"Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi"
Tarix: 8-11-2019, 08:19 | Çap et
 Müsavat başqanı Arif Hacılı özünə nə az, nə də çox, 14 müşavir təyin edib. A.Hacılının sərəncamı bir çox məsələləri gündəmə gətirməklə yanaşı, müxtəlif müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu qərarı lağa qoyanlar da az deyil.
Belə ehtimallar var ki, Müsavatın son qurultayından sonra daxildə narazılıqlar yaranıb və başqan bunu önləmək üçün bir nəfəsə 14 müşavir təyin edib. Bununla bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu müşavirlərinin olmadığını söylədi: “Partiyanın nizamnaməsi ilə müavinlər idarə heyətinin üzvləridir. Partiyamızın nizamnaməsində müşavir nəzərdə tutulub. Müşavirlər əmrlə nəzərdə tutulur. Müsavatın əsasnaməsini bilmirəm. Bununla heç maraqlanmıram. Yəqin ki, nizamnaməyə əsasən Arif Hacılı müşavirlər təyin edib. Müavinlər onsuz da işlərini görürlər. Bu baxımdan müşavirə ehtiyacım yoxdur. Demokratiya tələb edir ki, idarəetmə aparatı yığcam, çevik olsun. Pillələr olmamalıdır. Nə qədər pillələr varsa, demokratiya bir o qədər zəif olur. Mümkün qədər idarə edənlə idarə olunan arasında təmas məsafəsi qısa olmalıdır. Mənim müavinim, müşavirim var, yaxud müşavirimin, müavinimin köməkçisi var. Nə mənası var? Tutaq ki, mənə çıxmaq üçün 20 mərhələ keçməlidir. Bu, demokratiyanın pozulması olmasa da, demokratiyaya xas olmayan bir məsələdir. İdarəetmə nə qədər çevik olsa, mərhələlər nə qədər qısa olsa, idarə edənlə idarəolunan arasında ünsiyyət imkanı o qədər geniş olar. Müsavatın nəyə görə belə etdiyini özləri yaxşı bilərlər. Uzun illərdir onlarla heç bir təmasım yoxdur. Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi. O zaman nizamnaməyə dəyişiklik etdik. Düzdür, sonradan müşavirlik institutu özünü doğrultmadı. Müşavirlər bir şəxsin göstərişləri ilə idarə olunurlar. Düşünürəm ki, siyasi partiyalarda müşavirlik institutuna ehtiyac yoxdur. Prezidentin belə müşaviri yoxdursa, o zaman siyasi partiya liderlərinin müşavirlərə nə ehtiyacı var?”
ADP sədri A.Hacılının hansı zərurətdən bu sayda özünə müşavir təyin etməsi barədə bəzi ehtimallarını səsləndirdi: “Nə qədər vəzifə varsa, bir o qədər iddialı insanları sakitləşdirmək asan olur. İddialı adamların sayı çox olanda adətən rəqabət kəskin olur. Rəqabətin aradan götürülməsinin bir yolu da imkanları genişləndirməkdir. Məsələn, müşavirlik institutu yaradırsan, 50 nəfəri müavin, Məclis üzvü olmaq yarışından çıxarırsan. Beləliklə də rəqabəti neytrallaşdırırsan. Düşünürəm ki, 14 müşavir müavin olmaq istəyi olan insanlar ola bilər. Görünür, orada rəhbərliyə düşmək istəyənlərin sayı çoxdur. Bunun başqa cür izahı yoxdur. Çünki düşünmürəm ki, Müsavat Partiyası hərtərəfli, geniş, böyük bir sosial bazaya malikdir. 14 müşavir təyinatını bununla əlaqələndirmək mümkün deyil. Olan rəqabəti azaltmaq üçün bu sayda müşavirlərin təyin olunması versiyasi daha güclüdür. Bu da narazılığı aradan qaldırmağın bir metodudur”.
S.Cəlaloğlu Müsavat başqanının özünü güclü göstərmək, digər partiyalara mesaj vermək üçün də özünə 14 müşavir təyin etdiyi barədə ehtimallara toxundu: “Kiminsə özünü böyük hesab etməsi normaldır. Amma kiməsə mesaj ünvanlamağın heç bir mənası yoxdur. Hər kəs fəaliyyəti ilə tanınır. Elə partiya ola bilər ki, 3-4 nəfərdən ibarət olsun. Eləcə də bunun əksi ola bilər. Məsələn, Kommunist Partiyası 9 nəfərlə təsis olunmuşdu və sonradan üzvlərinin sayı 17 milyona çatmışdı. Müsavat Partiyasının özünün əsasını 3 nəfər qoyub. Yəni insanların sayı ilə görülən işlər arasında əlaqə yoxdur. Fəaliyyət düzgün qurulacaqsa, bunu az adamla da qurmaq olar. Bu günləri Tramp dünyanı idarə edir. Onun müşavirlərinin sayı Arif Hacılının müşavirlərinin sayından azdır. Görünür, Müsavatda narazılar var. Onların partiyadan gedişlərinin qarşısını almaq, rəhbərlikdə təmsil olunmaq istəklərinə mane olmamaq üçün Arif bəy bu addımı ata bilər. 14 müşavirə partiyada ehtiyac yoxdur. Çünki partiyanın heç 14 funksiyası yoxdur. Bu baxımdan o müşavirlərin çoxunun heç fəaliyyət sahəsi olmayacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27 |
|
|
|
| • Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24 |
|
|
|
| • “PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19 |
|
|
|
| • Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12 |
|
|
|
| • ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07 |
|
|
|
| • İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02 |
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19 |
|
|
|
|