Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                 

Əli Kərimli mitinq keçirməkdən niyə imtina etdi? - REAL-çı baxışı
Tarix: 28-09-2019, 08:42 | Çap et
Əli Kərimli mitinq keçirməkdən niyə imtina etdi?
AXCP sədri Əli Kərimli günlərdir ki, anonsunu verdiyi, çağırışlar etdiyi mitinqi keçirməkdən imtina edib. Belə ki, sentybarın 26-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verib.

Məlumatda bildirilir ki, Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Milli Şura isə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib. AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirməyəcəklər: “Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik”.

BŞİH-in qərarında qeyd olunub ki, mitinq təşkilatçılarının təklif etdiyi “Nəriman Nərimanov” metro stansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil: “Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində mitinqə icazə anlayışı qanunda yoxdur: “Azərbaycan Konstitusiyasına görə, insanların sərbəst toplaşmaq hüququ tamamilə təmin olunmalıdır. İnsanlar asayişi pozmadan, şəhərin daxilindəki nəqliyyat axınına mane olmadan, dinc şəkildə öz etirazlarını istənilən yerdə bildirə bilərlər. Bizdə ”mitinqə icazə" ifadəsi yayılıb. Əslində bu, konstitusiyada yoxdur. Qanunda “razılaşdırma” ifadəsi var. Yəni mitinq müvafiq icra strukturu ilə razılaşdırılmış şəkildə keçirilməlidir. Söhbət icazədən getmir. Bir çox ölkələrdə bu, online qaydada baş verir. Yəni şəhərin bəlli yerlərində mitinqlərin, nümayişlərin keçirilməsi ilə bağlı yerlər ayrılır. Siyasi, ictimai təşkilatlar online qaydada sayta daxil olub, yeri, günü, saatı seçirlər. Bu zaman bildiriş gəlir ki, sizin təhlükəsizliklə bağlı məsələni dövlət orqanları öz üzərinə götürür və ərazidə mitinq keçirə bilərsiniz. Bizdə yer və sayla bağlı uzun illərdir ki, ciddi müzakirələr gedir".

Cəfərli dedi ki, kütləvi aksiyalarda əsas müzakirə edilən məsələ yer deyil, mövzu olmalıdır: “Mövzunun özü önəmli olmalıdır ki, insanları cəlb etsin. İnsanları maraqlandıran, onların tələblərinə cavab verən mövzu olarsa, nə yerin, nə də saatın, nə də sayın əhəmiyyəti yoxdur. Azərbaycanın tamamında və Bakı şəhərində uzun illərdir etiraz aksiyaları, mitinqlər ancaq say və yer üzərindən müzakirə edilib. Həm iqtidar, həm də ənənəvi müxalifət nümayəndələri ancaq yer və sayla bağlı müzakirə edirlər. Mövzu isə təəssüf ki, heç zaman ciddi müzakirə obyektinə çevrilməyib. Ona görə də ilkin olaraq bu məsələlər meydana çıxan kimi həm iqtidar, həm də ənənəvi müxalifət tərəfindən eyni reaksiyanın şahidi oluruq. Yer və sayla bağlı hər zaman diskussiya açılır. Əslində isə ölkə üçün yararlı olan mövzu ilə bağlı diskussiyadır. Belə çıxır ki, insanları maraqlandıran mövzular açılmalıdır ki, yer və say məsələsi ikinci plana keçsin. İnsanlar həmin mövzulara uyğun olaraq dinc şəkildə etirazlarını bildirmək üçün yerindən asılı olmayaraq, siyasi partiyaların çağırışına reaksiya versinlər. Belə olmursa, deməli, Azərbaycanda etiraz mədəniyyəti hələ də Avropa standartlarına uyğun şəkildə formalaşmayıb”.

Son zamanlar belə fikirlər də var ki, mitinqlərin zamanı keçib və təkrar şüarlarla toplanmağın adı yoxdur. Bu məsələyə Natiq Cəfərli də münasibət bildirdi: “Sərbəst toplaşmaq hüququ vacibdir. Gələn il Azərbaycanda seçkilər gözlənilir. Bəs seçki prosesini mitinqsiz, yürüşsüz, kütləvi aksiyasız necə təsəvvür etmək olar? Dünyanın hər yerində belədir. Sadəcə, orada da mövzu daha önəmlidir. Seçki, təbliğat, insanlara toxunan mövzular daha çox önəmlidir ki, həm hakimiyyətə, həm də cəmiyyətə mesaj olur. Bizdə isə cəmiyyətə mesaj hissəsi, ümumiyyətlə, müzakirə olunmur. Sanki hökumət və ənənəvi müxalifətin mitinq üzərindən başqa diskussiyası yaranır. Əslində isə həm müxalifətin, həm də hakimiyyətin mesajlarının son ünvanı cəmiyyət, xalqdır. Yəni burada mesajlar daha çox önəmlidir. Mən də razıyam ki, mitinqlərdə səsləndirilən bəzi şüarlar köhnəlib. Məsələn, ”Azadlıq" şüarını səsləndirirlər. Ancaq bu şüar 1980-ci illərin sonunda Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən şüar idi. İndi isə müstəqil dövlətik və ölkənin daxilində də kifayət qədər problemlər var. Bunu ya iqtidar həll etməli, ya da normal seçkilər vasitəsilə problemlərin həllini öz üzərinə götürən siyasi qüvvələr xalqı inandırıb, səs qazanıb, məsələni həll etməlidirlər. Əsas məsələ budur. Ona görə də mitinq və aksiyaların köhnəlməsi ilə bağlı fikirlərə qatılmıram. Əvvəla bu, konstitusion hüquqdur, ikincisi də seçki dönəmində çox effektivdir. Mitinq artıq məlumatlandırma deyil, mövzulara diqqət istiqamətində olmalıdır. Bu yöndən yanaşsaq, mitinqlər hələ də aktuallığını saxlayır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Bu gün, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru