"Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                     Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı .....                     Bu liseyin direktoru işdən çıxdı .....                     Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA .....                     Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi .....                     Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü .....                     Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? .....                     Rusiyadan Ermənistanla bağlı şok hesabat: .....                     Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... .....                     Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     `Post Cargo` POST OLUB GETDİ! .....                 

Qubad İbadoğlu olayı kimin proyektidir? – Gizli məqamlar...
Tarix: 26-07-2023, 11:15 | Çap et
Qubad İbadoğlu olayı kimin proyektidir?
Qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun personası ətrafında yaranmış ajiotaj səngimək bilmir. Səbəb təkcə Nərimanov rayon məhkəməsinin Q. İbadoğlu barədə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçməsi deyil. Son vaxtlar aktiv siyasi fəaliyyəti ilə seçilən iqtisadçı-professor radikal çıxışları ilə əslində, qarşıda onu təlatümlü dövrün gözlədiyinin anonsunu vermişdi.

Xatırladaq ki, Q.İbadoğlu Azərbaycan siyasətində heç vaxt birinci adam olmayıb. O, fəaliyyətinin əsas istiqamətini Müsavat Partiyası üçün iqtisadi konsepsiyalar hazırlamağa həsr edib. Bunun müqabilində isə nəinki partiyada birinci və ikinci postları tuta bilməyib, heç sabiq başqanın 8 müavinindən biri olmağı da bacarmayıb. Q.İbadoğlunun ən böyük mükafatı Müsavat Partiyasının Divan üzvü seçilmək olub. Sabiq Müsavat başqanı İsa Qəmbər o vaxtlar xeyli gənc olan həmyerlisini müavin postuna irəli çəkməyi heç vaxt ağlına gətirməyib.

2014-cü ildə İsa Qəmbər Müsavat başqanı postundan istefa verəndən sonra onunla Q.İbadoğlu arasında ziddiyyətlər açıq müstəviyə keçdi. İ.Qəmbər tərəfsizliyini qoruyacağını bəyan etsə də, partiyanın 27 sentyabr 2014-cü ildə Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən Qurultayında müavini, Q.İbadoğlunun əsas rəqibi sayılan Arif Hacılını dəstəklədi. A.Hacılı İ.Qəmbərin də dəstəyi ilə Müsavat başqanı seçiləndən sonra rəqibinə qapını göstərdi. Partiyadaxili intriqalara meylli olan Q.İbadoğlu həmin vaxt bir neçə tanınmış sima ilə birlikdə Müsavatı tərk etdi. Ətrafına Vurğun Əyyub, Adil Qeybulla, Səxavət Əlisoy və digər tanınmış Müsavat funksionerlərini cəm edən Q.İbadoğlunun Müsavat Partiyasının sosial bazası hesabına yeni siyasi təşkilat yaradacağına dair proqnozlar səslənməyə başladı. Amma onun pul qazanmaq üçün müxtəlif xarici ölkələrə üz tutması bu proqnozların doğrulmasını mümkünsüz etdi. 3 il əvvəl ADRP-ni elan edən Q.İbadoğlu onlayn iclaslar keçirməkdən o yana gedə bilmədiyi üçün partiyasını da irəli apara bilmədi. O, internet televiziyası resurslarında vaxtaşırı hakimiyyət əleyhinə sərt çıxışlar etməklə gündəmdə qalmağı bacarsa da, zəif təşkilatçı olduğu üçün ətrafındakı adamların bir-bir “buxarlanması” qaçılmaz oldu. Hazırda Q.İbadoğlunun rəhbərlik etdiyi partiyanın cəmi 5-6 nəfərdən ibarət olan rayon təşkilatları iclas adı ilə çayxanalarda domino oynamaqla öz “vəzifə”lərini bitmiş hesab edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bunu sübut edən kifayət qədər foto və videogörüntülər mövcuddur.

Q.İbadoğlunun Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs olunması onun fəaliyyətinin yenidən təftiş olunmasına gətirib çıxardı. Avropanın müxtəlif universitetlərində qonaq statusu ilə dərs deyən azərbaycanlı professorun yüksək qazancdan imtina edib qəfildən Vətənə dönməsi çoxsaylı suallar və şübhələr yaradıb. Siyasi dairələrdə FETÖ ilə işbirliyində olduğu iddia edilən professorun Azərbaycana qayıtması ilə bağlı bir neçə versiya mövcuddur. Siyasi analitiklər bu dönüşün təsadüfi olmadığını düşünürlər. Onların fikrincə, Q.İbadoğlu Qərbin Azərbaycandakı yeni adamı olmaq üçün Londonu Bakıya dəyişib.

Niyə məhz Q.İbadoğlu?

Bu sualların da cavabı var. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycandakı Qərbyönümlü şəbəkə ümidləri doğrultmur. Şəbəkənin başında dayanan AXCP sədri Əli Kərimlinin son 20 ildə heç bir ciddi siyasi uğur qazana bilməməsi Qərb dairələrində onun perspektivsizliyinə əminlik yaradıb. Əleyhdarlarının təbirincə desək, özünə pasport ala bilməyən Ə.Kərimlinin YAP-dan hakimiyyəti alacağı inandırıcı görünmür. Bunu belə olacağı indi heç kimdə şübhə doğurmur.

Başda ABŞ olmaqla Qərbin Q.İbadoğluna “stavka” etməsinin bir neçə əsas səbəbi var. Məsələn, tərəfdarları iddia edirlər ki, Ə.Kərimlidən fərqli olaraq Q.İbadoğlu AXC-Müsavat iqtidarının "şinel"indən çıxmayıb. İqtidarda təmsil olunmadığı üçün onu bacarıqsızlıqda ittiham etmək düzgün deyil. Əgər Ə.Kərimlinin xarici dil bilgiləri yetərsizdirsə, Q.İbadoğlunun belə problemi yoxdur. O, rus və ingilis dillərini akademik səviyyədə bildiyinə görə Qərb dairələri üçün daha cəlbedici görünür. Üstəlik, Q.İbadoğlu iqtisadçıdır, Qərbyönmülü liberal dəyərləri yaxşı mənimsədiyi üçün gələcəkdə onunla əməkdaşlıq etmək perspektivləri daha böyükdür.

Q.İbadoğlunun Qərbin adamı kimi qəfildən Azərbaycan siyasətində “zühur” etməsi ilə bağlı planının arxasında başqa səbəblər də dayanır. Azərbaycan siyasətində Qərbyönümlü lider kimi tanınan başqa bir siyasətçi - ReAl sədri İlqar Məmmədov da uğursuzluğa düçar olub. Həbsxanadan çıxdığı 5 il ərzində ətrafına 5 min adam toplaya bilməyən, Azərbaycan cəmiyyətinin nəbzini tutmaqda çətinlik çəkən İ.Məmmədovun nə vaxtsa YAP iqtidarının qarşısında dayana biləcəyi inandırıcı görünmür. Başqa bir Qərbyönümlü lider - Ə.Kərimlinin tərəfdarlaır tərəfindən “avtobus müxalifəti” titulu ilə mükafatlandırılan İ.Məmmədov indi nəinki Qərbdə, heç Azərbaycanda da ciddi siyasi fiqur kimi qəbul edilmir.

Hadisələrin təhlili göstərir ki, hazırda Q.İbadoğlu Qərbin Azərbaycandakı yeganə “ümid yeri” sayılır. Görünür, Azərbaycan hakimiyyəti də bunu bildiyindən günləri sayırmış. Saymaq növbəsi isə indi Q.İbadoğluna çatıb. Təcridxanada səbirsizliklə azadlığa çıxacağı günləri sayır.

Çıxa biləcəkmi?

Azərbaycan müxalifətinin taleyi həm də bu sualın cavabından asılıdır...
//Yenisabah.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Bu gün, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Bu gün, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Bu gün, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Bu gün, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Bu gün, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Bu gün, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Bu gün, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Bu gün, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Bu gün, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Bu gün, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Bu gün, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Bu gün, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Bu gün, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Bu gün, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Bu gün, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Bu gün, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Bu gün, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Bu gün, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Bu gün, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Bu gün, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Bu gün, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Bu gün, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Bu gün, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Bu gün, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Bu gün, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Bu gün, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Bu gün, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Bu gün, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Bu gün, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Bu gün, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Bu gün, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Bu gün, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Bu gün, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Bu gün, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Bu gün, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Bu gün, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru