BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                 

Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək - Rey Kərimoğlu
Tarix: 25-06-2022, 08:41 | Çap et
Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək
Vətən müharibəsi qaziləri Qarabağdakı quruculuq işlərinə cəlb ediləcək. Bu barədə “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində Peşə Təhsil Mərkəzində kurslara cəlb olunan qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatların təqdimatı mərasimində çıxışı zamanı bildirib. Millət vəkili qeyd edib ki, peşə təhsilini müvəffəqiyyətlə başa vuran qazilər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər: "Peşə təhsili hazırda çox mühümdür. Dövlətimiz tərəfindən təhsilə 4 milyard manat əlavə xərc ayrılıb. Bunun 64 milyon manatı peşə təhsilinin payına düşür.

Ümumiyyətlə peşə təhsilinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri həyata keçirilir və peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər məhz bu yenidənqurma işlərində iştirak edə biləcəklər. Çünki Azərbaycana bu gün yüksək peşə təhsili və ixtisas qabiliyyətinə malik şəxslər lazımdır. Ümidvaram ki, qazilərimizin aldıqları peşə təhsili sertifikatları gələcək həyatları, karyeraları üçün çox önəmli bir irəliləyiş olacaq". Xatırladaq ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verdi. Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və "Ekvita" şirkətlərinin maliyyə dəstəyi ilə "Kulane" Peşə Təhsil Mərkəzində kurslara cəlb olundu. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərinə yiyələndilər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. Növbəti mərhələ qazi və müharibə iştirakçılarının Qarabağda aparılan quruculuq işlərinə cəlb edilməsidir. diaaz.space-ın məlumatına görə, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi qaizisi, jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında layihəni müsbət dəyərləndirdi:

- Əlbəttə, qazilərin, müharibə iştirakçılarının müəyyən peşələrə yiyələnməsi, onların əmək bazarına cəlb olunması, işlə təmin edilməsi müsbət haldır. Məlumdur ki, hazırda işsiz qazilərimiz var. Əlilliyə görə müavinətin hazırda kifayət qədər olmadığı nəzərə alınarsa, qazilərin işlə təmin olunması vacib məsələdir. Bu, qazilərin maddi probleminin həllinə böyük dəstək olar. Digər tərəfdən işlə təmin edilmək, xüsusilə də işqaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə cəlb edilmək qazilərimizin psixoloji durumuna, əhval-ruhiyyəsinə də müsbət təsir edəcək. Vətən uğrunda döyüşmüş oğullar təkcə müharibədə deyil, dinc dövrdə də özlərini lazımlı, gərəkli hiss edəcəklər. Qarabağda döyüşmüş əsgərin yenidən Qarabağa qayıtması, oradakı quruculuq, abadlıq işlərində iştirak etməsi qaziyə böyük ruh yüksəkliyi verəcək. Üstəlik, maddi cəhətdən də sıxıntıları azalacaq. Ümumiyyətlə, bu cür layihələr alqışlanmalıdır. Müharibə iştirakçıları, veteranlar hər şeyin müharibə ilə bitmədiyini, həyatın davam etdiyini hiss etməli və gündəlik yaşayışlarında bunu real olaraq görməlidirlər. Bu baxımdan, qazilərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsi, əlbəttə, müsbət hadisədir, alqışlanmalıdır.
R.Kərimoğlu vacib bir məqamı da vurğuladı:
- Peşə təhsilinə yiyələnmək lazımdır. Lakin görürük ki, son zamanlar bir çox təşkilatlar, ayrı-ayrı qurumlar layihələr həyata keçirir və bunlar müvəqqəti xarakter daşıyır. Yaxşı olar ki, müharibə iştirakçılarının dövlət xəttiylə peşə təhsili alması təmin edilsin. Məsələn, Təhsil Nazirliyinin balansında olan peşə məktəbləri var. Eləcə də, Dövlət Neft Şirkətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, digər dövlət qurumlarının. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən kurslar da var. Qazilər məhz dövlətin balansında olan peşə məktəbləri və kurslara cəlb olunsa daha yaxşıdır. Peşə təhsilinə ciddi yanaşılmalıdır. Hazırda Qarabağda aparılan quruculuq işlərində sürücüyə, xarrata, dülgərə, qaynaqçıya... hər bir peşə üzrə ustalara ehtiyac var. Böyük layihələr icra edilir və bu işdə orta peşə təhsilli işçidən tutmuş ali təhsilli mütəxəssisə qədər hamıya ehtiyac yaranır. Ona görə də qazilərin, müharibə iştirakçılarının peşə təhsilinə yiyələnməsi vacibdir.

R.Kərimoğlu ümumiyyətlə, müharibə iştirakçılarının ali təhsil almalarına da dövlət səviyyəsində dəstək göstərilməli olduğunu dedi:

- Təhsil almamış, lakin orta ixtisas və ali təhsil almaq arzusunda olan qazilər təhsilə cəlb edilməlidir. Və onlara dövlət dəstəyi təmin edilməli, güzəştlər tətbiq edilməlidir. Əlbəttə, mən savadlı, orta təhsil pilləsini ali təhsil pilləsi üçün münasib qaydada başa vurmuş şəxsləri nəzərdə tuturam. Orta ixtisas və ya ali təhsil almaq istəyən qazilərə imkan yaradılmalıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru