Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                 

“Səhvlərini etiraf edib əfv diləmək heç vaxt gec deyil” - deputat
Tarix: 21-05-2019, 09:28 | Çap et
“Səhvlərini etiraf edib əfv diləmək heç vaxt gec deyil”
“Təsdiqini tapmış faktdır ki, söyüş və həqarət aciz, mənən zəif və ruhən əzik insanların işidir. Öz mənəvi gücünə və potensialına arxayın olanlar kimisə söyməyə, təhqir etməyə qətiyyən ehtiyac duymurlar. Xaricdə məskunlaşıb ara-sıra antiazərbaycan qüvvələrdən aldıqları qrantların “havasına oynayan” orduxanlar son günlərdə yenidən ortalığa düşərək özlərini bir daha Azərbaycan xalqının gözündən saldıqlarının fərqindədirlərmi əcəba?”.


Modern.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov söyləyib.


Deputat Orduxan kimilərin “müxalifətçiliyi”ni təkcə hakimiyyətə qarşı deyil, birbaşa dövlətçiliyə, Vətənə və xalqa yönəlmiş söyüş və həqarət ritorikası üzərində bərqərar olan “dəyərsizliklər” səfsəfəsi kimi səciyyələndirib:

“Azərbaycan Prezidenti də eynilə bayraq, himn, gerb kimi dövlətçilik atributlarından biridir. Deməli, Prezidentə, onun aləsinə qarşı yönələn hər hansı formada uyğunsuz kəlmə də birbaşa dövlətçiliyimizə sayğısızlıqdır.

Xalqın hafizəsi daş yaddaşı kimidir və minlərlə şəhid övladı bahasına qurduğu bu dövlətə və dövlətçiliyə qarşı yönələn heç bir sayğısızlığı unutmaz və bağışlamaz. Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni uğurlarını görməməzlikdən gəlib yalanları və həqarətləri ilə öz əqidəsini alver predmetinə çevirənlər ən azından tarixin yaddaşından və xalqın qəzəbindən çəkinməlidir!

Orduxan kimilər elementar insanlıq tərbiyəsindən uzaq addımları ilə xalqın nifrətini qazanırlar. Bunlar hələ ki, havasına oynadıqları “xəyanət melodiyasının” təsiri altında dünyada ən böyük itkilərdən birinin xalqın gözündən düşmək olduğunu dərk etmirlər. Bu böyük millətin yazıçısı kimi özümə borc bilirəm ki, həmin mühacirlərə xatırladım: Nə qədər gec deyil, mənsub olduğunuz xalqın mental dəyərlərinə, minillərdən bəri formalaşmış ənənələrinə və yazılmamış kişilik, mərdlik qanunlarına göz yummayın. Xalqın həmin ali mental dəyərlər sistemində kişi kişinin şəxsiyyətinə və ailəsinə söyüş və təhqirlə xitab etmir, həssas nöqtələrini hədəfə almır. Kişi ya kişi kimi mübarizə aparmaq yolunu seçər, ya da gücü, potensialı yoxdursa, məğlub olduğunu mərd-mərdanə etiraf edib meydanı tərk edər. Orduxan kimilərin onsuz da Azərbaycanın siyasət meydanında yeri yoxdur, onlar siyasət səhnəsindən çoxdan silinib gediblər. Elə isə söyərkən necə göründüklərini bilmək üçün vicdan güzgülərində özlərinə baxmağı unutmasınlar. Haqsızların digərinə yönələn həqarəti əslində öz əzik daxili aləmlərinə olan söyüşüdür...”.


Hüseynbala Mirələmov həmin mühacirlərin bir gün mütləq məhz “arxa” bildikləri ünvanlardan zərbələr alacaqlarını bildirib:

“Tarixdə satqınlıqla bağlı çoxlu faktlar var. İstifadə müddəti bitən hər şeyi bir gün kənara atırlar... Nə qədər ki, çox gec deyil, onların bunu unutmamasında fayda var.

Digər tərəfdən bir məsələni də xatırlatmaq istərdim ki, bir gün hansısa şəkildə hər kəs doğulduğu torpağa qayıdır. İnsan ruhu elə əsrarəngiz varlıqdır ki, mütləq son günlərində də olsa, genetik şəkildə aid olduğu torpağa dönməyi düşünür. Hətta dönüklərin ruhu da... Elə isə Orduxan kimilər bu Vətənin dövlət və dövlətçilik üçün durmadan çalışan qeyrətli övladları haqqında işlətdiyi hər kəlməni ölçüb-biçərək elə yaşamalıdırlar ki, bir gün bu müqəddəs torpaq bağrında onlara beş qarış yer verib heç olmasa, nəşlərini qəbul etsin. Bu gün nə istədiklərini bilmədən xarici ölkələrdə veyillənib öz mövcudiyyətlərinə dəyər verməyənlər barı, nə zamansa doğma torpağa tapşırılacaq bir qarış məzarını axtaran ruhlarına dəyər versinlər, onun perik düşməsinə səbəb olmasınlar.

Səhvlərini və yanlışlarını etiraf edərək doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi hörmətli Əli Əhmədovun bu günlərdə səsləndirdiyi “Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk. Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim uca tutsunlar, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsinlər” kimi qiymətli fikirləri də demokratik və bəşəri dəyərlərləri həmişə yüksəkdə tutan Azərbaycan hakimiyyətinin siyasi tövbə qapılarının doğru yola gələn hər kəsin üzünə açıq olduğunun sübutudur.

Müstəqil və suveren Azərbaycanın milli dövlətçilik maraqları hər şeyin fövqündədir. Bu maraqları qorumaq isə harada yaşamasından, hansı dinə, əqidəyə və dəyərlər sisteminə mənsub olmasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Bu borcu unudanlar isə gec-tez tarixin zibilliyində itib-batacaqlar...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru