“Beynəlxalq təşkilatların hər hansı adı verməsinə ehtiyac yoxdur, onsuz da ”İlin xalqı" adına layiqik" - deputat
Tarix: 2-12-2020, 10:03 | Çap et
 1988-ci ildə azərbaycanlılar “İlin xalqı” adlandırılmışdı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində xalq hərəkatı təşəkkül tapmışdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında uzunmüddətli mitinqlər başladıqdan sonra baş verənlər hamının yadındadır. Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.
“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılmışdı.
“Yeni Müsavat” bildirir ki, 32 il sonra biz yenə “İlin xalqı” adını qazanmağa layiqik. Bu dəfə Ordumuzla, güclü diplomatiyamızla və milli həmrəyliyimizlə tarix yazdıq. Xalq-dövlət-ordu birliyi 30 ilə yaxın davam edən işğala son qoydu. Ona görə “İlin xalqı” titulu niyə də azərbaycanlıların olmasın? Bu xalq qısa zamanda, həm də 30 ilə yaxın müddətdə həll olunmayan ərazi bütövlüyünü təmin etdi. Həm də hərb tarixində kitablara düşəcək qəhrəmanlıqlar göstərərək....
Üstəlik, bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda ədalətli müharibə edərək qalib gəldi. Əslində BMT azərbaycanlıları “İlin xalqı” elan etməlidir. Çünki onun qətnamələrini illərdir yerinə yetirməkdən imtina edən Ermənistanı Azərbaycan buna məcbur etdi. Bundan əlavə, xalq bu 44 gün ərzində orduya dəstəyini əsirgəmədi. Cəbhə bölgəsinə göndərilən yardımlar, edilən ianələr xalqın həmrəyliyindən xəbər verirdi.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, beynəlxalq təşkilatların azərbaycanlıları “İlin xalqı” adlandıracağı inandırıcı görünmür. Onun fikrincə, çətin ki, belə qərara gəlsinlər: “1988-ci ildə Azərbaycan xalqı imperiyaya etiraz edirdi. Düzdür, Qorbaçov vaxtı diktatura deyildi, müəyyən demokratik proses gedirdi. Amma azərbaycanlılar müstəqillik uğrunda mübarizə aparırdı və dünyanın hər yerində rəğbətlə qarşılanırdı. Bu gün də Azərbaycanın atdığı addımlar cəsarətli addımlardır. Bu addımlar bölgədə ümumi vəziyyəti, qüvvələrin nisbətini dəyişir. Lakin ortada müharibə faktoru var və ”İlin xalqı" adı veriləcəyinə real baxmıram. Sadəcə, 44 günlük mübarizə dünyada Azərbaycana münasibəti, bölgədəki millətlərə yanaşmanı dəyişdi".
S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan yeni savaş modeli ortaya qoydu: “Dinc insanlara toxunmadan, müasir silahlarla yeni müharibə strategiyası ortaya qoyuldu. Dekabrın 1-də Ordumuz Laçına daxil oldu və bütün sərhədlərimiz bərpa olundu. Bu, böyük nailiyyətdir. Ona görə bizi kim ”İlin xalqı" adlandırdı-adlandırmadı, əsas odur ki, öz gücümüzü, imkanlarımızı gördük. Bir millət kimi bir olanda, gücümüzü toplayanda nəyə nail oluruq, bax, onu göstərdik. O baxımdan beynəlxalq təşkilatların hər hansı adı verməsinə ehtiyac yoxdur, biz onsuz da “İlin xalqı” adına layiqik. Bundan sonra da biz özümüz üçün çalışmalıyıq".
Kinorejissor Ayaz Salayev də “Yeni Müsavat”a bildirdi ki, şəkk-şübhəsiz biz “İlin xalqı”yıq. Onun sözlərinə görə, tariximizdə yeni dövr başlayır: “Hər bir adam - ziyalı da, fəhlə də deyə bilər ki, bir xalq olaraq yenidən doğum tariximizdir. Çünki İkinci Dünya müharibəsində faşizmlə bütün mütərəqqi qüvvələr mübarizə aparırdı, indi isə faşizmlə biz təkbaşına döyüşmüşük. Bizdə terror təşkilatı, irqçilik, terrorçu heykəli, antisemitizm yoxdur, amma bunların hamısı Ermənistanda var. Ona görə biz təklikdə faşizmə qarşı döyüşmüşük. Şübhəsiz ki, faşizm üzərində qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin nəhəng siyasətini də qeyd etməliyik”.
A.Salayev hesab edir ki, indi özümüz olmalıyıq, özümüzə güvənməliyik və müharibəni udandan sonra üstümüzdə ağır bir məsuliyyət var: “Bu yük ondan ibarətdir ki, ölkədə xalqla dövlət rəhbərliyi arasında vəhdət var. Bu birliyi heç bir halda itirmək olmaz. Vaxtilə Meydan hərəkatında həmin o birlik hissləri yaranmışdı, elə o hisslər 1-ci Qarabağ döyüşlərində şəhidləri yaratdı. Biz o döyüşləri uduzmadıq, vəziyyətlə barışmadıq və bu gün istəyimizə nail olduq. İndi bu dəyəri, birliyi itirmək olmaz”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21 |
|
|
|
| • Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
| • “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17 |
|
|
|
| • "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14 |
|
|
|
| • ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59 |
|
|
|
| • Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49 |
|
|
|
| • Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
| • Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22 |
|
|
|
| • Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42 |
|
|
|
| • Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26 |
|
|
|
| • Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18 |
|
|
|
| • Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10 |
|
|
|
| • Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03 |
|
|
|
| • İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01 |
|
|
|
| • Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56 |
|
|
|
| • Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47 |
|
|
|
| • Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35 |
|
|
|
| • “Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33 |
|
|
|
| • Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28 |
|
|
|
| • Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26 |
|
|
|
| • "Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24 |
|
|
|
| • "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20 |
|
|
|
| • “Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58 |
|
|
|
| • “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56 |
|
|
|
| • YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49 |
|
|
|
| • “Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42 |
|
|
|
| • Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40 |
|
|
|
| • Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38 |
|
|
|
| • Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32 |
|
|
|
| • Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29 |
|
|
|
| • Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26 |
|
|
|
| • Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16 |
|
|
|
| • Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12 |
|
|
|
| • Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10 |
|
|
|
| • Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21 |
|
|
|
| • 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18 |
|
|
|
| • Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32 |
|
|
|
| • Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30 |
|
|
|
| • Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19 |
|
|
|
| • Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16 |
|
|
|
| • Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05 |
|
|
|
| • Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10 |
|
|
|
| • XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05 |
|
|
|
| • Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03 |
|
|
|
| • Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00 |
|
|
|
| • Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49 |
|
|
|
| • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44 |
|
|
|
| • Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40 |
|
|
|
| • Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34 |
|
|
|
|