Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                 

"Paşinyanın müraciətində Ermənistan dövləti əsas cavabdeh kimi göstərilsə də..." - deputat
Tarix: 18-01-2022, 08:43 | Çap et
"Paşinyanın müraciətində Ermənistan dövləti əsas cavabdeh kimi göstərilsə də..."
Avropa İnsan Haqları Məhkəməsi “Paşinyan Ermənistana qarşı” başlıqlı iş üzrə kommunikasiyanı tamamlayıb. İş üzrə ərizəçi Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır, o, əvvəllər jurnalist olub və müxalif “Haykakan Jamanak” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Yanvarın 18-də Strasburq məhkəməsi qərarını elan edəcək. İlkin məlumata görə, Avropa Məhkəməsi 2008-ci ilin fevralında Ermənistanın baş nazirinin hüquqlarının pozulmasını tanıyıb.

DİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Nikol Paşinyanın maraqlarını məhkəmədə İrəvanda fəaliyyət göstərən vəkil V.Qriqoryan təmsil edib. Paşinyanın Avropa Məhkəməsinə şikayəti 2008-ci il fevralın 19-da keçirilən prezident seçkiləri ərəfəsində baş vermiş hadisələrlə bağlıdır. Sonra o, namizəd Levon Ter-Petrosyanın (Ermənistanın birinci prezidenti - red.) fəal tərəfdarı və təşviqat qərargahının üzvü olub.

Şikayətə görə, 2007-ci il oktyabrın 23-də Nikol Paşinyan Ter-Petrosyanın tərəfdarları ilə birlikdə qarşıdan gələn mitinq barədə ictimaiyyəti məlumatlandırmaq üçün küçə yürüşü keçirib. Şikayətçi iddia edir ki, polis əvvəlcə yürüşün dayandırılması əmrini verib, daha sonra iştirakçılara hücum edərək onları həbs edib.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirildi. Əsas iddiaçılar o vaxt hakim partiyanı təmsil edən baş nazir Serj Sərkisyan və müxalifətin əsas namizədi Levon Ter-Petrosyan idi.

Məlumatda deyilir ki, seçkilərin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Ter-Petrosyan tərəfdarlarını seçki pozuntularına etiraz etmək üçün İrəvanın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb. Hakimiyyət müxalifət tərəfdarlarının qanunsuz təqibləri ilə cavab verib. 2008-ci il martın 1-də polis Azadlıq meydanına gəldi. Paşinyan iddia edir ki, onun əməkdaşları meydanda düşərgə salan nümayişçilərə hücum edib və onları şiddətlə döyüblər. 2009-cu il iyulun 3-də Paşinyan İrəvanın Kentron və Nork-Maraş Rayon Məhkəməsi qarşısına çıxıb və onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Avropa Məhkəməsinə müraciətində Nikol Paşinyan şikayət edir ki, konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onun həbsi qanunsuz olub. Paşinyan həmçinin iddia edir ki, o, dinc nümayişlər zamanı verdiyi çıxışlara və bəyanatlara görə mühakimə olunub. Bundan başqa, onun təqibi siyasi motivli olub və onun müxalifət fəaliyyətinin qarşısını almaq məqsədi daşıyıb.

Qeyd olunduğu kimi, məhkəmə iddiası hələ N.Paşinyan mətbuatda çalışdığı zaman qaldırılıb. Amma Paşinyan 2018-ci ilin mayından Ermənistana rəhbərlik edir və bu müddətdə onun iddiadan imtina üçün imkanları var idi. Maraqlıdır ki, baş nazir bu istiqamətdə təşəbbüs belə, göstərməyib və maraqlı bir presedentə imza atıb.

DİA.AZ-ın məlumatına görə, deputat Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Avropa Məhkəməsinə müraciəti və həbsinin qanunsuz olması məsələsinin məhz üstündən bir xeyli keçməsinə baxmayaraq, indi gündəmə gəlməsi və onun qələbəsinin indi açıqlanmsı maraq kəsb edir: “Məlumdur ki, Paşinyanın müraciətində Ermənistan dövləti əsas cavabdeh kimi göstərilsə də, əsas subyektlərindən biri məhz Sərkisyandır. Yəni 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçiriləndə müxalifətin əsas namizədi Levon Ter-Petrosyan idi və hakim partiyanı təmsil edən o vaxt baş nazir olan Serj Sərkisyan iddiaçılardan biri idi. O vaxt Nikol Paşinyan müxalif ”Haykakan Jamanak" qəzetinin baş redaktoru vəzifəsində işləyib və Levon Ter-Petrosyanın tərəfdarı və dəstəkçisi olub və Ter-Petrosyan tərəfdarlarını seçkidə baş verən pozuntulara etiraz etmək və mitinq etmək üçün çağırış edib, Paşinyan da orada iştirak edib və həbs olunub. Öz həbsinin qanunsuz olduğunu iddia edən Paşinyan Avropa Məhkəməsinə müraciət edib. Həmin vaxt Ermənistan prezidenti Robert Köçəryan idi. Yəni bu gün Paşinyan artıq Avropa Məhkəməsi vasitəsilə həm Köçəryanın, həm də Sərkisyanın qanunsuzluqlarını ortaya qoyur və bunu Avropa, yəni Qərb vasitəsilə edir". A.Nağıyevin sözlərinə görə, Qərb də bunu bilərəkdən edir və rusiyayönümlü Köçəryan və Sərkisyanın qanunsuz hərəkətlərini qabardır: “Paşinyanın özü də belə bir siyasi gediş edərək ”Qarabağ klanı"na qarşı siyasi hücum edir. Təbii ki, onun məqsədlərindən biri də qanunsuz həbsini leqallaşdırmaq və öz üzərindən sildirməkdir, paralel olaraq da “demokratiya” təzahürü kimi hakimiyyətini piar etməkdir. İnandırıcı deyil ki, bu, onun hakimiyyətdəki mövqeyinə təsir edə bilər, çünki yəqin ki, hətta təzminat belə alsa, onu elə bir yerə yönəldəcək ki, özünü sığortalasın". Azərbaycanın Ermənistanı beynəlxalq məhkəməyə vermək məsələsinə gəldikdə, deputat iki məsələ arasında paralellik aparılmasını düzgün saymır: “Bunlar müqayisəyə belə gəlməz. Bir var vətəndaş öz dövlətini məhkəməyə verir, digər məsələ isə ərazi bütövlüyümüzü pozmuş, təcavüzkar, təxribatçı, terroru özü üçün siyasət seçən bir dövlətin, Ermənistanın cavabdeh olmasıdır. Bunun nəticəsi daha ciddi olacaq”.

İstisna deyil ki, özünün baş nazirinə uduzmuş Ermənistan 30 illik işğal dövründə Azərbaycana vurduğu külli miqdarda zərərə görə cəzalandırılacaq. Paşinyanın Qarabağ klanının liderlərinə qalib gəlməsi dolayısı ilə işimizə yarayır. Çünki həm də Köçəryan-Sərkisyan cütlüyü törədilən cinayətlərə görə cavabdehlik daşıyır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru