“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Burada söhbət hökumətlə əməkdaşlıqdan getmir ki...” - deputat
Tarix: 31-07-2019, 09:18 | Çap et
“Burada söhbət hökumətlə əməkdaşlıqdan getmir ki...”
Sabiq baş nazir və millət vəkili, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və bir neçə digər partiya rəhbərinin parlamentdə təmsil olunan Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının sədrləri ilə görüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bu müzakirələr zamanı P.Hüseynin hətta müxalifətçilər tərəfindən tənqid olunması, bəzi hallarda kəskin ifadələrin işlədilməsi deputat Fazil Mustafanın sərt etirazına səbəb olub. F.Mustafa facebook şəbəkəsindəki şəxsi profilində yazıb: “Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək”.

Daha sonra F.Mustafa bildirib ki, bütün mədəni siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul edib və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayiəti ilə maraqlı müzakirə aparılıb: “Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq. Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi. Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı. Yəni bura qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu? O oldu ki, Azərbaycanda cəhalətın, nadanlığın, danabaşlığın yalnız dini sferada baş alıb getmədiyi, həm də siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyasət bilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdülər Pənah bəyin üzərinə ki, bəs sən niyə Milli Məclisdə təmsil olunan mənimlə və Qüdrət bəylə görüşmüsən? Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış!”

BQB başqanı ardınca yazıb: “Başqa xalqlar deyirlər ki, siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən çıxış yolları axtarsınlar, bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu müzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz istər iqtidarda, istər müxalifətdə, istər də siyasətdən uzaq fəaliyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəslə müzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birlikdə necə hərəkət edə bilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdən bunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurma arzularımız gerçəkləşməyə bilər”.

F.Mustafa ad çəkməsə də onları hədəfə alanlara xitab edib: “Düzsünüzsə, dürüstsünüzsə, yalandan müxalifətçi donuna girib başınızı illər boyu boşuna girələməyin, iqtidarlı-müxalifətli Azərbaycana bağlı insanlarla dialoqdan imtina etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyə qarşı vətəndaş fəallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasında barışmazlıq baryerlərini aradan qaldırmağa çalışanlara heç olmazsa mane olmayın. Milli Məclisdə təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərəm ki, bütün platformalarda yalnız öz mövqeyimi - doğruluğuna əmin olduğum, milli maraqlarımız üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox məlhəm ola biləcək mövqeyi sərgiləyirəm. Ağıllı insanlara bunun əlavə şifrəsini açmağa gərək varmı?”

Bəs AXP rəhbəri Pənah Hüseyn sosial şəbəkədə tənqid olunmasını necə qarşılayıb?

Pənah bəyin açıqlamasından bəlli oldu ki, o, belə məsələlərə çox da önəm vermir. “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu prosesin davam etdirilməsinin tərəfdarıdır: “İşçi qrupu səviyyəsində müəyyən təmaslar var. Hər şey normal getsə, sentyabrın ilk yarısında yəqin ki, bir nəticə olar”.

P.Hüseyn də F.Mustafanın fikirlərini təsdiqləyərək dedi ki, hər hansı qurumun, blokun yaradılmasından söhbət getmir: “Bu, sadəcə, fikir mübadiləsidir, mövqelərin müəyyənləşməsidir ki, görək bu barədə üst-üstə düşən məqamlar varmı? Sadəcə, təmaslardır. Eyni zamanda hesab edirəm ki, müəyyən nəticələr də var. Bu müzakirələrin istər tənqid, istərsə təqdir olunmasının özü də bunu deməyə imkan verir”.

AXP rəhbəri onu sosial şəbəkədə tənqid edənlərdən xəbərsiz olduğunu vurğuladı: “Sözün doğrusu, mənə tanıdığım, bildiyim siyasətçi, yaxud şərhçi, ya da bu istiqamətdə yazan hansısa jurnalistin yazısı tanış deyil. Facebook səhifəsində insanlar öz fikrini ifadə edir, bu da onların hüququdur, əgər ədəb-ərkan çərçivəsindədirsə... Məncə, insanlara öz fikrini ifadə etmələrini qadağan etmək düzgün deyil. Məsələyə münasibət bildirib-bildirməmək də konkret halda mənim öz hüququmdur. Hər halda, mən Fazil bəyin paylaşdığı yazı ilə bağlı da öz mövqeyimi ifadə etmişəm”.

Keçirilən görüşlərin məqsəd-məqamına gəldikdə, P.Hüseyn qeyd etdi ki, burada seçkidə iştirak edib-etməmək müzakirə mövzusu deyil: “Ümumiyyətlə, ölkədə daha ciddi dəyişikliklərə tələbat var. Mən hesab edirəm əlbəttə ki, gözlənilən seçkilər - təbii ki, ilk növbədə parlament seçkilərindən söhbət gedir - məsələlərdən biri ola bilər. Amma bu, o demək deyil ki, hər şey 2020-ci ildə, yaxud ondan qabaq keçiriləcək seçkiyə hesablanmalıdır. Təxminən sentyabr ayından etibarən seçki bloku şəklində təşkilatlanma barədə bizim partiyanın qərarını reallaşdırmağa çalışacağıq. Amma bu, hələ seçkilərdə iştirak etmək deyil”.

Amma AXP sədri əlavə etdi ki, görüşdüyü partiyaların sədrləri ilə birmənalı şəkildə hansısa bir blok, ittifaq yaradılması barədə müzakirə aparmır. “Qeyri-rəsmi razılıq var ki, sentyabrın birinci yarısında toplanaq”, – P.Hüseyn növbəti görüşlərin anonsunu bu şəkildə verdi.

BQB başqanı, deputat Fazil Mustafa da “Yeni Müsavat”a dedi ki, görüşlərin davamı olacaq: “Biz vaxtilə hökumətə islahat sənədi təqdim etmişdik. İndi onun üzərində də iş gedir. Görüşdə də bildirdik ki, siz bu işlərin lehinə sənəd hazırlayırsınızsa, biz də qol çəkəcəyik. İslahatlar lazımdır. Daha bundan artıq nə dəstək verək? Vaxtilə BMM-də bir tədbir də oldu. İndi də təqribən həmin formatın davamı kimi keçirilən görüşlərdir. Ümumi şəkildə deyirik ki, islahatlar üçün nə etmək lazımdır, hansı addımları atmaq lazımdır?”

F.Mustafa bu müzakirələrə qıcıqlı münasibət bəsləyənlərə də cavab verdi: “Biri ilə danışma, digəri ilə müzakirə aparma, bəs onda kimlə danışaq? Bu məsələləri Məclisdə kim qaldıracaq?”

Deputat hesab edir ki, bu müzakirələr YAP-ın iştirakı ilə də davam etdirilə bilər: “Əgər YAP razı olmasa belə, biz hamımız tərəfdarıq ki, Müsavat və digər partiyalar da müzakirələrə qoşulsun. Burada söhbət hökumətlə əməkdaşlıqdan getmir ki. Söhbət islahatlardan gedir. Yəni necə edək ki, Azərbaycanda sadalanan islahatlar həyata keçsin, vəssalam”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru