İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                 

“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Tarix: 28-11-2020, 11:44 | Çap et
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var”
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev şəhid ailələri və qazilərin mənzil şəraiti, sosial müdafiəsi, II Qarabağ savaşının diplomatik mərhələsində qarşımızda duran dövlətlər, COVİD 19 bəlası ilə mübarizə və gündəmdəki digər məsələləri “Yeni Müsavat”a müsahibəsində şərh edib.

- Musa müəllim, əksər şəhid ailələri və qazilərimizin mənzil şəraiti, sosial durumu arzuolunmaz səviyyədədir. Onlar üçün dövlət səviyyəsində hansı təcili tədbirlər görmək mümkündür?

- İstər şəhid ailələrinin, istər Qarabağ qaziləsinin, Azərbaycanın ərazi bütövlüyü və dövlətin müdafiəsi uğrunda canını, sağlamlığını itirən şəxslərin müalicəsi, sosial müdafiəsi, təminatları dövlət başçısının nəzarəti altındadır. Cənab prezident həmişə bu insanlara qayğı göstərib və cəmiyyəti də o qayğıdan nümunə götürməyə dəvət edib. Bu günə qədər görülən işlər hər kəsə məlumdur. Mətbuatda da yazıldığı kimi hər il bir neçə dəfə bu kateqoriyadan olan insanlara mənzillər verilir. O məzillərin paylanmasında çox zaman cənab prezidenti və Mehriban xanım şəxsən iştirak edir. Ehtiyacı olan qazilərimizə avtomobillər də verilir. Demək olar ki, ehtiyacı olan qazilərimizin əksəriyyəti bu avtomobillərlə təmin edilib və qalanlarına da veriləcək. Eyni zamanda şəhid ailələri ilə bağlı da proqramlar həyata keçirilir, təqaüdlər, müavinətlər verilir, mənzillə təmin edilir. Şübhəsiz ki, bizim II Qarabağ müharibəsinin şəhid ailələri və qaziləri də dövlətin qayğısı ilə əhatə olunacaqlar. Dövlətin bu istiqamətdə böyük bir proqramı olacaq. Qazilərimizin tibbi reabilitasiyası aparılacaq, lazımi avadanlıqlara təmin olunacaqlar, protezlər veriləcək. Bu məsələ I vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir, ən müasir protezlərlə təmin olunacaqlar. Eyni zamanda onların mənzillə, pensiya və təqaüdlərlə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək. Ehtiyac olarsa, onlar xarici ölkələrdə müalicələrini davam etdirəcəklər.

Müharibə cəmi 15 gündür bitib, hər gün cənab prezident müxtəlif sərəncamlar verir, ötən gün Milli Məclis dövlət başçımızın təqdim etdiyi qanunlara artıq üçüncü oxunuşda baxdı. Bu qanunlarla vətən müharibəsində iştirak edən insanların təltif olunması üçün orden və medallar müəyyən olundu, şəhid adının əbədiləşdirilməsi üçün şəhid parkları yaradıla bilər. Bu insanların sosial müdafiəsi üçün yeni pensiya növləri təyin oluna bilər və ya pensiya və müavinətlərin məbləğinə baxıla bilər. Bunlar hamısı yaxın gələcəkdə olacaq. 15 gün ərazində bunları etmək mümkün deyil. Bu düşüncələr var, hökumət müvafiq proqramlar üzərində işləyir, yaxın günlərdə cəmiyyətə təqdim olunacaq. Dövlət büdcəsində də müəyyən dəqiqləşdirmələr aparılır, ona görə də, hələ Milli Məclisə təqdim olunmayıb. Burada həm işğaldan azad olunan torpaqlarımızın bərpası ilə bağlı xərclər, həm də şəhid ailələri və qazilərimizin sosial müdafiəsi ilə bağlı bəndlər müəyyən olunacaq. Büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra biz daha ətraflı və dəqiq danışa bilərik. Layihə olmadığından hansı istiqamətdə nə qədər vəsait ayrıldığını deyə bilmərəm, ancaq məlumatım var ki, sosial müdafiənin gücləndirilməsi istiqamətində dəyişikliklər olacaq.

- Cəmiyyətdə də şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə münasibət dəyişməkdədir. İctimai yardım kampaniyaları keçirildi, orduya yardımlar edildi. Bunu necə dəyərləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. 44 günlük müharibənin həm də milli birlik, vətənpərvərlik istiqamətində çox böyük əhəmiyyəti oldu. Biz bir daha xalqımızı tanıdıq və gördük ki, nə qədər vətənini sevən, insanpərvər, dövlətinə dəstək olan, ordusunu sevən xalqımız var. Hər kəs könüllü olaraq əlindən gələn yardımı etdi, kimsə maaşını orduya köçürdü, kimi biznesindən yardım etdi, kimi əlcək-papaq alıb orduya yolladı, böyük bir ictimai kampaniya çərçivəsində orduya humanitar yardımlar edildi. Bunların hamısı milli birliyimizin nümunələri idi , xalqımız yüksək vətənpərvərlik nümayiş etdirdi. Müharibə bitəndən sonra da əsgərə, qaziyə, şəhid ailəsinə yüksək səviyyədə münasibət, sevgi formaşalacaq və onlara müqəddəs insanlar kimi, cəmiyyətdə yüksək nüfuzu olan insanlar kimi baxılacaq. Real danışsaq, 1991-93-cü illərin qaziləri ilə indiki qazilər arasında dövlət bir fərq qoymasa belə, fərq qalibiyyət ruhundadır. O dövrdəki qazilərimiz özləri də hərbi məğlubiyyətdən dolayı mənəvi olaraq bir qədər sınmışdılar. Doğrudur, bu onların günahı deyildi, həmin dövrün yarıtmaz rəhbərliyinin günahı idi, orduya rəhbərlik edənlərin günahı idi. Ancaq stereotipi Heydər Əliyev qırdı, 1994-cü ilin avqustunda Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün fərman imzaladı. Şəhid ailələrinin müdafiəsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı Heydər Əliyevin fərmanı ilə qanun qəbul edildi. Ancaq yenə də içimizdə bir məğlub döyüşçü stereotipi var idi. Ancaq şəhid ailələrinin və qazilərin sosial təminatının gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu stereotipi bir qədər azaltdı. Ancaq indiki dövrdə bizim qazilərimiz, veteranlarımız qəhrəman kimi qayıdır və xalq tərəfindən qəhrəman kimi qarşılanır. Xalqın da, dövlətin də bundan sonra onlara münasibəti fərqli olacaq. Biz uşaqlarımızı və gənclərimizi də elə tərbiyə etməliyik ki, Ordu vətənin ən müqəddəs parçasıdır, cəmiyyətin ən müqəddəs hissəsidir. Vətənin və dövlətin keşiyində duran hər kəsə xüsusi hörmət və ehtiram göstərilməlidir. Bundan sonra da şəhid ailələrini, qazilərimizi başımızın üstündə saxlamağa borcluyuq.

- Azərbaycan müharibəni qələbə ilə başa vurdu, ancaq diplomatik sahədə çox böyük hücumlara məruz qalır. Diplomatik savaş necə qurulmalıdır, başda Fransa olmaqla ermənipərəst qüvvələrə qarşı?

- Biz döyüş meydanında qalibik, qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik, haqqı-ədaləti bərpa etdik. Ancaq şər qüvvələr yenə də öz pisliklərindən əl çəkmir. Diplomatik sahədə də, Azərbaycana qarşı namərd hücumlar var. Hesab edirəm ki, Azərbaycanın Ali Baş Komandanı, diplomatları, siyasətçiləri və bütövlükdə Azərbaycan xalqı diplomatik davadan da qalib ayrılacaq. Çünki haqq bizim tərəfimizdədir. Biz öz haqqımızı müdafiə edəcək qədər güclü dövlətik. Dünya Fransadan və ya 5-10 Avropa ölkəsindən ibarət deyil ki. Dekabrın 3-4-də BMT-nin COVİD-lə bağlı sessiyası çağırılır və Azərbaycan prezidenti orada məruzəçidir. Daha öncə də Azərbaycanın təşəbbüsü ilə bir sessiya çağırılmışdı. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu hərəkatının 130 üzvünün adından Azərbaycan prezidenti danışır, müraciət edir. Bizim beynəlxalq təşkilatlarda nüfuzumuz var, Avropa ilə, digər ölkələr ilə iqtisadi, ikitərəfli, mədəni münasibətlərimiz normaldır. Ola bilər ki, bu münaqişədə Fransa və bəzi dövlətlərin maraqları başqadır. Seçki ərəfəsində olan dövlətlər var ki, erməni lobbisinin dəstəyini əldə etmək üçün bu cür addımlar atırlar. Bu dövlətlər də öz cavablarını aldılar. Milli Məclis Fransa Senatının qərarına qarşı sərt bir bəyanat qəbul etdi, hökumətə öz tövsiyələrini verdi ki, bu istiqamətdə hökumət ciddi tədbirlər görməlidir. Fransa ilə diplomatik-siyasi, iqtisadi münasibətlərin səviyyəsinə baxmaq, bir də Minsk qrupunda Fransanın həmsədrliyi məsələsinə aydınlıq gətirmək. Bunlar hamısı Fransa dövlətinə də, ictimaiyyətinə, fransız diplomatlarına da ciddi bir mesajdır. Fransa səfirliyi qarşısında gənclərimiz etiraz aksiyası keçirdilər. Biz güclü və qalib dövlətik, qalib dövlətlə hər kəs hesablaşacaq. Fransanın hər hansı addımına lazımınca cavab veriləcək. Bizim çox yüksək peşəkarlığa malik prezidentimiz, Ali Baş Komandanımız var. 44 günlük müharibədə də gördük ki, o necə ustalıqla diplomatik mübarizə apardı, xarici jurnalistlərdən gələn düşmən mövqeli sualları neytrallaşdırdı. Cənab prezidentin rəhbərliyi ilə diplomatik sahədəki savaşdan da qələbə ilə çıxacağımıza inanıram. Biz Cənubi Qafqazı və bütövlükdə dünyanı erməni faşizmindən xilas edən dövlət kimi tarixə düşəcəyik.

- Bu savaş bir çox dövlətlərin Azərbaycana münasibətini dəyişdi. Müharibədə qazanılan uğurlardan sonra İran və Rusiya neytral mövqeyə keçdi. Sizcə, Rusiya artıq seçimini edibmi, yoxsa biz yenə ayıq-sayıq olmalıyıq?

- Siyasət mümkün olanı yerinə yetirmək sənətidir və biz bu gün siyasətimizə də günün reallığına uyğun qurmuşuq. Qonşu dövlətlərlə həmişə yaxşı münasibət ümummilli liderimizin tövsiyəsi idi və cənab prezident də münasibətləri maksimum yüksək səviyyədə qurur. Əgər bu yaxşı münasibət qarşılıqlı olarsa, davam edərsə nə yaxşı. Yox əgər hansısa dövlət öz maraqlarına uyğun fərqli hərəkət edərsə, o zaman biz də öz dövlət maraqlarımızı qoruyacağıq. Yadınızdadırsa, bir neçə il öncə ABŞ İrana qarşı sanksiya tətbiq edəndə, İranı təcrid edəndə, Azərbaycan prezidenti o sanksiyalara qoşulmadı və bildirdi ki, İran bizim qonşumuzdur. Bu gün də İran dövləti həmin münasibətə adekvat davrandı. Rusiya ilə də bizi tarixi qonşuluq münasibətləri bağlayır, iqtisadi əlaqələrimiz çoxdur. Rusiyada milyonlarla azərbaycanlı yaşayış, çalışır. Rusiya regionun ən güclü dövlətidir və biz hər zaman münasibətlərimizin isti olmasına çalışmalıyıq, həm də çalışmalıyıq ki, bu münasibətlər hər iki dövlətin maraqlarını təmin etmiş olsun. Əlbəttə, gələcəkdə biz qarşı bir mənfi münasibət olacaqsa, o zaman münasibətlərimizə yenidən baxa bilərik.

- Hazırda ölkəmizi təhdid edən daha bir düşmən COVİD 19 -dur. Yoluxma pik həddə çatıb, ölənlər artır. Ancaq dövlətin iqtisadi yükü o qədər çoxdur ki, indiki məqamda sərt karantinə keçmək də ağır qərar olar. Sizcə, nələr edilməlidir?

- Mən bu barədə təklifimi Milli Məclisdə də səsləndirdim. Doğrudur Operativ Qərargahda çox peşəkar insanlar var. Ancaq bir həkim və sosial sahədə çalışan mütəxəssis kimi görürəm ki, mütləq sərtləşdirməyə getməliyik. Rəqəmlər çox yüksəkdir, biz yaz aylarında gündəlik yoluxma sayı 500-600 olanda həyəcan keçirir və çox güclü tədbirlər görürdük. İndi də payız-qış mövsümü ilə bağlı yoluxma hallarının artması, həmçinin müharibədən dönən qazilərimizin, şəhid olan övladlarımızın qarşılanma mərasimlərində insan sıxlığının müşahidə olunması müəyyən artımlara səbəb olur və bu davam edəcək. Hesab edirəm ki, biz ən azı hər həftənin 4 gününü sərt karantinə keçməliyik. Lazım olarsa, SMS icazə sisteminə qayıtmalıyıq və çalışmalıyıq ki, küçədə, ictimai yerlərdə insanların sayı az olsun. Müəyyən şərtlər var, karatin müddətini də çox etmək olmaz, insanlar sosial -psixoloji gərginlik keçirirlər. Ancaq istənilən halda sərt tədbirlərə əl atmasaq, artıq bütün palatalar dolduğu kimi tibbi personalın çatışmazlığı da müşahidə olunacaq. Evlərdə müalicələrin də effektiv olduğunu demək olmaz, çünki insanların bir çoxu dərmanları tapa bilmirlər. Bu mənada çalışmalıyıq ki, yoluxma hallarının qarşısını alan tədbirlərə gedək. Nə qədər ki, peyvənd tapılmayıb və kütləvi peyvəndləşməyə gedilməyib, çalışmalıyıq ki, yoluxmanı karantin yolu ilə azaldaq. Bu sadəcə mənim fikrim deyil, tibb sahəsindəki hansı mütəxəssisdən soruşsanız sərtləşdirilmiş rejimin vacib olduğunu deyəcək. Rayonlararası əlaqələri bir qədər məhdudlaşdırmalıyıq, gediş-gəlişi azaltmalıyıq. Təkcə maarifləndirmə tədbirləri ilə nəticə almaq olmur. Hamı bilir ki, virus var, təhlükəlidir, ancaq heç də hamı adekvat davranmır. Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var. Hələ ki, ona qarşı ciddi bir silahımız yoxdur. ƏlimizdВ­В­ə müəyyən qədər imkanlar var, mübarizə aparırıq. Ancaq yoluxma hallarını azaltmaq üçün insan kontaktlarını azaltmalıyıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru