Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! .....                     Zelenski Trampla görüşdən məmnun ayrılıb .....                     "Sənin mənim prezidentim olmağını istəmirəm" .....                     Natiq Cəfərli hakim partiyaya MEYDAN OXUDU .....                     Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR .....                     Merilin Monronun görünməyən tərəfi ekrana gəlir .....                     Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" .....                     Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi .....                     Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var .....                     "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR .....                     "Guya oğullarını öldürüb qurban kəsmişik" .....                     YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər .....                     Bu təhsil mərkəzinə direktor təyin edildi .....                     Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR .....                     Tapdığı barıtı “laqonda” ilə kəsib .....                     Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı .....                     “Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” .....                     Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi .....                     Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı .....                     Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                 

BOYNUBÜKÜK BÖNƏVŞƏ – HACIBALA ABUTALIBOV
Tarix: 12-07-2012, 14:51 | Çap et
BOYNUBÜKÜK BÖNƏVŞƏ – HACIBALA ABUTALIBOV

BAKI MERİ HAQQINDA SƏMİMİ QEYDLƏR

DİA.AZ: - Bilmirəm, nədəndir, amma mən Bakı merini hər görəndə kollar arasında gizlənən və əl vurduqda ləçəkləri qopub düşən boynubükük bənövşə yadıma düşür. Bəlkə də onun prezident yanında ənənəvi duruşu mənə bənövşəni xatırladır, amma bu boyun o qədər bükülüb ki, hətta prezidentin olmadığı məclislərdə belə büküyünün açılması mümkün olmur.

Onun kimi boynubükük kadrlar əksər dövlətlərdə, əksər padşahların yanında olub. Çünki belələri də mütləq olmalıdır. Hirslənəndə kiminsə üstünə acıq tökməyə ehtiyac yaranır və yaxud da keyfin xoş olanda kiminləsə əylənmək də ürəkdən keçir. Odur ki, Hacıbala Abutalıbov kimi adamların da istənilən bir prezidentin siyasi komandasında təmsil olunması heç bir halda ciddi qəbahət kimi qarşılanmır.

Amma onu da etiraf edim ki, Hacıbala Abutalıbov həddindən artıq boynubükükdür ki, bu da onun ənənəvi, yəni digər padşahlarda olan boynubüküklərdən belə fərqlənməsinə nədən olur. Yəni məhz Hacıbala Abutalıbova görə, hətta dövrünün ən möhtəşəm padşahlarından olan Əmir Teymur belə həm mərhum prezident Heydər Əliyevə və həm də hazırkı prezident İlham Əliyevə həsəd apara bilər.

Rüşvət alıdığını etiraf edib

Bəli, bu da bir faktdır. Etiraf edib ki, boğaza qədər rüşvət adlı çirkabın içindədir. İndi amma bu barədə danışmaz yəqin ki. Çünki onun bu sözləri işlətdiyi ərəfədə hakimiyyət heç görüntü naminə olsa da, rüşvətlə mübarizə aparmırdı. İndii isə maşallah, rüşvətin anasını ağlatmışıq. Bir nəfər də korrupsioner qalmayıb. Belə yerdə Hacıbala Abutalıbovun susması anlaşılandır. Danışsa, desə ki, o, rüşvətxordur, mütləq həbs edərlər. Nə bilmək olar, kişinin düşməni çoxdur…

Bəlkə də bu Bakı merinin hayqırtısı idi. Çünki olur belə hadisələr. Məsələn, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli hakimiyyət komandasının sevimli simalarından biri olduğu dönəmlərdə parlamentdə qayıdıb demişdi ki, bəs “Yeni Azərbaycan Partiyası simasız quldurlar partiyasıdır”. Və özü də Heydər Əliyevin vaxtında. Elə hazırda həbsxanada saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də mənsub olduğu düşərgəni tənqid etməsi ilə diqqətə gəlirdi bir ara, daha dəqiqi, hakimiyyətdə olanda. Keçmiş millət vəkili Hüseyn Abdullayev də hakimiyyəti sərt formada tənqid edirdi və son parlament çıxışında nazirlər kabinetinin fəaliyyətini də top atəşinə tutmuşdu.

Təbii ki, onların aqibətinin necəliyini də yada salmaq yerinə düşərdi. Sirus Təbrizlinin səsi-sorağı kəsilib, Fərhad Əliyevin azadlığı, Hüseyn Abdullayevin isə mandatı əlindən alınıb. Tək qalanı bəlkə də elə Hacıbala Abutalıbovdur ki, onun da sirri mənə məlumdur. Yəni mən bilirəm ki, Bakı meri nədən digər cəza görmüşlərdən fərqlənməsə də, cəzasız canını qurtara bildi və hələ də Bakı kimi yekə bir şəhərə rəhbərlik edir. Yenə də məsələ birbaşa olaraq onun boynunun büküklüyündən irəli gəlir ki, ondan fərqli olaraq nə Sirus Təbrizlinin, nə Fərhad Əliyevin və nə də ki, Hüseyn Abdullayevin nəinki boyunları bükülmürdü, hətta dizləri bükülüb yerə qoyulana qədər onlar boyunlarını dik tutdular. Belə şeylər isə bizim Azərbaycanda yolverilməz hesab olunur. Hacıbala Abutalıbov isə rüşvət aldığını etiraf etsə də, yolverilməz işə baş qoşmadığından işində qalmaqdadır.

Bakıya bir süpürgə çəkdi ki...

Bakını Hacıbala Abutalıbov ciddi şəkildə təmizlədi. Əlindəki dəmir süpürgəsi ilə rəsmi rəqəmlərdə etiraf edildiyi kimi 40 mindən artıq “budka”nın axırına çıxdı. Təbii ki, bunun nəticəsində ən azından 40 min ailə çörək yerini itirdi. Amma önəmli olanı bu deyildi, önəmli olanı acqarınların seyr etməsi üçün yaradılan abutalıbovsayağı gözəllik idi.

Bakını elə gözəlləşdirdi ki, bu gün Azərbaycan paytaxtı daha çox tikinti meydançasını xatırladır, nəinki şəhəri. Məhz onun sayəsində Bakıda bir qarış torpağın qiyməti min at torbası qədərində qızılla ekvivalent oldu. Necə ki, sökmədiyi “budka” qalmadı, eləcə də satmadığı torpaq qalmadı. Onun bugünkü varidatının miqyasını ölçmək üçün gərəki ki, on günlərlə vaxt gedə. Bizim isə nə başqasının pullarını saymaq həvəsimiz var və nə də ki, on günlərlə boş vaxtımız.

O deyirdi ki, Bakını sevə-sevə sökmür, sevə-sevə tikir. Və onun sevdiyi Bakının bugünkü abırını gördükdə həqiqətən də bir Hacıbala Abutalıbov məhəbbətinə şahidlik etməli olursan. Bakının hər tinində sevgi macəraları üçün münasib ünvanlar yaranıb. Hacıbala Abutalıbovun sayəsində möhtəşəm görkəm alan Bakının Milli Parkı da artıq sevgililərin oylağına çevrilib ki, bütün bunların da arxasında daha böyük sevgi - Hacıbala Abutalıbov sevgisi dayanır.

Onun gedişini gözləyirlər...

Bəli, neçə vaxtdır ki, onun gedişindən danışırlar. Qəzetlərin “padşivka”larına baxdıqda, nəzər saldıqda Hacıbala Abutalıbovun barəsində yazılan yazıların bəlkə də yüzdə doxsanının “Hacıbala Abutalıbov vurulur” başlığı altında verilməsinə şahidlik edərik. Yəni xeyli müddətdir ki, onun vurulacağını yazmaqdayıq. Nə edək, çünki artıq sosial sifarişə çevrilən bu vəzifə dəyişikliyi qəzetlərin ən işlək mövzularından birinə çevrilib.

Amma Hacıbala Abutalıbova dəyib-toxunan yoxdur. Bir neçə il əvvəl “Yaşıl Teatr”ın açılışı məqsədilə təşkil olunan törəndən sonra isə Bakı merinin hələ bundan sonra da xeyli müddət görəv başında qalacağı haqda bir yəqinlik yaranıb. Çünki həmin tədbirdə prezident İlham Əliyev Hacıbala Abutalıbova ərkyana jest elədi, onunla zarafatlaşdı. Bu isə çox böyük anlam daşıdı Hacıbala Abutalıbov üçün.

Çünki hakimiyyətin də yazılmayan qanunları var və həmin qanunlar toplusunun bir müddəasına görə, əgər prezident kiminləsə zarafat edirsə, deməli, həmin şəxs hələ xeyli müddət toxunulmazlıq statusu qazanmış olur və onunla digərlərinin zarafat etmə fikrinə düşməsi də yolverilməzdir. Çünki artıq onunla yalnız bir şəxs zarafat edə bilər ki, həmin şəxs də prezidentdir.

Deyilənə görə, “Yaşıl Teatr” triumfundan sonra Hacıbala Abutalıbovun ayağı daha da yer aldı. Hətta onun əleyhinə mətbuatda kampaniya aparan məmurların, ondan mənsəbcə yuxarıda olan məmurların özlərini belə hədələmək cəsarətini nümayiş etdirdi. Və qeyd edim ki, Bakı merinin belə bir ünvana, yəni prezidentin ərk ünvanına layiq görülməsinin səbəbi də yuxarıda qeyd etdiyimi həmin məsələ ilə - boynubüküklə bağlıdır.

Hacıbala Abutalıbovu “basdırmağa” tələsməyin

Bir ara rəhmətlik Boris Yeltsinin öləcəyi haqda məlumatlar dolaşırdı. O zamanlar o, Rusiyanın prezidenti idi. Və sağlığında problem var idi. Düz beş il durmadan onun öləcəyi haqda yazılar yazıldı Rusiya mətbuatında. Lakin Boris Yeltsin prezidentliyini sona qədər davam etdirə bildi və ondan sonra da xeyli yaşadı. Və həmin ərəfədə, yəni onun ölüm ayağında olduğu rus mətbuatının ən işlək mövzularından biri olduğu ərəfədə Rusiyanın idbar tanınmış siyasətçilərindən olan və hələ də Rusiyaya ayaq basması yasaq hesab olunan Berezovski müsahibələrinin birində qeyd etmişdi ki, Yeltsini basdırmağa tələsməyin, o hələ Jirinovskinin dəfn mərasimində soyuqlayacaq.

Hacıbala Abutalıbovu da basdırmağa, yəni vəzifədən yola salmağa mətbuat tələsməməlidir. Doğrudan da, o çox məmurların yola salınma mərasimlərinə qatılacaq və çox məmurların yeni təyinatlarının yuyulması şərəfinə açılan sürfələrdə tostlar deyəcək. Çünki onun kimi kadrlardan tezliklə imtina olunmur. İmtina olunduğu təqdirdə belə, daha yksək mərtəbələrə gətirilir. Çünki boynubükük bənövşə konkret mövsümdə yaranır və onun dərilməsi də ustalıq tələb edir, ilboyu saxlanması da. Və əgər kiminsə əlində ləçəkləri yerində olan bənövşə varsa, nədən ondan imtina etməlidir ki?

Çirkab bataqlığının mahir üzgüçüsü

Bu da son. Yox, bir daha qeyd edim ki, bu onun sonu deyil. Yazının sonudur. Amma çox güman Bakı meri haqqında bundan sonra da yazı yazacam və çox inanıram ki, o zaman da həmin postda məhz Hacıbala Abutalıbov əyləşəcək. ...”Deyilənə görə, Hacıbala Abutalıbov istefaya göndərilir” başlıqlı yazılar da həmin ərəfədə olacaq. Amma o heç bir yerə getməyəcək. Çünki ona elə belə də yaxşıdır, burası da yaxşıdır.

Onun son zamanlar səlahiyyətlərinin digər məmurlar arasında, yəni məmur-oliqarxlar arasında bölüşdürüldüyü də söylənilir. Bunun özü belə qorxulu deyil. Çünki Hacıbala Abutalıbov elə oğullardan deyil və onun hətta daşdan belə pul çıxarma imkanı var. Yəni tək Bakı meri postunda qalması yetər ki, Hacıbala Abutalıbov milyonları qatlayıb cibinə qoysun. Çünki onun boğaza qədər içində olduğu rüşvət adlı çirkabda uzun müddətdən bəri qalması, son nəticədə Hacıbala Abutalıbovu mahir bir üzgüçüyə də çevirib. Yəni rüşvət bataqlığında Bakı meri heç də xırda balıqlardan hesab olunmur və onun daha iri akulalar tərəfindən yeyilməsi də asan başa gələn iş deyil.

P.S. Yəqin ki, bu qeydlərimdən sonra Hacıbala Abutalıbov mənə qəzəblənməz və səmimi olaraq yazdığım fikirlərimi anlaqlı qəbul edər. Çünki bu isti yay günlərində mənim onunla üz-üzə gəlmək niyyətim yoxdur. Yəqin ki, o da mənim fikrimdədir. Və bu yazıda yazılan hansısa fikri ünvanına təhqir kimi qəbul edib, məhkəməyə müraciət etməz. Hər halda, mən buna inanıram. Bir də ki, Hacıbala Abutalıbov da mətbuatla ünsiyyəti normal olan məmurlardan hesab olunur, yəni onun da tarixi keçmişində jurnalistlərlə mücadiləsi çox nadir hallarda müşahidə olunur...

RƏSUL – DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! - ÇAĞIRIŞ
Bu gün, 06:01
Zelenski Trampla görüşdən məmnun ayrılıb - KİV
Bu gün, 05:47
"Sənin mənim prezidentim olmağını istəmirəm" - Gənc rus aktyor Putinə OD PÜSKÜRDÜ
Bu gün, 05:41
Natiq Cəfərli hakim partiyaya MEYDAN OXUDU - "...sən DEyəsən, onlar BATa!"
Bu gün, 05:29
Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR - Rəşad Əsgərovun ƏLİ İLƏ...
Bu gün, 05:23
Merilin Monronun görünməyən tərəfi ekrana gəlir
Bu gün, 04:57
Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" - FOTO
Bu gün, 00:18
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayır
Bu gün, 00:16
Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var
Dünən, 17:58
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 17:54
"Guya oğullarını öldürüb qurban kəsmişik" - Qonşularını öldürən ər-arvadın İŞİ
Dünən, 17:36
YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər - FOTO
Dünən, 17:29
Bu təhsil mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:26
Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT
Dünən, 17:23
Tapdığı barıtı “laqonda” ilə kəsib - Xankəndidəki faciənin təfərrüatı
Dünən, 17:20
Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı - BELƏ HARA GEDİRİK?
Dünən, 17:11
“Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” - Müğənni
Dünən, 17:09
Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi – İstixana qarşısında mühafizəçi bıçaqlandı
Dünən, 17:06
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - BUNA GÖRƏ...
Dünən, 16:59
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Dünən, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Dünən, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Dünən, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Dünən, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Dünən, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Dünən, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Dünən, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Dünən, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Dünən, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Dünən, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Dünən, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 15:38
Nanə yeni mövsümdə qayıdır
Dünən, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Dünən, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Dünən, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Dünən, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Dünən, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Dünən, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Dünən, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Dünən, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Dünən, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Dünən, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Dünən, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Dünən, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Dünən, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Dünən, 14:01
"Aqroservis" auditor seçib
Dünən, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Dünən, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru