Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                     44 günlük müharibənin generallarından birinə yeni ittiham .....                     Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir .....                     Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib .....                     Allahın, yoxsa texnikanın ümidinə: .....                     Kremldən Bakıya yeni təklif: .....                     “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək .....                     İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün .....                     Müəllimini güllələyən şagirdin valideynləri .....                     Şair Əşrəf Veysəlli vəfat edib .....                     Mülayim şərq küləyi əsəcək .....                     Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın .....                     Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu .....                     Sabah Ermənistanda “sükut günü”dür .....                     Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub .....                     Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi .....                     İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... .....                     Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini .....                     Moskvaya ayaq öpməyə gedibmiş .....                     Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? .....                     "Ermənistan hara gedir?" .....                     Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı .....                     "Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." .....                     Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq .....                     Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                 

"Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran?" - ETİRAZ
Tarix: 27-06-2022, 09:08 | Çap et
"Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran?"
Son vaxtlar İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər arasında narazılığın artdığı müşahidə olunur. Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında həyata keçirdiyi etiraz aksiyalarının, onların mediada işıqlandırılan problemlərinin, eyni zamanda intihar edən qazilərin sayı artıb.

Qazilərin nazirlik qarşısında iyunun 2-də keçirdiyi son aksiyada yaşanan insidentdən sonra adəti üzrə hakimiyyətə yaxın medialar müxtəlif əsaslar gətirərək, həmin aksiyada iştirak etmiş qaziləri ittiham etdilər və adəti üzrə bu dəfə də həmin qaziləri xarici qüvvələrin maraqlarına xidmət etməkdə ittiham etdilər. Amma onların qaldırdığı problemlərin bir çoxu həllini tapmadı. İyunun 16-da Sabirabad rayonu Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu pay torpağında ağacdan özünü asaraq intihar etdi. Qeyri-rəsmi hesablamalara görə, bu, qazilər arasında baş vermiş sayca 31-ci intihar hadisəsidir. Maşallah Manafovun intihar etməsinə görə sosial media istifadəçiləri rayon icra hakimiyyətini günahlandırırdı.

Rayon icra hakimiyyəti isə açıqlama yayaraq, qazinin intiharının rayon icra hakimiyyəti ilə əlaqəsi olmadığını bildirib. Nədir son vaxtlar qaziləri belə addımlar atmağa vadar edən? Nədir və ya kimlərdir onları bezdirən? “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu ASTNA-nın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Rey bəy, sizcə, qaziləri narazı salanlar kimlərdir? Və bu narazılıqların arxasında hansı səbəblər dayanır?

- Qazilərin problemlərinin həlli istiqamətində dövlət xeyli işlər görür. Prezident İlham Əliyev 44 günlük müharibə ərəfəsində 40-dan çox fərman və sərəncam imzalayıb, qanunvericilik aktlarına dəyişikliklər edib. Bir çox qazilərə avtomobillər, mənzillər hədiyyə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bazasında Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Bura 7 dövlət qurumu daxildir. Əvvəllər qazilər, şəhid aillələri bir problemin həlli üçün həmin yeddi qurumu gəzirdisə, indi onlar cəmi bir mərkəzə üz tuturlar. Dediyim kimi, xeyli işlər görülüb. Amma bütün bunlarla bərabər, bir çox problemlər hələ qalıb. Problemin yaranmasının iki əsas səbəbi var.

Birincisi qanunvericiliyin yaratdığı, digəri isə məmur özbaşınalığının yaratdığı problemlərdir. Bu gün qazilərin əksəriyyətinin yaşadığı problemlərin əsas faktoru həm qanunvericiliyin yaratdığı problemlərdir, həm də məmur özbaşınalığının. Nazirlər Kabinetinin 413 saylı qərarı (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI) yanlış və saxta qərardır. Həmin qərar Milli Məclisdə oxunmadan qəbul edilib. Müxtəlif dövlət qurumları həmin qərara rəy verməli olduğu halda heç bir qurum həmin qərara rəy verməyib. Problemin kökü həmin qərardadır.

Məmur özbaşınalığı isə həm məmur səhlənkarlığından, həm də qanunvericiliyin yaratdığı problemlərdən ortaya çıxır. Məmur problemi düzgün izah edib, həlli istiqamətində addımlar atmalıdır ki, bu boşluq yuxarı instansiyalar, qanunverici orqana qədər gedib çıxsın və həllini tapsın.

- Sizcə, baş verən son etirazlar haqlı narazılıqlardır, yoxsa həqiqətən bir çox media orqanlarının və təbii ki, həmin mediaların arxasında dayananların iddia etdiyi kimi, həmin qaziləri önə verib, prosesi gərginləşdirməkdə başqalarının marağı və barmağı var?

- Əslində bu problemləri çox sadə yolla həll etmək mümkündür. Amma həll etmirlər. Söhbət təkcə bir nazirlikdən getmir. Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və əlillərin ünsiyyətdə olduğu və problem yaşadığı digər nazirliklər var. Həmin nazirliklərdə də bəzən qazilərin, şəhid ailələrinin problemlərinə biganə yanaşırlar. Mən də bəzən düşünürəm ki, bunun arxasında hansısa qüvvələr dayanır. Amma dərindən düşünəndə deyirəm ki, problem niyə olmalıdır ki, bunun arxasında hansısa qüvvələrin olduğunu düşünək. Və yaxud, problem niyə olmalıdır ki, hansısa qüvvələr bundan istifadə etsin? Bu suala birmənalı cavab vermək olmur.

Bəzi media orqanlarında bu hadisələrin arxasında duran qüvvələrin olduğu deyilsə də, mən bunun belə olduğunu düşünmürəm. Dediyim kimi, problem olmamalıdır ki, hansısa qüvvələr bundan faydalana bilməsin. Bizim təşkilat daim bu problemləri qaldırıb və həlli yollarını təqdim edib. Amma həll etməyiblər. Ölkənin birinci şəxsi İlham Əliyev və ikinci şəxsi Mehriban Əliyevanın timsalında problemlərin həllinə çox ciddi yanaşma var. Amma aşağılarda biz bunu görmürük. Problem də burdan başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısındakı etiraz zamanı baş verən insidentə baxdıqda görmək olur ki, oradakı insidentin günahkarı birbaşa polis oldu. O həddə gətirib çıxardı ki, həmin insident yaşandı. Əgər polis orada qapını açsaydı, o insident yaşanmazdı.

Sizə bir şey deyim. 44 günlük müharibədə iştirak etmiş 12 min adama veteranlıq vermirlər. 90-cı illəri qınayırdılar ki, səriştəsizlik olub, sənədləşmə olmayıb. Yaxşı, bəs müasir texnikanın inkişaf etdiyi indiki vaxtda, 44 günlük müharibədən iki il keçəndən sonra niyə 12 min adama veteranlıq verilmir? Elə adam var ki, 5 medal alıb, iki dəfə yaralanıb, amma veteranlıq ala bilmir. Bunun adı nədir? Bunu yaşayan həmin qazi hansı hissi keçirməlidir? Neyləməlidir? Bütün problemlərin kökü birinci Müdafiə Nazirliyindədir. Orada rüşvətxorluq, korrupsiya, qohumbazlıq var. Həmin 12 mindən 5 mininə artıq veteranlıq verilib, hələ 7 mini qalıb. Belə şey olar? Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran? Bunu qızışdıran həmin o Müdafiə Nazirliyinin rəhbərliyində duran adamlardır. Bunun başında dayananlar zakir həsənovlardır.

- Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında son etirazından sonra media orqanlarında həmin qazilərə qarşı qaralama tipli yazılar yazılmağa başladı. Niyə bu kimi hallar baş verdikdə hakimiyyət və hökumət orqanları adekvat addımlar atmaq əvəzinə bu kimi məlumatlar yayaraq etiraz edənləri şübhə altına almağa, diqqəti onların problemindən kənara yönəltməyə çalışırlar?

- Bu, bizim dövrümüzdə də belə idi. Hakimiyyətin içərisindən Ramiz Mehdiyev öz iyrənc oyunlarını oynayırdı. Birincisi, qazilərin haqlı problemlərini müxtəlif istiqamətlərə yönəltmək istədi. Guya burda siyasi çalar var. O vaxtkı Milli Təhlükəsizlik naziri Namiq Abbasovun açıqlaması hələ də arxivdə qalır. Həmin o 2001-ci il aksiyasından sonra. Həmin açıqlama mediada da gedib. O demişdi ki, bu aksiyanın arxasında heç bir siyasi çalar yoxdur. Bu, sosial problemdir. Buna baxmayaraq, qaziləri qaralamağa başladılar. Bu gün də həmin proses gedir. Mənim bütün bunlardan xəbərim var. Çox ayıb bir hərəkətdir. Qazini ləkələmək, gözdən salmaq, şərləmək, dövlətin ona verdiyini çıxarıb efirdən səsləndirib minnət qoymaq utancvericidir. O, qazinin haqqıdır. Dövləti, vətəni qorumaq hər bir vətəndaşın borcudur. Amma dövlətin də borcudur ki, onun problemlərinin həlli ilə məşğul olsun. Qazilərə qarşı 2016-cı ildən sonra da bir kampaniya başlamışdı. Müharibədə olmayan adamlar qaziləri təftiş edirdi. Yəni haqqı çatmayan insanların qazini təftiş etməsi onları qıcıqlandırırdı. Bu metod Ramiz Mehdiyev dövründən qalma biabırçı metoddur. Görünür, Prezident Administrasiyasında, idarəetmədə hələ də Ramiz Mehdiyevin tör-töküntüləri qalmaqdadır. Qazini qaralamaqdansa, onun problemini həll etmək lazımdır. Çox yanlış bir yoldur. Xüsusilə televiziya kanallarında, saytlarda qaziləri aşağılayırlar. Bu, yolverilməzdir və pislənməlidir.

- Qazilər tək nazirliklərdən deyil, başqa dövlət qurumlarından da, xüsusən yaşadıqları şəhər və rayonlarda yerli icra və hakimiyyət orqanlarından da narazıdırlar. Cəmiyyətin həssas kəsimi olan qazilərə qarşı bu münasibət haradan qaynaqlanır? Qaziləri narazı salmaq, onlar arasında gərginliyi artırmaq kimlərin işinə yarayır?

- Qarabağ Qaziləri birliyi olaraq biz istəyirdik ki, bir dövlət komitəsi yaradılsın. Amma Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı. Həmin mərkəzlər hələ ki, bütün rayonlarda yoxdur. Prezidentin tapşırığı ilə rayon və şəhər icra hakimiyyətlərində şəhid ailələri və yaralılarla iş şöbəsi yaradılıb. Həmin şöbələrin 90 faizində rayon icra hakimiyyətlərinin təyin etdiyi şəxslərdir. Onların içərisində də məmurların ağzını güdən, əlinə baxan adamlar var. Onlar bu gün qazinin haqqını, problemini dilə gətirmir. Intiharların bir səbəbi də budur ki, qazilərə vaxtında diqqət göstərilmir. İcra hakimiyyətləri qazilərin müraciət edib etməməsindən asılı olmayaraq, onlarla maraqlanmalıdır, daim diqqətdə saxlamalıdır.

- Sizcə, indiki halda vəziyyəti necə düzəltmək olar? Hakimiyyət hansı addımlar atmalıdır?

- Qazilərin bu gün əsas problemlərindən biri əlillik dərəcələrinin verilməsi ilə bağlıdır. Hansı ki, bunu da ƏƏSMN-lə əlaqələndirirlər. Halbuki, bu məsələ Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarla tənzimlənir. Həmin qərar dəyişdirilməlidir. İkincisi, rayon və şəhər icra hakimiyyətlərində yaradılmış şəhid ailələri və yaralılarla iş şöbəsi işini yenidən qurmalıdır. Rayon icra hakimiyyətlərinin başçısı onları öz vassalına, əlaltısına çevirməməlidir. Üçüncüsü, qazilərin təşkilatlanması lazımdır. Ola bilsin ki, hakimiyyət bu məsələdən ehtiyat etsin. Amma onlar təşkilatlanmasa, əlaqələr qırılır. Onlara ən yaxşı psixoloji dəstək bir-biriləri ilə təmasda olmalarıdır. Problemlərin həlli budur. Bunlardan başlamaq lazımdır. Ümumiyyətlə, Müdafiə Nazirliyi müharibədən sonra əsgər və zabitlərlə maraqlanmır. Yüksək rütbəli zabitlər müalicə ala bilirlər. Mayordan aşağı rütbəli heç bir zabit müalicə ala bilmir, hospitallara buraxılmır. Bu yanaşma dəyişməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Bu gün, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Bu gün, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Bu gün, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Bu gün, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Bu gün, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Bu gün, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Bu gün, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Bu gün, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Bu gün, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Bu gün, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Bu gün, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Bu gün, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Bu gün, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Bu gün, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35
Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33
Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32
Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Bu gün, 12:17
Moskvaya ayaq öpməyə gedibmiş - ilginc açıqlama
Bu gün, 12:01
Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? - ŞƏRH
Bu gün, 11:59
"Ermənistan hara gedir?" - Overçuk
Bu gün, 11:57
Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı QƏRARI AÇIQLADI
Bu gün, 11:44
"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." - MÜRACİƏT
Bu gün, 11:39
Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq
Bu gün, 11:33
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru