Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                 

“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik” - Deputat ANONS ETDİ
Tarix: 22-12-2021, 08:24 | Çap et
“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik”
Dekabrın 20-də Prezident təhsil sahəsini əhatə edən iki sərəncam imzaladı. Sərəncamlardan biri regional təhsil idarələrinin yaradılması, digəri isə bağçaların yerli icra strukturlarının tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsi ilə bağlı idi. DİA.AZ bildirir ki, AYNA bu yeniliklərin hansı zərurətdən irəli gəldiyini və hansı dəyişiklərə səbəb olacağını aydınlaşdırmağa çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, regional təhsil idarələrinin yaradılması həm də regional idarəetmə sisteminə keçidin siqnalı ola bilər: “Hər bir rayonda təhsil idarələrinin saxlanılması, onların maliyyələşdirilməsi yəqin ki, effektiv olmayıb. Eyni zamanda da regional idarəetmə prosesi daha da asanlaşdıracaq və koordinasiyanı gücləndirəcək. Təhsil Nazirliyi statistikanı, hesabatları, problemlərin həlli yollarını və s. ayrı-ayrı rayonlardan deyil, bir regional mərkəzdən alacaq. Bu, resurs, zaman, maliyyə, idarəetmə baxımından daha effektiv olacaq. Regional təhsil idarələrinin yenilənmiş fəaliyyət planları ilə tanış olmamışam, amma ümumilikdə demək mümkündür ki, bu addım daha effektiv idarəetmə üsuluna keçiddir”.

“Biz çox vaxt nümunə gətirirdik ki, Gürcüstandakı idarəetmə üsuluna – az işçi və çox işə keçək. Bu idarəetmə üsulu davam etsə, deməli, hökumət effektiv idarəetmə üsuluna keçib. Təhsil sahəsində bu, qaçılmaz idi. Elə bir sahədir ki, bütün həyatımıza təsir edir. Bu baxımdan yeni qərar regional idarəetmə problemlərinin bir az daha asan həll olunmasına səbəb olacaq. Burada söhbət koordinasiyadan gedir. Bu gün hansısa məsələ ilə bağlı müraciət etdiyimizdə, biri deyir: “mənim işim deyil, o etməlidir”, o biri deyir: “mənim işim deyil, başqası etməlidir”. Burada isə vahid koordinasiya olacaq ki, bu da işləri asanlaşdırıcaq”, - deyə həmsöhbətimiz bildirib.

Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi və bu istiqamətdə gözləntilərlə bağlı danışan Səfərovanın sözlərinə görə, bu cür dəyişikliklər dərhal nəticə verməyə də bilər: “Ümumiyyətlə, siyasi səviyyədə dəyişikliklər uzunmüddətli zaman üçün hesablanmış olur. Amma ümumilikdə bir təhsil müəssisəsinin Təhsil Nazirliyinin tabeliyində olması qədər təbii heç nə yoxdur. Bağçaları təhsil prosesinə qaytarırlar. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi standartlarını müəyyənləşdirən və təhsil siyasətini formalaşdıran qurumdur. Onlar yerli icra strukturlarına verildikdən sonra nə qədər neqativ hallar olduğunu gördük. Korrupsiya, uşaqların qida rasionu ilə bağlı narazılıqlar, metodistlərin təhsil idərələrini qəbul etməmələri ilə bağlı yüzlərlə faktlar var”.

“Bəli, uşaq bağçaları indiki uşaqların sayına cavab vermir. Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə o deməkdir ki, bu məsələnin doğru araşdırılmasına və standartlarının müəyyən edilməsinə kömək edəcək. Axı bağça uşağın yalnızca yemək yeyib yatdığı yer deyil. Uşaqlar bağçada təhsil prosesinə də cəlb olunurlar. Oradakı müəllimlərin bilik-bacarıqları, uşaqlarla davranışları, uşaqların qida rasionunun müəyyənləşməsi və s. məsələlər var. Buna görə təhsillə bağlı müəssisələr Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi labüd idi və yəqin ki, yaxın bir neçə il ərzində biz bunun müsbət tərəflərini görəcəyik”, - deyə sədr fikrini yekunlaşdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da o fikirdədir ki, regional idarəetməyə keçid mövcud vəziyyətin tələblərindən irəli gəlir və labüddür: “Bu gün istər idarəçilikdə, istərsə də təhsil sistemində gedən proseslər daha çevik, adekvat, operativ qərarların və idarəçiliyin həyata keçirilməsini tələb edir. Bu baxımdan hesab edirəm və ümumi prosesin təhlili də onu göstəririr ki, biz bölgələrdə təhsil sistemini idarə etmək üçün, ümumiyyətlə, digər strukturlarda da idarəetməni həyata keçirmək üçün regional idarəetməyə keçirik. Bir müddət əvvəl Mədəniyyət Nazirliyində də bu proses baş verdi”.

“İcra stuktukturları ilə bağlı da bu məsələlər müzakirəyə çıxarılmışdı. Təhsil sahəsində də bu məsələ bir neçə ildir müzakirə olunurdu. Regional idarələrin yaradılmasında əsas məqsəd və hədəf ondan ibarətdir ki, bölgələrdə, rayonlarda baş verən hadisələrlə, ümumiyyətlə, həllini gözləyən məsələlərlə bağlı daha adekvat, çevik qərarlar qəbul edilsin. Regional idarələrin konkret səlahiyyətləri var və müəyyən məsələlərlə bağlı özləri qərar qəbul edə, həyata keçirə bilərlər. Bu baxımdan hesab edirəm ki, regional idarələrin yaradılması idarəetmədə işin düzgün qurulmasından asılı olaraq çevik qərarların qəbul edilməsinə, operativ reaksiyaların verilməsinə öz ciddi töhfəsini verəcək”, - deyə deputat vurğulayıb.

O, hesab edir ki, regionların bölgüsü də düşünülmüş formada aparılıb: “Bu da imkan verəcək ki, təhsillə bağlı bölgələrdə, rayonlarda qarşımıza çıxan, həllini gözləyən məsələləri tez bir zamanda həll edə bilək”.

Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirən müsahibimiz bunun da düzgün yanaşma olduğunu düşünür və fikrini belə əsaslandırıb: “Bütün hallarda bağçada tərbiyə, təhsil, təlim məsələsi daha çox olduğuna görə, hesab edirəm ki, bağçaların idarəçiliyinin Təhsil Nazirliyində olması düzgün bir yanaşmadır. Bağçalarda söhbət yalnız inzibati idarəçilikdən getmir, həm də bağçalarda təlim-tərbiyə işinin təşkili məsələsi var. Metodoloji baxımdan, təlim-tərbiyənin təşkili baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha uyğundur”.

“Təhsil Nazirliyi indiki halda bağçalarla bağlı neqativ halların aradan qaldırılmasına nail ola biləcəkmi?” sualını cavablandıran Məmmədovun sözlərinə görə, bu iş çətin və məsuliyyətli olsa da, nazirlik vətəndaşların gözləntilərini doğrultmaq üçün çalışmalıdır: “Bir müddətdir ki, cənab Prezidentin sərəncamı ilə yeni nazir təyin olub. Səlahiyyət verilib, etimad göstərilib. Artıq dövlət tərəfindən də lazım olan bütün dəstəklər göstərilir. Hesab edirəm, burada artıq yük nazirliyin üzərinə düşür ki, nazirlik öz işini şəffaf, obyektiv, günümüzün tələblərinə uyğun qursun. Zaman-zaman problemlər bizə də gəlir, tərəfimizdən Milli Məclisdə qaldırılır. Təhsillə bağlı həllini gözləyən məsələlər var. Amma bütün hallarda onlar bir-birinə qarışdırılmamalıdır və nazirlik özü də çalışmalıdır ki, bu çətin, məsuliyyətli işin öhdəsindən gəlsin, vətəndaşların gözləntilərini doğrultsun. Bunun üçün də daha çox addım atılmasına, işlərin görülməsinə ehtiyac var”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru