazandırdığı isə göz yaşları, itkilər, xəyal qırıqlığı və bütün dünyanın lənətlədiyi “terrorçu” imici olub.

Baxın, bu gün də PKK-nın arxasından eyni qüvvələr boylanır. Ancaq bu qüvvələrin özü indi son baharını yaşamaqdadır! Çünki, bu qüvvələrin mayasında halallıq yoxdur! Çünki, zülm ilə abad olanlar gec-tez bərbad olmalıdırlar! Çünki, terrora dəstək verən rejimlər gec-tez qan çanağında boğulmalıdırlar! Suriyada Əsəd rejimi son aylarını, bəlkə də, son həftələrini yaşayır və aqibəti çətin ki, digər diktatorların aqibətindən fərqlənsin! İran rejimi siyası xaos və anarxiya girdabında çabalayır və çarəsizdir! Rusiyada siyasi rejimin perspektivləri Putinin interprpetasiyasında çox qaranlıq və təhlükəli görünür. Bu rejimlərin bəzilərinin bir-neçə aylıq, bəzilərinin bir-neçə illik ömrü qalıb, lakin onların hamısı məhkumdur! İnanıram ki, son terror hadisələrindən sonra PKK-ya qərbdən gələn dəstək də, önəmli dərəcədə azalacaq. Ermənilər isə, getdikcə, Türkiyəyə və Azərbaycana daha çox möhtac olacaqlar. Öz yükünü çətinliklə çəkən Rusiya üçün Ermənistan kimi bir ballast artıq gərəksiz qayğıya çevrilməkdədir. PKK-nı kürd xalqına sırımağa çalışsalar da, əminəm ki, kürdlər də bu insanlıq düşməni örgütü dəstəkləmir. Çünki, mənim dərin inamıma görə, heç bir xalq terroru və uşaq qatili olan terrorçuları dəstəkləməz!
Bu proseslə yanaşı başqa proses də gedir: Türkiyə güclənir! İqtisadi böhran fonunda əksər ölkələrdə iqtisadiyyatın geriləməsi, bəzi ölkələrdə isə tənəzzülü fonunda Türkiyə iqtisadiyyatı dünyada ən yüksək sürətlə irəliləyir! Türkiyə daha da demokratikləşir! Çəkinmədən çox cəsarətli siyasi islahatlara gedir! Yeni Anayasa dəyişikliyinə hazırlanır! Uluslararası münasibətlərdə bölgə liderinə çevrilir! Dünyada söz sahibinə çevrilir! Belə olan təqdirdə, çökən (demokratikləşmə dalğası ilə) və çökdürülən (Türk Silahlı Qüvvətləri tərəfindən) PKK-nın yüksələn Türkiyəyə qarşı harsı perspektivləri qalır? PKK-nın dış qaynaqları tükəndikcə, özü də tükənməkdədir. Məncə, bunu hər kəsdən daha yaxşı PKK-çılar və onların dəstəkçiləri özləri anlayır. Ona görə də, çarəsizlikdən dolayı ən amansız qəddarlıqlara və şərəfsizliyə əl atırlar! Buraya Türkiyə Başbakanının İraq rəhbərliyinə ünvanladlğl “ya siz təmizləyin, ya birgə yapaq, ya da biz gələcəyik” mesajını və ABŞ Dövlət Katibi Hilları Klintonun “İraqın şimalı PKK yuvasına çevrilib” etirafını da əlavə etsək, mənzərə tam aydın olacaqdır.

- PKK ilə hər şey aydındır. Bəs Türkiyə Böyük Millət Məclisində bağımsız vəkillərlə təmsil olunan Barış və Demokratiya Partiyası (BDP) kürdlərəmi xidmət edir?
- Qətiyyən belə düşünmürəm! Mən Türkiyə vətəndaşı olmasam da, millətimin Ana Dövlətinin sevincini də, kədərini də bölüşməyə, qayğıları ilə yaşamağa hər bir azərbaycanlı kimi haqqım var. Tam əminliklə deyə bilərəm ki, BDP Türkiyənin və kürd xalqının düşmənidir! Sinəsində türk bayrağı gəzdirən və Atatürk Millət Məclisinin üzvü olan bu insanların fəaliyyətinə, təəssüf ki, başqa cür qiymət verə bilmirəm! Sayın Baş Bakanımız Rəcəb Tayyib Ərdoğan bugünlərdə çox sevdiyim Marqaret Tetçerdən bir iqtibas gətirdi: “Media terrorun oksigenidir”. Heç tərəddüd etmədən o sözləri BDP-yə aid edə bilərik: onlar PKK terroruna nəfəs verir. PKK ilə BDP-nin fəaliyyətində bir sinxronluq açıq-aşkar görülməkdədir: PKK terror həyata keçirir, dərhal BDP-dən olan vəkillər bu terrora haqq qazandıran bəyanatlar verərək siyasi təzyiqə keçirlər, açıq-aşkar, hökumət bunu etməsə, terror davam edəcək mesajını verirlər. BDP eşbaşkanı Gültan Kışanak “tutulan birimizin yerinə yüzümüz meydana çıxmalıyıq” deyir. Tutulan birimiz dedikdə, PKK terrorçuları nəzərdə tutulur. Əgər bu, terrora dəstək, terrora təşviq deyilsə, bəs nədir? “Haqqı istəyənlə haqqı verməyənin savaşı”ndan söz edir adam. Söhbət hansı haqdan gedir? Türkiyəni parçalamaq, bölmək haqqındanmı? Müqəddəs Vətənə, bu Vətən üçün canından keçmiş şəhidlərimizə, Bayrağımıza xəyanət haqqındanmı? BDP-li Pərvin Buldan deyir: “Savaş gedir, savaşda hər iki tərəfdə ölən olur”. Ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək və terrorçuları zərərsizləşdirmək məqsədilə antiterror əməliyyatı həyata keçirən Türk Ordusu ilə körpə qatilini, pusqu qurub məktəbli qızları (bu qızlar kürd əsilli idilər) partladan şərəfsizləri bərabər tutmaq bu şərəfsizliyə haqq qazandırmaq deyilsə, milləti və dövləti aşağılamaq deyilsə, bəs nədir? 24 şəhidimizin ölüm xəbəri ürəyimizi dağladı. Bütün Türkiyə və Azərbaycan şəhidlərimizə ağladı. Dünya bu terroru lənətlədi. BDP-dən içdən gələn bir həssasiyyət, səmimiyyət duydunuzmu? BDP-dən bir nəfər terroru lənətlədimi? Əsla! Terrora dəstək verən bu insanlar hansı haqla Atatürk Məclisində əyləşirlər? Məgər uluslararası hüquqa, elə Türkiyə qanunvericiliyinə görə də terrora təşviq, terrora dəstək cinayət deyilmi? BDP vəkilləri PKK terrorçularının dəfnində çıxışlar edib, terrorçuları qəhrəman kimi öyür, kürd xalqı adından dövləti təhdid edirlər. Bu cinayət deyilmi? Onlara bu haqqı kim verib? Türkiyə demoktatiyasından sui-istifadə bu həddəmi olacaq? Əsrlər boyu türklərlə can bir qəlbdə yaşayan, sevincdə və kədərdə hər zaman ortaq olan, türklərlə bir ailə kimi birləşmiş, qaynayıb-qarışmış, bütövləşmiş zəhmətkeş, səmimi kürd xalqını bütün dünyaya PKK yanlısı, terror dəstəkçisi kimi tanıtmaq bu xalqa qarşı cinayət deyilmi? Bu siyasi möhtəkirlər nəyi bölməyə çalışır: ortaq ailələrimi, ortaq uşaqlarımı, ortaq mədəniyyəti və məişətimi, ortaq taleyi və tariximi? Axı Türkiyənin heç zaman türk-kürd dərdi olmamış! Türkün atası Atatürkdən sonra Türkiyə tarixinin ən böyük dövlət adamlarından biri, Türkiyənin ikinci prezidenti, kürd əsilli İsmət İnönü deyildimi? “İyirmi birinci əsr türk əsri olacaq” deyən çox sevdiyim cumhurbaşkanımız Turqut Özal kürd əsilli deyildimi? Bu zehniyyətlə dövlət qurmaq iddiasında olanlara ancaq acımaq olar! Çanaqqalanı, Sakaryanı yaşamış bir millətin xain terrorla sarsılacağını, zülmə boyun əyəcəyini düşünmək nə qədər ağılsızlıqdır! Bizim babalarımız düşmənin yaralısını çiynində daşımaqla, öz son su payını yaralı düşmənə içizdirməklə dövlət qurublar, xain pusquda durub hamilə qadınları, qızları, körpələri partlatmaqla yox! Allah heç vaxt belə “dövlət”ə halallıq verməz!

- Yaxın dövr üçün Türkiyə və Azərbaycan münasibətlərini necə görürsünüz? Problemlər həll olunacaqmı?
- Bugünlərdə Türkiyəmizdə daha bir faciə yaşandı. Vanda dəhşətli zəlzələ oldu. Zəlzələdə ilk xarici yardım dərhal Azərbaycandan gəldi. Türkiyənin bütün mediasi bu addımı fəxrlə təbliğ və təqdir etdi. Sosial şəbəkələrdə türk vətəndaşları qardaş türklər dedikləri Azərbaycan, onun prezidenti haqqında o qədər sevgi və şükranlıqla danışırdılar ki... Ölkəmin bu addımından böyük qürur duydum! Bu içdən gələn səmimiyyətdir. Eyni səmimiyyət Azərbaycanda bizləri 24 şəhidimizə görə yasa boğdu. Bu səmimiyyətin yerini dünyanın heç bir siyasi və ya iqtisadi marağı verə bilməz! Son dövrlər Rusiyanın, İranın ölkəmizə qarşı davranışlarına nəzər salsaq, təhdid, şantaj, hədə, böhtan, aşağılamaq cəhdi və s. ibarət bir “çələng” görərik qarşımızda! Bir anlığa, nəzəriyyədə də olsa, Türkiyənin bizimlə eyni cür rəftarını təsəvvür etməyə çalışaq. Bu mümkünmü? Əlbəttə, yox! Türkiyə bizi aşağılasa, özünü aşağılamış olar, Türkiyə bizi təhdid etsə, özünü təhdid etmiş olar! Çünki biz birik, ayrılmaz bütövük! Ona görə də, bir-birimizin qədrini bilməliyik! Dünya da anlamalıdır ki, Türkiyə Azərbaycan, Azərbaycan isə elə Türkiyə deməkdir! Çünki biz birlikdə daha güclüyük! Bir millətin iki dövləti arasında inteqrasiya prosesi sürətlənməlidir. Aramızda bütün buzlar əriməlidir. Ürəklərə xal salan məqamlar aradan qaldırılmalıdır. Azərbaycan PKK ilə mübarizəyə daha açıq və əməli bir şəkildə dəstək verməlidir! Viza problemi həllini tapmalıdır! Nə üçün işğalçı 11-çi Qızıl Ordunun, Xocalı soyqırımını törətmiş 366-cı Rusiya Alayının əsgərləri, onların övladları və nəvələri Azərbaycana vizasız gələ bildiyi halda, 1918-ci ildə Azərbaycanı erməni-rus soyqırımından qurtarmış, Bakını işğaldan azad edərkən şəhid olmuş türk əsgərlərinin nəvələri babalarının məzarını ziyarət etmək üçün öz halal vətənlərinə viza ilə gəlməlidirlər? Axı, hər şeydən əvvəl, bu bir vicdan məsələsidir! Mənə görə, Türkiyə ilə Azərbaycan arasında gediş-gəlişdə heç xarici pasporta ehtiyac olmamalıdır. Gürcüstanla olduğu kimi, Azərbaycanla əlaqələrdə də Türkiyə və Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi kifayət edə bilər. Əminəm ki, ən yaxın zamanda, bu belə olacaq. Bir millətin iki dövləti olmağın başqa yolu yoxdur!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru