Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" .....                     Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi .....                     Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var .....                     "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR .....                     "Guya oğullarını öldürüb qurban kəsmişik" .....                     YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər .....                     Bu təhsil mərkəzinə direktor təyin edildi .....                     Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR .....                     Tapdığı barıtı “laqonda” ilə kəsib .....                     Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı .....                     “Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” .....                     Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi .....                     Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı .....                     Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                 

İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ QARABAĞ AÇIQLAMASI
Tarix: 29-05-2012, 12:12 | Çap et
İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ QARABAĞ AÇIQLAMASI

“MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”

“Media forum” saytı prezident İlham Əliyevin Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi haqqında dediklərini təqdim edir:

- Ölkə qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur. Nə hərb, nə sülh vəziyyəti davam edir.

Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıb. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsi var. Bir neçə gün bundan əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə yenə bu məsələ ilə bağlı çox əsaslı və ədalətli qətnamə qəbul edilib, münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ərazi bütövlüyü orada yeganə prinsip kimi göstərilib. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı kifayət qədər çox qətnamələr, qərarlar qəbul edib. Yəni məsələnin hüquqi müstəvidə həlli üçün əlavə heç bir addıma ehtiyac yoxdur.

Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz var. Dünya birliyində böyük dəstəyimiz var. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.

Bölgədə mövqelərimiz möhkəmdir. İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaq. Çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq var.

Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyil. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaq. Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur. Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaq.

Uzun illər biz yalnız siyasi, iqtisadi, hüquqi, hərbi amilləri nəzərdən keçirirdik. Deyə bilərəm ki, hazırda demoqrafik amillər də nəzərdən keçirilməlidir. Çünki bu amillər nəinki bizim bölgədə, artıq dünyada ön plana çıxır. Demoqrafik inkişaf, bəzi ölkələrdə müsbət, bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik proseslər, əlbəttə ki, bu gün təhlil mövzusudur. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbətdir. Bizim əhalimiz artır, 9 milyon 200 mindən çoxdur. Ermənistanda isə əksinə, əhali azalır. Yəni mən heç şübhə etmirəm ki, biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik və vahid Azərbaycan uğurlu inkişafa davam edəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" - FOTO
Bu gün, 00:18
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayır
Bu gün, 00:16
Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var
Dünən, 17:58
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 17:54
"Guya oğullarını öldürüb qurban kəsmişik" - Qonşularını öldürən ər-arvadın İŞİ
Dünən, 17:36
YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər - FOTO
Dünən, 17:29
Bu təhsil mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:26
Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT
Dünən, 17:23
Tapdığı barıtı “laqonda” ilə kəsib - Xankəndidəki faciənin təfərrüatı
Dünən, 17:20
Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı - BELƏ HARA GEDİRİK?
Dünən, 17:11
“Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” - Müğənni
Dünən, 17:09
Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi – İstixana qarşısında mühafizəçi bıçaqlandı
Dünən, 17:06
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - BUNA GÖRƏ...
Dünən, 16:59
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Dünən, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Dünən, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Dünən, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Dünən, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Dünən, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Dünən, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Dünən, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Dünən, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Dünən, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Dünən, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Dünən, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 15:38
Nanə yeni mövsümdə qayıdır
Dünən, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Dünən, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Dünən, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Dünən, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Dünən, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Dünən, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Dünən, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Dünən, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Dünən, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Dünən, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Dünən, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Dünən, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Dünən, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Dünən, 14:01
"Aqroservis" auditor seçib
Dünən, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Dünən, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Dünən, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Dünən, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Dünən, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Dünən, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Dünən, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Dünən, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru