İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                 

“O xarabalıqda konsert dünyanın ən möhtəşəm səhnəsi idi” - deputat
Tarix: 1-12-2020, 10:01 | Çap et
“O xarabalıqda konsert dünyanın ən möhtəşəm səhnəsi idi”
Ağdam öz sahibinə qayıtdı. Nəhayət, 27 illik həsrətə son qoyuldu və bu gün şəhər doğma insanlarını qarşılayır - qonaq yox, ev yiyəsi kimi...

Elə ötən həftə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bir qrup tanınmış insan, “Qarabağ” klubunun futbolçuları, xarici nümayəndələr Ağdama səfər edib, işğaldan sonra şəhərlə görüşüb, ermənilərin xarabalığa çevirdikləri əraziləri gəziblər.

“Yeni Müsavat” xatırladır ki, Ağdamda olarkən xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Elçin Qasımov və Elnur Əhmədovun müşayəti ilə “Qarabağ şikəstəsi” ifa edib.

Bu zaman ağdamlı deputat Aqil Abbas mahnının sədaları altında rəqs edib, duyğulu anlar yaşanıb. Sosial mediada videosu yayılan görüntülər maraqla qarşılanıb.

Hikmət Hacıyev deyib ki, Ağdamda ilk dəfə 1988-ci ildə valideynləri ilə birlikdə toyda olub. O bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:

“Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.

Ağdama səfərinin təəssüratlarını bizimlə bölüşən xalq artisti Mənsum İbrahimov isə “Yeni Müsavat”a bildirdi ki, hisslərini sözlə ifadə etmək çox çətindir.

Mənsum İbrahimov: ““Qarabağ şikəstəsi”ni oxuyanda həmişə içim qan ağlayırdı, öz torpağımızda oxuyanda üzüm gülürdü”

M.İbrahimov qeyd etdi ki, 27 il qoyub getdiyi möhtəşəm şəhərə girmək inanılmaz hadisə idi. Xalq artistinin sözlərinə görə, onlar Ağdamda xarabalıq, “ruhlar şəhəri” görüblər.

“Amma erməni vəhşiliklərini görməyimizlə yanaşı doğma torpağımızın işğaldan azad edilməsi sevincini hiss etdik. Mən söz vermişdim ki, Azan verəcəm.

Düzdür, din xadimi deyiləm, amma ilk dəfə Ağdam məscidində azan verdim, ilk “Qarabağ şikəstəsi” mənim ifamda səsləndi. Əlbəttə ki, çox xoşbəxt oldum, sevinc hissləri keçirdim.

Mən xarabalıq qarşısında ilk konsertimi verirdim. Sizə deyim ki, dünyanı gəzmişəm, amma o xarabalıq önündə konsert vermək dünyanın ən möhtəşəm səhnəsi idi. Çünki doğma torpağımda idim".

M.İbrahimov həmişə çal-çağırlı olan Ağdam kimi bir şəhərdə “Qarabağ şikəstəsi” səsləndirmək böyük xoşbəxtlikdir: “Erməni vandalları şəhəri dağıdıblar. Amma biz Ali Baş Komandanın rəhbərliyi altında, igid əsgərlərimizin əşəhidlərimizin sayəsində düşməndən torpağımızı azad edə bildik.

Ağdam torpağı öz sahibinə qayıtdı. Torpağın sahibi gəldi. Axır ki, haqq öz yerini tapdı. Mən inanıram ki, oranı yenə gözəlləşdirəcəyik, şöhrətini qaytaracağıq, muğam mərkəzləri, dram teatrlar, mədəniyyət evləri tikəcəyik. Buna gücümüz, məhəbbətimiz var.

Biz Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək xalq olaraq həmrəyliyimizi dünyaya göstərdik. Qarabağ torpağı qibləgaha çevrildi.

Çünki bütün bölgələrdən olan igidlərin qanı Qarabağda töküldü. Qarabağ Azərbaycanın Məkkəsinə çevrildi. İnanıram ki, bu birlik sayəsində Ağdam şəhərini də, digər azad edilən ərazilərimizi də bərpa edəcəyik".

M.İbrahimov söylədi ki, Ağdamda olarkən “İmarət”ə gediblər, Pənahəli xanın məqbərəsinə baş çəkiblər, Natəvanın dağıdılmış abidəsinin yerində olublar, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər:

“Mənə İsveçin nümayəndəsi dedi ki, həm oxuyurdun, həm üzün gülürdü. Dedim ki, ”Qarabağ şikəstəsi"ni oxuyanda həmişə içim qan ağlayırdı. İndi sahib olduğumuz torpaqda idim, ona görə oxuyanda həm də üzüm gülürdü".

Deputat Aqil Abbas “Yeni Müsavat”a Ağdama səfər təəssüratlarını bölüşərkən bildirdi ki, evlərin dağıdılması bizi üzməməlidir:

“Mən orada xarici nümayəndələrə də söylədim ki, əsas torpaqdır, torpağı aparmayıblar. Sonra evimizə, məktəbimizə getdim.

Hansı hisslər keçirdiyimi ifadə edə bilmərəm. Ağdama girəndə oğluma zəng elədim, ağladım. Həyətimizdə də yoldaşımı yığdım, onda ağladım. O torpaqda olmaq dəhşətli bir şey idi.

Amma hər şeyi dağıdıblar. Bu vəhşilər daş daşı üstə qoymayıblar. Bu nə milləti imiş?! Nəyin qisasını alırdılar?!"

A.Abbasın sözlərinə görə, Ağdamda üç şəhid məzarlığı var: “Onlardan birində oluq. Şəhid qəbirlərini qazıb çıxarıblar, sümükləri də yoxdur. Bu binamuslar nəyin intiqam alıblar, bilmirəm.

Sonra Pənahəli xanın qəbrini ziyarət etdim, məqbərəsində oldum. Amma Natəvanın qəbrini dağıdıblar. Ondan əlavə, “İmarət”ə getdik, simvolik olaraq 15 dəqiqə futbol oynadılar.

Sonra Mənsum İbrahimov oxudu, mən də rəqs elədim. “Qarabağ” komandasının oyunçuları da mənə qoşuldular, oynadıq.

O hissi təsəvvür etmək, bir sözlə demək mümkün deyil. Mən yazıçıyam, amma o mənzərəni təsvir etməyə hələ gücüm çatmaz. Bir onu deyə bilərəm ki, Allah Ali Baş Komandanı və Ordumuzu qorusun!

Çünki orada qurulan istehkamları keçib getmək üçün böyük itki verəcəkdik, sonra Ağdama girəcəkdik. Şükür ki, bir güllə atılmadan geri alındı".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru