"Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                 

“Hakimiyyətdən real islahatlar tələb edirik” - AMİP-dən ÇAĞIRIŞ
Tarix: 30-12-2021, 09:46 | Çap et
“Hakimiyyətdən real islahatlar tələb edirik”
2022-ci ilə sayılı günlər qaldı. Bu ildə ölkə müxalifətinin hansı işlər görəcəyi, hansı planlarının olduğu barədə ən müxtəlif suallar dolaşmaqdadır.
Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı planlarını açıqladı: “Azərbaycanda və dünyada siyasi proseslər elə sürətlə gedir ki, indi oturub qarşıdakı 3-5 il üçün planlar qurmaq mümkün deyil. Siyasət operativləşib, çevik siyasət yürütməyin tərəfdarıyıq. Dəyişməz olaraq qalan partiyanın strukturlaşması, yeni üzvlərin cəlb olunması, rayon təşkilatlarının formalaşdırılması və gücləndirilməsidir. Beynəlxalq əlaqələrin qurulması istiqamətində də müəyyən addımlar atmağı düşünürük. Bilirsiniz ki, pandemiya bu istiqamətdə olan işlərimizi xeyli ləngidib. İndi pandemiya xeyli yumşalıb. Beynəlxalq əlaqələrin qurulması istiqamətində bəzi addımlar atacağıq. Parlamentdə boş qalan yerlərə keçiriləcək seçkilərdə bütün gücümüzlə iştirak edəcəyik.

Bu gün Azərbaycanda bu istiqamətdə əsas iş görəcək, fəal olacaq partiya elə məhz AĞ Partiyadır, istər elektoral, istərsə də struktur baxımından. Əgər bu məsələdə reytinq sorğusu aparılsaydı, ilk sırada biz olardıq. Bütün bunların hamısı seçki prosesində özünü göstərəcək. Aksiya, piket filan istənilən siyasi partiyanın gündəliyində olur. Zərurət yaranarsa, biz də bu hüququmuzdan istifadə edəcəyik. Yəni bu əvvəlcədən planlaşdırılmır. Əminəm ki, AĞ Partiya olaraq 2022-ci ilə girdiyimizdən həmin ildə ondan daha güclü çıxacağıq”.

ALDP rəhbəri Fuad Əliyev seçkilərdən danışdı: “Yeni ildə partiyanın fəaliyyətində yeniliklər olacaq. Qarabağ problemi, işğalda olan torpaqlarımız azad olduğuna görə biz daha çox təşkilati məsələlərə üstünlük verəcəyik. Partiyanın yerli təşkilatlarının fəaliyyətlərini gücləndirəcəyik. 2022-ci ildə partiyanın növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı yanvar ayından başlayaraq hazırlıq işlərinə start veriləcək. O ki qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərində iştrak edib-etməməyimizə, onu elan edən zaman qərar verəcəyik. Əslində biz seçkilərdə iştirakın tərəfdarıyiq. Elan olunsun, biz də onu dəyərləndirəcəyik”.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov hədəflərindən söz açdı: “Müxalifət olaraq hədəfimiz güclü, qüdrətli, demokratik, inkişaf etmiş, insanları firavan yaşayan, müstəqil məhkəmə-hüquq sistemi, müstəqil Parlamenti olan və bütün ərazisində hüquqi hakimiyyətini bərpa etmiş Azərbaycandır. Bütün bunlara nail olmaq hakimiyyətin atacağı addımlardan keçdiyi üçün bizim də fəaliyyətimizin əsasını sadalananlarla bağlı konkret addımlar atılması üçün hakimiyyətə təzyiq göstərmək təşkil edir. Başqa sözlə, biz hakimiyyətdən bu və ya digər sahədə real islahatlar tələb edirik və bununla bağlı qanunlarımızın imkan verdiyi istənilən təsir vasitəsindən istifadəni məqbul hesab edirik. Bura piket və ya mitinqlərin keçirilməsi də daxildir. Müxalifət olaraq hesab edirik ki, Azərbaycan nəhayət ki, Ermənistan hakimiyyətinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələdə vaxtı uzatmasına yönəlik addımlarına son qoymalı və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini möhkəmləndirmək üçün Ermənistanın qərarını gözləməməlidir. Eləcə də Laçın dəhlizində özünün hüquqi statusunu təmin etmək üçün mütləq şəkildə gömrük nəzarət sisteminin tətbiqinə başlamalı, insanlarımızın öz dədə-baba yurdlarına qayıdışını sürətləndirməlidir. İnsanımızın iqtisadi durumunu və sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmalı, bu və ya digər sahədə qiymət artımlarına son qoyulmalı və hakimiyyətin apardığı səhv siyasət nəticəsində hər gün daha da ağırlaşan həyat şəraitinin yaxşılaşdırılması təmin olunmalıdır. Müxalifət olaraq hesab edirik ki, qaldırılan problemlərin öz həllini tapması üçün müstəqil məhkəmə-hüquq sisteminin və müstəqil parlamentin olması ən vacib şərtdir və bu məqsədlə də hakimiyyətdən özündə proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılması və digər vacib məsələləri ehtiva edən konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsini tələb edirik. Başqa sözlə, hədəflərdən biri də konstitusiya dəyişikliyinə nail olmaqla yeni parlament seçkilərinin keçirilməsidir. Bunlara isə təkcə inanmaqla nail olmaq mümkün deyil. Müxalifət olaraq üzərimizə düşən vəzifə hakimiyyəti bununla bağlı addımlar atmağa məcbur etməkdən ibarət olmalıdır”.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli referendum ehtimalına toxundu: “Siyasi qüvvələrin, o cümlədən müxalifətin fəaliyyəti Azərbaycandakı ictimai-siyasi proses, xalqın sosial durumu və heç şübhəsiz Qarabağ ətrafında baş verənlərin nəticəsi ilə birbaşa bağlıdır. Fikrimcə, gələn il siyasi qüvvələrin əsas diqqəti Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olması və sosial problemlərin həllinə yönələcək. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu məsələləri dəfələrlə qaldırmışıq. Həm pandemiya şərtləri, həm də ölkəmizin geopolitik durumu kütləvi aksiyaların keçiriləcəyini real göstərmir. Buna görə siyasi və sosial tələblərin müxalifət tərəfindən ifadə formasının dəyişəcəyinə inanmıram. Amma bir daha təkrarlayıram ki, hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır. 2022-ci ildə referendum keçirilməsi ehtimaldır, amma parlamentdə boş qalan yerlərə seçkilərin keçiriməsi konstitusion şərtdir. Bütün hallarda VHP-nin Siyasi Şurası seçki şəraitində müvafiq qərarlar verəcək”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru