Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                 

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər” - deputat
Tarix: 16-07-2019, 08:43 | Çap et
“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin şahmat həvəskarı olduğunu lap çoxdan eşitmişdim. Onu da bilirdim ki, imkan tapan kimi həmkarı Fazil Mustafa ilə “şahmat dueli"nə çıxırlar, aralarında çox gərgin mübarizə gedir. Milli Məclis tətilə gedən ərəfədə eşitdiklərimi Qüdrət bəyə deyərək, elə şahmat taxtası arxasında aktual məsələlərlə bağlı söhbət etmək niyyətimi çatdırdım. Sağ olsun, etiraz etmədi, ofisə dəvət etdi. Şahmat taxtası arxasında reallaşan, yaz və növbədənkənar sessiyanı, parlament seçkilərini və digər məsələləri əhatə edən söhbətimizi təqdim edirik:

- Qüdrət bəy, necə şahmatçısınız? Özünüzü güclülərdən hesab edirsiniz?

- Asudə vaxtlarımızda adətən Fazil bəylə şahmat oynayırıq, çay içirik. Fazil bəy yaxşı şahmatçıdır. Düzdür, hərçənd o, zarafatla deyir ki, Qüdrət bəy yaxşı oynayır, mən əla oynayıram. (Gülür) Amma son vaxtlar nəsə bir az zəifləyib. Hər halda, şahmat çox maraqlı oyundur. Gənclərə də tövsiyə edirəm ki, bu oyunu öyrənsinlər və boş vaxtlarında şahmat oynasınlar.

- Həmkarlarınızdan daha kimlər şahmat həvəskarıdır?

- Belələri var. Keçmiş həmkarımız Rövşən müəllim (Rzayev-E.P.) yaxşı şahmat oynayır, “Qaçqınkom”un indiki sədri. Bir vaxtlar Milli Məclis Aparatında çalışan Lətif Hüseynov da yaxşı şahmat oynayırdı. Fəzail Ağamalı da, Zahid Oruc da şahmat oynaya bilir. Amma sözün doğrusu, mən vaxtım olanda Fazil bəylə oynayıram.

- Bir ara parlamentin futbol komandası çox populyar idi, siz də oynayırdınız. Amma futboldan şahmata keçid elədiniz. Səbəb nə oldu?

- Bəli, bir müddət oynadıq. O zaman həmin komandada mən, Siyavuş Novruzov, Adil Əliyev, Fazil bəyin özü var idi. Amma artıq yaş öz işini görür. Həm də qayğılar artır, vaxt ayırmağa imkan da olmur. Ona görə də son vaxtlar mən futbol oynamıram. Amma Fazil bəy davam edir.

- Hətta çimərlik futbolunu oynayır, bu, daha çətindir...

- Hə, davam edir. Həmişə deyirəm ki, elə eləmə, Allah uzaq eləsin, bir gün zəng gəlsin ki, Fazil bəy stadionda yıxılıb qalıb və sənin dalınca gələk stadiona. (Gülür) Deyirəm artıq dayanmağın vaxtıdır. Təsəvvür edirəm ki, 55 yaş nədir. Vaxtilə məşhur pedaqoq Uşinski deyirdi ki, böyük iradə o demək deyil ki, nəyisə arzulayıb ona nail olasan, böyük iradə ən böyük istəyin qarşısını almaqdır. Yəni sən futbol oynamağı çox istəyirsən, amma ağıl deyir ki, yaş öz işini görür və sən dayanmalısan. Yəni sən istəyinin qarşısını ala bilməsən, ondan əziyyət çəkə bilərsən. Amma Fazil bəy özünü saxlaya bilmir, davam edir, öz sağlamlığına və fiziki imkanlarına güvənir, təki olsun. Amma ehtiyatlı olmaq lazımdır. (Gülür)

- Qüdrət bəy, elə oyunumuz davam edərkən Milli Məclisin yaz və növbədənkənar sessiyasının yekunlarından danışaq, icazənizlə. Spiker sessiyaların yekunundan çox razı qaldı, parlament müxalifətinin nümayəndəsi nə fikirdədir?

- Biz hesab edirik ki, parlament ölkədə dövlət quruculuğu prosesinə, ölkəmizin qarşısında duran problemlərin həllinə daha çox töhfə verə bilər. Çox təəssüf ki, bizim parlament daha çox qanunvericilik fəaliyyəti ilə məşğul olur. Amma parlament təkcə qanunvericilik fəaliyyəti ilə məşğul olmamalıdır. Ölkəmizi narahat edən bu və ya digər məsələlər mütəmadi şəkildə parlamentdə müzakirə olunmalıdır. Bəzən biz hansısa yüksək çinli məmurlarla, bu və ya digər nazirliyin tərkibindəki qanunsuzluqlarla bağlı, yaxud ümumiyyətlə, sosial problemlərlə əlaqədar çox müxtəlif qanun pozuntuları barədə eşidirik. Amma bu məsələlər parlamentdə müzakirəyə çıxarılmır. Sanki parlamentin buna aidiyyəti yoxdur və bu, icra hakimiyyətinin məşğul olmalı olduğu məsələdir. Məsələn, iki devalvasiya oldu, parlamentdə bir dəfə müzakirə oldumu ki, bunlar niyə baş verdi və nə etmək lazımdır ki, növbəti dəfə bu kimi hallar baş verməsin? Yaxud vaxtilə MTN-də baş verən hadisələr, sahibkarların təqib olunması, onlardan qanunsuz olaraq vəsait tələb olunması və s. Və ya Beynəlxalq Bankla bağlı məsələ. 10 milyard dollardan artıq vəsait oğurlandı, bizim pulla 17 milyard manat edir. Bu qədər vəsait vəsaitin oğurlanmasını parlament müzakirəyə çıxartdımı? Müvafiq vəzifəli şəxslər dəvət olundumu ki, parlamentə gəlin, hesabat verin, görək bunlar niyə baş verib? Ona görə də çox təəssüf ki, parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olur. Parlamentin vəzifəsi ancaq bundan ibarət deyil. O baxımdan, əlbəttə, mən ümumən parlamentin fəaliyyətindən narazıyam.

- Bəs təqdir etdiyiniz nələrsə varmı?

- Parlamentin beynəlxalq təşkilatlardakı fəaliyyəti var. Doğrudan da bizim millət vəkilləri çox fədakarcasına çalışırlar, istəyirlər ölkəmizin imicinin yaxşılaşdırılması, ölkəmizin maraqlarının qorunması üçün həmin təşkilatlarda nələrsə eləsinlər, yəni bunları qiymətləndirmək lazımdır. Sonra deputatlar tərəfindən büdcə müzakirəsi, hökumətin hesabatı zamanı yerlərdəki problemlər qabardılır, deyilir, bunlar da müsbət hallardır. Amma yuxarıda qeyd etdiyim məsələlər və parlament idarəetməsində müxalifətin iştirak etməməsi, müxalifət fraksiyasının olmaması və bunun nəticəsi olaraq alternativ məruzələrlə müxalifətin çıxış etmək imkanının olmaması – bütün bunlar, əlbəttə, parlamentin üzərinə kölgə salır. Həm də parlament aktiv olacağı təqdirdə icra hakimiyyətinə yönələcək bir çox tənqidləri öz üzərinə götürəcək, hakimiyyətin bir qanadı kimi. Ölkədəki bütün proseslərə görə təkcə icra hakimiyyəti məsuliyyət daşımır ki. Hakimiyyətdən söhbət gedirsə, hakimiyyətin üç qanadı var, icra hakimiyyəti onlardan biridir. Məhkəmə hakimiyyəti də məsuliyyət daşıyır, qanunverici orqan da. Məhkəmə və qanunverici hakimiyyət icra hakimiyyəti ilə ciddi şəkildə həm səlahiyyətləri bölüşməlidir, həm də məsuliyyətin üçdə ikisini öz üzərinə götürməlidir. Bizim cəmiyyətdə, açıq deyək, hamı hər şeyi yalnız icra hakimiyyətində görür, bu da doğru deyil.

- 2020-ci il parlament seçkiləri ilidir. Təbii ki, qalan müddətdə əgər növbədənkənar seçki elan olunmazsa...

- YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir.

- Bu addımın atılması real görünür?

- Bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz. Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir.

- Sizin vaxtilə proporsional seçki sistemini bərpa etməklə bağlı təklifləriniz olmuşdu. Siyasi islahatların tərkib hissəsi olaraq bu təklifə baxıla bilərmi?

- Proporsional seçki sistemi referendumla yeni konstitusiya qəbul etməklə, yaxud mövcud konstitusiyanı dəyişməklə bərpa oluna bilər. Mən çox istərdim ki, belə olsun. Proporsional seçki sisteminin bərpası ölkədə çoxpartiyalı sistemin inkişafına böyük təkan vermiş olacaq. Həm də parlamentdə fraksiyaların yaranmasını şərtləndirəcək. Məsələn, biz birbaşa konstitusiyada yaza bilərik ki, parlamentdə ən azı 3 partiya təmsil olunmalıdır və topladığı səsdən asılı olmayaraq, müxalifət partiyalarının təmsilçiliyi 30 faizdən aşağı olmamalıdır. Bizim ölkəmizin bir çox problemləri müxalifətin zəifliyindən qaynaqlanır. Beynəlxalq Bankda, MTN-də baş vermiş cinayətlər həm də ölkədə güclü müxalifətin olmamasının göstəricisidir. Ona görə də ölkədə hökumətin fəaliyyətinə nəzarət etmək gücündə olan müxalifət olmalıdır. Ölkədə bu missiyanı ləyaqətlə yerinə yetirmək gücündə olan konstruktiv, sağlam müxalif qüvvələr var. Sadəcə olaraq, islahatlar nəticəsində onların önü açılmalıdır ki, parlamentdə təmsil oluna bilsinlər və həm də parlamentin imici dəyişsin. Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Hətta müxalifət komitə sədrlərinin müavini səviyyəsində belə, hər hansı vəzifədə təmsil olunmur. Bizdə nəinki parlamentdə özünü müxalifət elan etmiş partiyalar, hətta iqtidarı birmənalı şəkildə dəstəkləyən və özünün iqtidaryönümlü partiya olduğunu deyən partiya sədrlərini də komitə sədrinin müavini qoymurlar. Ya bitərəf olmalıdır, ya da YAP üzvü, başqa partiya olmaz. Halbuki vitse-spikerlərdən də biri müxalifətdən olmalıdır, komitə sədrləri də müxalifət partiyaları ilə bölünməlidir. Ən azı bəzi şeyləri Rusiyadan öyrənməliyik. Milli Məclisin Daxili Nizamnaməsində qeyd olunub ki, Milli Məclisin idarə olunması çoxpartiyalılıq prinsipinə əsaslanır. Həmin qanunu prezident də imzalayıb. Amma çoxpartiyalılıq prinsipi harada özünü göstərir? Heç yerdə. Düşünürəm ki, islahatlar bu sahələri əhatə edə bilər.

- Qüdrət bəy, sizin Pənah Hüseyn və digər bir neçə partiyanın sədri ilə görüşünüz oldu. Bu görüşlərdə həm də müxalifətin seçkidə birgə iştirak məsələsi müzakirə edildimi?

- Yox, orada seçkidən, seçkidə birgə iştirakdan söhbət getmirdi. Söhbət islahatların dərinləşdirilməsinə töhfə verməkdən gedirdi. Yəni partiyalar toplaşıb hökuməti bir daha çağırırdı ki, islahatlar genişləndirilsin və islahatlara gedilən zaman hansı prinsipial məsələlər həllini tapmalıdır. Müzakirə üçün ilkin sənəd də təklif olunmuşdu. Sonradan işçi qrup yaradılmalı, o sənəd üzərində işlənilməliydi, amma tədbirin təşkilatçıları olan üç partiyaya sistemdən kənar destruktiv və radikal qüvvələrin hücumu bu işi dayandırdı.

- Yəni artıq BAXCP ilə bu təşkilatların əməkdaşlığına nöqtə qoyuldu?

- Məncə, nöqtə qoyuldu. Şantajdan qorxdular. Bu cür siyasi iradə sahibi olanlarla əməkdaşlıqdan da müsbət nəsə gözləməyə dəyməz. Azərbaycanın siyasi sistemindəki nöqsanları, çatışmazlıqları, qüsurları biz hamımız görürük və bu vəziyyəti dəyişmək üçün iqtidarla və gənclərlə çox işləməliyik. Yalnız iqtidarın xoş niyyəti hazırkı məqamda müsbət dəyişikliklərə yol aça bilər.

Söhbətimizin bu məqamında rəqibim “Yox, yaxşı oynayırsınız” deyərək, xoş sözlərini əsirgəmir. Amma məncə, suallarımla Qüdrət bəyin fikrini yayındıra bildiyim üçün, ya da ki, qonağa ehtiram əlaməti olaraq qələbəni əldən verdi. Hərçənd bu qeydimizlə də razılaşmadı: “Yox, Fazil bəydən əla oynayırsınız, qələbə münasibətilə təbrik edirəm”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Bu gün, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Bu gün, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Bu gün, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Bu gün, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru