Müxalifət funksionerləri hesab edirlər ki, gənclərin önə çəkilməsi vacibdir, amma...
Tarix: 5-11-2019, 09:17 | Çap et
 Son aylar prezident İlham Əliyev ictimaiyyət tərəfindən də uğurlu hesab edilən kadr siyasəti həyata keçirir. Prezident əsasən dövlət idərəçiliyində xaricdə təhsil almış, yüksək intellektli gənclərə üstünlük verir. Dövlət idarəçiliyində uzun zamandır təmsil edilən və artıq kifayət qədər yaşları olan kadrlar isə istefa ərizəsi yazaraq, təqaüdə çıxırlar.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu, müstəqil ekspertlər və ümumən ictimaiyyət tərəfindən yüksək addımlar kimi xarakterizə edilir. Bəs Azərbaycan müxalifətində durum necədir? Müxalifət funksionerləri gəncləşirmi?
Uzun illərdir ki, Azərbaycanın müxalifət partiyalarında demək olar ki, sədrlər və onların müavinləri dəyişmirlər. Müxalifət partiyalarının funksionerlərinə nəzər salsaq, onların əksəriyyətinin orta və yaşlı nəslin nümayəndəsi olduğunu görərik. Lakin partiya funksionerləri ilə söhbətimizdə onlar görünənin əksini söylədilər.
Belə ki, KXCP sədrinin müavini Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, gənclərin təcrübəsindən istifadə etmək vacibdir: “Müxalifətdə mütləq gəncləşmə vacibdir. Çünki gənclər yeni düşüncə deməkdir. Ancaq Azərbaycan hakimiyyətinin siyasi partiyalara olan təzyiqi ölkədə siyasəti bir qədər arxa plana keçirdiyi üçün Azərbaycanın müxalifət təşkilatlarında da gəncləşmə işi çox güclü getmir. Ancaq şəxsən mən gənclərə böyük üstünlük vermişəm. Gənclərlə işləməyi də çox sevirəm. İstərdim ki, Azərbaycanın siyasi müxalifətində gənclərin rolu daha da artsın və gənclərə meydan verilsin. Çünki Azərbaycanın gələcəyi gənclərdən ibarətdir”.
AG Partiyanın sədri Tural Abbaslı düşünür ki, gənclik və qocalıq məsələsini bioloji yaşla bağlamağın tərəfdarı deyil: “Məncə, bu, daha çox düşüncə tərzi, həyata baxış və yaxud da müasir dünyanın çağırışlarını qəbul edib-etməmək məsələsi ilə bağlıdır. Yəni burada başların içərisindəki yenilik və köhnəlikdən söhbət gedə bilər. Odur ki, hakimiyyətin bu istiqamətdə atdığı addımların nəticəsini hələ gözləmək lazımdır. Təbii ki, müxalifətdə də gəncləşdirmə mütləqdir. Bu məsələdə hələ meydan həyatından bəri siyasi arenada olan bəzi müxalif liderlər də hansısa töhfələr verməlidirlər. Təəssüf ki, hələ belə bir addım atmırlar. Çünki düşünürlər ki, onlar hələ də özlərinin siyasi bacarıqlarını tam şəkildə ortaya qoya bilməyiblər. O baxımdan yeni kadrların ortaya çıxmasında maraqlı deyillər. Onlar bu prosesə nəinki dəstək vermirlər, hətta baxırsan ki, bəziləri altdan-altdan öz təşkilatçılıq qabiliyyətinə görə önə çıxan gənc siyasi müxalifətçiləri bu və ya digər formada gözdən salmaq, qeyri-ciddi duruma gətirmək, ləkələmək xətti də tuturlar. Gənclər özləri də çalışmalı, cığır açmalı, önə çıxmalıdırlar. Təəssüf ki, müxalifət o qədər cəlbedici deyil. Hakimiyyətdə gənc kadrların olması təbiidir. Çünki orada vəzifə, üstünlüklər var və buna görə də gənclər maraqlıdır. Müxalifətdə isə işdən qovulmalar, təhsildən kənarlaşdırılma, həbs edilmələr olur. Belə bir mühitə isə axın edən gənclərin sayı azdır. Ona görə də müxalifət bu məsələdə yubanır. Bizim partiyanın 80 faizdən çoxu gənclərdən ibarətdir və düşünürəm ki, partiya olaraq bu boşluğu doldurmağa çalışacağıq”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, partiya olaraq biz də zamanın tələbindən geri qalmırıq: "Təhsilli gənclərə, savadlı kadrlara ehtiyac böyükdür. Biz də gələcəyin iqtidar partiyası olmağı qarşımıza məqsəd kimi qoymuşuq. Ona görə də bu kimi məqamlara da üstünlük veririk. Lakin düşünürəm ki, sistem düzgün qurularsa, idarəçilik də normal olar. Ona görə də biz gəncləşmə siyasətini aparmaqla yanaşı, sistemə də diqqət edirik. Təbii ki, 70-dən çox yaşı olan şəxslər öz işini yüksək səviyyədə yerinə yetirə bilməz. Gənclərin Azərbaycanın idarə edilməsində inkişafı maksimum təmin olunmalıdır. Dövlət quruculuğunda nə qədər çox gənc iştirak edərsə, bu, gələcəyimiz üçün də yaxşı olar. Bunun üçün dediyimiz sistemi də düzgün qurmaq gərəkdir".
ADP sədrinin müavini Həsrət Rüstəmov hesab edir ki, gəncləşdirmə ideyalarla bağlıdır: “Müxalifətin ideyaları onsuz da hər zaman gənc ideya olub. Yəni demokratiya ən sonuncu ideyadır. Biz də hər zaman demokratiyanın tərəfində olmuşuq. Partiyamızın idarə heyətində isə yaşlı nəsil çox azdır. Əsasən gənclər üstünlük təşkil edir. Bütün bunları nəzərə alarsaq deyə bilərəm ki, bizim gəncləşdirməyə xüsusi bir ehtiyacımız yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27 |
|
|
|
| • Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24 |
|
|
|
| • “PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19 |
|
|
|
| • Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12 |
|
|
|
| • ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07 |
|
|
|
| • İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02 |
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19 |
|
|
|
|