Bakıdakı ən tərbiyəsiz marketlər şəbəkəsi... - NARAZILIQ!
Tarix: 17-12-2021, 11:08 | Çap et
 Təsəvvür edin, böyük bir marketlər şəbəkəsinə girirsən, bazarlıq edirsən, kassaya yaxınlaşırsan, pul uzadırsan və satıcı xırda pul olmadığını deyib, üzünə baxır və təklif edir ki, aldığın malları qaytarmaq vəziyyətdən ən doğru çıxış yoludur. DİA.AZ bildirir ki, bu barədə axar-az-da yer alan məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:
Pulun qalığını qaytarmağa imkanı olmayıb, müştərinin aldığı malları qaytarmaq sözün bütün mənalarında axırıncı variantdır və bu variant “Araz” marketlər şəbəkəsində ilk varianta çevrilib.
Doğrusunu deyəcəyəm: ilk dəfə idi bu qədər həyasız, əxlaqsız bir “xidmətlə” rastlaşırdım – çünki aldıqlarım arasında çörək də var və yaxında başqa mağaza olmaya da bilərdi; buna görə də bu marketlər şəbəkəsində son 2 ay ərzində müşahidə etdiklərimi yazmasam olmaz.
“Araz” marketlər şəbəkəsi hər zaman məkanı daha uğurlu və çevik seçir: yeni, daha böyük yaşayış komplekslərinin birinci mərtəbəsini anında icarəyə götürür və yaxud bina hətta tikilib təhvil verilməmiş artıq fəaliyyətə başlayır. Bu səbəbdən ərazidə tədricən məskunlaşan müştərilərdə özünə qarşı alışqanlıq yaradır.
Bu şəbəkənin gördüyü iş bundan ibarətdir: alışqanlıq, müştərinin mağazaya “öyrəşdirilməsi”. Vəssalam, “xidmət” bununla da bitir!
Bakıdakı market şəbəkələri içərisində ən rüsvayçı səviyyədə işləyən “Araz” marketdir:
- Bu marketdə son 3 aydır girişdə dezinfeksiyaedici məhlullar qoyulmur, istifadəsi tələb edilmir;
- Bu marketə girişdə müştərilərə nəzarət edəcək (maskası olub-olmamasına və yaxud hansısa vacib məqamlara görə) təhlükəsizlik əməkdaşını görə bilməzsiniz;
- Bu marketdə kassalar heç vaxt hamısı işləmir və yaxud kassalar tələbdən qat-qat azdır;
- Bu marketdə kassaların “mal daşıyıcısı” heç vaxt çalışmır və həmişə çirkli olur;
- Bu marketdə kassirlər ayaqüstə olur, müştəri ilə şüşə arakəsmə yoxdur, birbaşa təmasa girirlər;
- Aldığın məhsulları kimsə qablaşdırmır, yardım edən yoxdur, hətta sellofan torbalar da əl altında deyil, yalnız xahişlə verilir;
- Əsasən, kiçik ölçülü sellofan torba təqdim edirlər və aldığın məhsul bir normal sellofan torbaya yerləşə biləcəyi halda, sən məcbur olub 4-5 sellofan torbadan istifadə etməli olursan – nə sirdirsə, böyük sellofan torbalar olsa belə, satıcılar vermək istəmir, sanki müştərilərə daha çox kiçik torba sırımaq öhdəlikləri var;
- Bu marketdə xüsusən kənd təsərrüfatı məhsulları və yaxud şirniyyat bölməsində satıcı tapılmır, mütləq başqa bölmədən satıcılar çağırmalı olursan;
- Bu marketdə müştərinin deyil, yalnız özlərinin istədiklərini təklif edirlər. Məsələn, qəfildən hansısa çay, qənd və yaxud gigiyenik vasitə markası yoxa çıxır, əvəzində yeni məhsul peydə olur. İnadla öz “sevimli brendini” axtarsan da, tapa bilməzsən. Halbuki ətrafdakı bütün mağazalarda həmin məhsullar var. Bu isə o deməkdir ki, “Araz” market hansı məhsulları satmasına nəyinsə müqabilində özü qərar verir – müştərinin nə istəməsi maraqlı deyil;
- Bu marketdə, məsələn, reklam olmaması üçün adını çəkmədiyimiz digər marketlər şəbəkəsində mövcud olan məhsul çeşidlərinin heç yarısı belə yoxdur və s.
O ki qaldı bu mağazadakı bahalığa, bu ayrıca araşdırmanın mövzusudur – müqayisəli təqdim etmək gərəkdir.
Ancaq “Araz” marketlər şəbəkəsinin artıq qurduğu sistemin öhdəsindən gələ bilmədiyi gün kimi aydındır. Xüsusilə “Favorit” marketləri ilə birləşəndən sonra bu şəbəkədə qeyri-peşəkarlıq artır, xidmət sıfırdır, yalnız və yalnız daha çox qazanmaq hədəflənib.
Torbadan qənaət edən, kassaya işçi qoymayan bir marketdən başqa nə gözləmək olar ki!
P.S. Yazdıqlarıma azacıq şübhə edənlər vərdiş etdikləri “Araz” marketdən çıxıb, yaxınlıqdakı digər şəbəkəyə müraciət edə bilərlər.
Dünən bunu etmək məcburiyyətində qaldım və doğrudan təəccübləndim: nə qədər böyük fərq var və mən aylardır niyə fərqi yoxlamamışam?
Çünki bütün marketlərdə xidmətin bu səviyyədə olduğunu düşünmüşəm – təhtəlşüuri olaraq. Dünən satıcının o addımından sonra məcburi başqa marketlər şəbəkəsinə daxil olduqda isə tam fərqli mənzərə gördüm.
Bir daha “Araz”dan istifadə etməyəcəyəm – bu, artıq qəti qənaətimdir!
Sınayın və görəcəksiniz!


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47 |
|
|
|
| • Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
| • Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43 |
|
|
|
| • Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32 |
|
|
|
| • Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29 |
|
|
|
| • DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
| • Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14 |
|
|
|
| • Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06 |
|
|
|
| • "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04 |
|
|
|
| • 30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00 |
|
|
|
| • Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57 |
|
|
|
| • AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47 |
|
|
|
| • AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39 |
|
|
|
| • Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37 |
|
|
|
| • Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34 |
|
|
|
| • Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32 |
|
|
|
| • “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12 |
|
|
|
| • Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10 |
|
|
|
| • Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59 |
|
|
|
| • BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57 |
|
|
|
| • Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55 |
|
|
|
| • Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49 |
|
|
|
| • Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48 |
|
|
|
| • Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45 |
|
|
|
| • Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17 |
|
|
|
| • "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15 |
|
|
|
| • Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12 |
|
|
|
| • Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03 |
|
|
|
| • Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Dünən, 12:59 |
|
|
|
| • Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Dünən, 12:58 |
|
|
|
| • Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Dünən, 12:53 |
|
|
|
| • İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Dünən, 12:51 |
|
|
|
| • Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:36 |
|
|
|
| • Yeni lizinq şirkəti təsis edildi
Dünən, 12:20 |
|
|
|
| • Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Dünən, 12:14 |
|
|
|
| • Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Dünən, 12:08 |
|
|
|
| • "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Dünən, 12:07 |
|
|
|
| • Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Dünən, 11:56 |
|
|
|
| • Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
| • Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Dünən, 11:36 |
|
|
|
| • “Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Dünən, 11:32 |
|
|
|
| • Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Dünən, 11:29 |
|
|
|
| • Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Dünən, 11:22 |
|
|
|
| • Nazirdən bu quruma yeni təyinat - ƏMR
Dünən, 11:18 |
|
|
|
| • Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Dünən, 11:14 |
|
|
|
| • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Dünən, 11:03 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Dünən, 11:01 |
|
|
|
|