Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                     "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm" .....                     Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir .....                     Sülh üçün SON GÜN... .....                     Müsavat Partiyası CNN-ə belə reaksiya verdi .....                     Zay məhsul satırlar, hələ üstəlik... .....                     Ermənistan AB-yə qoşulsa nələri itirəcək? .....                     Mustəriyə ancaq stress yaşatmağı bilirlər .....                     Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? .....                     Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? .....                     Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir .....                     “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                 

“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar” - deputat
Tarix: 12-01-2022, 10:09 | Çap et
“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”
Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan düzələnə oxşamır. Əgər əksi baş versəydi, kapitulyasiya aktını imzaladıqdan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr qurub ölkəsinin mövcudluğunu saxlamağa çalışan baş nazir növbəti dəfə sərsəm iddialarını dilə gətirməzdi.

Biz daha bir sərsəmləməni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan hadisələrinə həsr olunmuş onlayn sammitində müşahidə etdik. KTMT-yə sədrlik edən N.Paşinyan onlayn sammitdə növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “döyüşçülər”dən söz açan baş nazir iddia edib ki, bir il əvvəl Ermənistanın olduğu region “terrorçularla” üzləşib. “Bir müddət əvvəl, 2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı biz ekstremizmin və terrorizmin ən qəddar təzahürlərinin şahidi olduq. Beynəlxalq birliyin bəzi üzvlərinin ciddi səyləri qarşısında, xüsusən də Rusiyanın həlledici töhfəsi və Rusiyanın sülhməramlı missiyasının rolu sayəsində müharibəni dayandırmaq, gərginliyi azaltmaq və ölkədə sabitlik yaratmaq mümkün oldu” - Paşinyan iddia edib. Aydındır ki, Paşinyan bu yolla guya Azərbaycan tərəfində vuruşan “suriyalı yaraqlılar” haqqında köhnə və dəfələrlə təkzib edilən saxta iddiaları yada salıb. Düzdür, N.Paşinyana reaksiya verən olmayıb. Ən azı KTMT-yə üzv ölkələr Azərbaycanın rolunu və mövqeyini yaxşı dəyərləndirdikləri üçün Ermənistana görə ölkəmizlə hər hansı problemin yaşanmasını istəməzlər, bunu ötən illərin təcrübəsi də göstərib. 2016-cı ildən sonra İrəvan dəfələrlə KTMT-yə hərbi yardım üçün müraciət etsə də, üzv ölkələr bu müraciətə məhəl qoymayaraq, torpaqları işğal altında olan Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta bir sıra hallarda İrəvanda Azərbaycanın KTMT-nin üzvü olmadığı halda, bu qurumda artan nüfuzu geniş müzakirələrə səbəb oldu. Bu mənada N.Paşinyanın növbəti avantürası da “yel olub keçdi”.

Amma Paşinyanın ardınca Xankəndi separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində daha irəli gedərək iddia edib ki, KTMT Qazaxıstanda “pantürkizm”lə mübarizə aparır. Arutyunyan iddia edib ki, “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Göz qabağındadır ki, radikal pantürkist dairələr bu prosesdə fəal iştirak edir ki, bu da Ermənistanın və ”artsax"ın təhlükəsizliyinə çox ciddi təhlükə yarada bilər". Aydındır ki, həm Paşinyan, həm Arutyunyan yaranmış fürsətdən istifadə edib, Azərbaycanı hədəfə çıxarmağa çalışıblar. O cümlədən regionda Türkiyənin nüfuzunun artmasından öz qorxularını dilə gətiriblər. Ermənilər həvəsləniblər ki, artıq KTMT-ni “xarici ölkə təhlükəsi’’ bəhanəsi ilə Azərbaycanla və ya Türkiyə ilə münaqişəyə cəlb edə bilərlər. Bu ehtimalı bölüşmək olarmı?

DİA.AZ-ın məlumatına görə, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın KTMT-nın onlayn konfransındakı çıxışında Azərbaycanla bağlı işlətdiyi fikirlər əslində köhnə təbliğat istiqamətinin davamıdır: “Sadəcə, indi düşünüb ki, əvvəlki fürsət ələ düşüb, Qazaxıstana işğalçı qüvvələr daxil olub və bunu hansısa formada Azərbaycan üzərinə də yönləndirmək lazımdır. Amma bu, bir az qeyri-ciddi səslənir. Ona görə ki, KTMT-dəki dövlətlərlə Azərbaycanın ayrıca münasibətləri var və savaş dövründə də həmin dövlətlər əslində Azərbaycanın öz ərazisini işğaldan azad etməsini dəstəkləyiblər. Yəni burada hər hansı problem yoxdur. Digər tərəfdən, burada guya terrorçuların iştirakı və başqa məsələlərdən danışılması da heç bir real fakta dayanmadığına görə o vaxt da ciddi qarşılanmamışdı, indi də eyni qaydada məsələyə baxış olacaq. Sadəcə, ictimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”.

F.Mustafa əlavə etdi ki, eyni zamanda separatçıların başında duran Araik Arutyunyan da bu kimi məsələləri daha çox pantürkizm üzərinə yönəltməyə çalışır: “Bu, erməni-faşist cəlladı hələ də anlamır ki, pantürkizm deyilən ideya bütövlükdə hər hansı bir işğalçı, yaxud aqressiv, etnik təmizləmə xəttinə, kursuna dayanan ideya deyil. Bu, erməniçilikdən fərqli olaraq, əslində humanitar bir sağlam mühit yaratmaq üçün bu bölgələrdə sakit, dinc yolla yaşamağın təminatını nəzərdə tutan və sadəcə, ədəbiyyatda yer alan ideyadır. Hər hansı bir şəkildə belə bir siyasi model, ümumiyyətlə, gündəmdə yoxdur. Bu, sadəcə, düşmənlərin icad etdiyi bir modeldir. Çünki hər hansı bir şəkildə Türk Birliyi kimisə təhdid edən bir birlik kimi çıxış etmir, daha çox mədəni bir birlik kimi mövcuddur”. Deputat hesab edir ki, həm İrəvanda, həm Xankəndində olan erməni vəhşilərinin əsas məqsədi istiqaməti Azərbaycana doğru yönəltməkdir: “Amma bu, cılız bir xətt, cılız bir kursdur. Azərbaycan əslində Qarabağı terrorçulardan təmizlədiyiniə görə indi terrorçuların qalıqlarının belə sərsəm iddialarla çıxış etməsi anlaşılandır. Bütün hallarda Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmə kursunu davam etdirəcək və erməni seqmentinin burada yenidən baş qaldırmasına imkan verməyəcək. Biz bu məsələdə qərarlıyıq və qardaş Türkiyə ilə birlikdə bölgənin rifah içində, savaş olmadan mövcudluğunu təmin edəcəyik”.

Deputat Ceyhun Məmmədov bildirdi ki, KTMT-nin iclasında Paşinyanın sərsəm fikirlərindən Araikin iftira dolu yazısından sonra dərhal Ermənistan sərhəddə təxribat törədərək KMT-nin diqqətini yenidən bu məsələyə çəkmək istədi: “Halbuki Azərbaycan tərəfi atəşkəsi pozmamışdı. Bu, Ermənistanın növbəti şousu idi. Dərhal Ermənistan KİV-i və sosial şəbəkələri total hücuma keçdilər. Ermənistanın KTMT-ni münaqişəyə cəlbi cəhdi əbəsdir. Dəfələrlə KTMT bu məsələyə münasibət bildirib. Ermənistan tərəfi boş yerə həvəslənməsin”. C.Məmmədov qeyd etdi ki, Azərbaycan tərəfindən heç bir terrorçu döyüşməyib: “Əksinə, dünyanın müxtəlif bölgələrindən erməni terrorçularu Ermənistana axışaraq Azərbaycana qarşı vuruşdular. Azərbaycan tərəfdə dəqiq faktlar var Ermənistandan fərqli olaraq. Onların məhkəmələri də keçirilib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın birgəyaşayışla bağlı bütün cəhdlərinə baxmayaraq Ermənistan rəhbərliyi və KİV-i Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməyə davam edir. Ermənistan buna son qoymalıdır. Bu təbliğat və cəhdlər Ermənistan xalqına yalnız faciə və bədbəxtlik gətirəcək. Ermənistan rəhbərliyi və xalqı gələcəyə baxmağaı bacarmalıdır. Gələcəyə sağlam baxış reallıqla barışıb bölgəyə sülh gəlməsinə çalışmaqdır. Ermənistana bu barədə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”.

Yazı çapa hazırlanarkən Ermənistanın növbəti təxribatı barədə məlumat yayıldı. Belə ki, düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində şəhid verib. Əslində Paşinyanın davranışlarından sonra bu kimi cinayətlər gözlənilən idi. Belə aydın olur ki, Ermənistan növbəti dəfə “Dəmir yumruq”un zərbəsini dadmaq istəyir. Güman edirsə ki, onu KTMT xilas edəcək, yanılır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru