“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                 

Seçki yoxdur, müxalifət isə parlamentə gedir - RƏYLƏR
Tarix: 15-05-2019, 08:38 | Çap et
Seçki yoxdur, müxalifət isə parlamentə gedir
Azərbaycanda parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı gedən müzakirələr səngimək bilmir. Seçkilərin qanuni vaxtı gələn ilin noyabrında olsa da, erkən seçkilərin olacağı barədə fikirlər dolaşır. Hətta hakimiyyətin bu il belə Milli Məclisi buraxıb, növbədənkənar seçkilərə gedəcəyi bildirilir.

Ölkə müxalifətinin seçkilərdə iştirak edib-etməməklə bağlı ikili mövqeyi var. Bir qisim hesab edir ki, indiki seçki mühiti çərçivəsində seçkilərdə iştirak mənasızdır. Digər bir qisim isə təbliğat baxımından seçkilərdə iştirakın tərəfdarıdır. Birincilər ikinciləri seçkilərdə iştirak mövqelərinə görə sərt şəkildə qınayır, ittiham edirlər.

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli bildirdi ki, hər bir siyasi partiyanın işi, vəzifəsi seçkilərdə iştirak etməkdir: “Bir siyasi qüvvə, təfəkkür seçkilərdə iştirak etmirsə, mahiyyətini, ciddiliyini itirir. Ciddiliyini o vaxt qoruyub saxlaya bilər ki, seçkilərdə iştirak etməsə də, boykot taktikasını da real etiraz formasında aparıb, heç olmasa minimum məqsədlərinə nail ola bilsinlər. Yox, bunu da edə bilmirlərsə, onda boykotun heç bir mənası yoxdur. 26 il müxalifətdə qalan qüvvələr anlayırlar ki, nə seçkilərdə iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklər, nə də real boykot etirazları etmək gücləri yoxdur, ona görə də özləri üçün indiki məqamda ən rahat yol seçiblər. AĞ Partiya yeni qurulmasına rəğmən bu qısa müddətdə olan seçkilərdə iştirak edib. Ötən il keçirilən növbədənkənar prezident seçkilərində namizədimizlə iştirak etdik. Vaxtında lazım olan 40 mindən çox imzanı toplaya bildik. Təəssüf ki, namizədimiz subyektiv səbəbdən MSK tərəfindən qeydə alınmadı.

O vaxt da boykotçular üstümüzə gəldi, bizə olmazın ittihamlarını söylədilər. Baxmayaraq ki, partiyaları və liderləri dəfələrlə prezident və parlament seçkilərində iştirak ediblər, 10 il ərzində deputat mandatı alıb parlamentdə oturublar. Eyni düşərgədə olduğumuz bir hissənin bütün təzyiqlərinə rəğmən AĞ Partiya növbədənkənar prezident seçkilərində iştirak etdi. Azərbaycanda heç bir siyasi qüvvə təzyiq vasitəsilə AĞ Partiya və onun liderini nəyəsə məcbur edə bilməz. Əgər növbədənkənar parlament seçkiləri keçiriləcəksə, AĞ Partiya heç şübhəsiz ki, bu seçkilərdə iştirak edib çalışacaq ki, nəticə qazansın. Partiya olaraq biz hər seçkini ən azı təcrübə baxımından bir fürsət kimi dəyərləndiririk. Seçkilər ölkəmizin demokratikləşməsi, siyasi mübarizənin sivil olması üçün bir fürsətdir. Ümid edirəm ki, iqtidar da, müxalifət də bu fürsəti lazımi dərəcədə dəyərləndirəcək. Sonda udan sivilləşən, demokratikləşən Azərbaycan olacaq”.

Xəzər Teyyublu: “Milli Məclisə seçki keçirmək ehtimalı azdır”

KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu yekun qərar vermədiklərini söylədi: “Düşünmürəm ki, bu il vaxtından əvvəl parlament seçkiləri keçirilsin. Bələdiyyə seçkilərinin bu ilin sonunda olacağını nəzərə alsaq, Milli Məclisə seçki keçirmək ehtimalı azdır. Ölkədə seçki komissiyalarında ciddi uyğunsuzluqlar var. Həm məntəqələrdə, Dəm dairələrdə, həm də MSK-da müxalifətdən komissiya üzvləri olmadığından partiyaların seçkiyə getməsi çətinləşir. Seçki islahatları və seçkiöncəsi mühit dəyişməz olaraq qalmaqda davam edir. KXCP-nin seçki ilə bağlı mövqeyi zamanı çatanda ali orqanlar tərəfindən müzakirə ediləcək və o müzakirələrdən sonra tam mövqe bilinəcək”.

Tamilla Qulami: “Siyasi partiyaları seçkidə iştirak etməyə çağırırıq”

Ümid Partiyasının sədr müavini Tamilla Qulami: “Biz hər zaman bütün seçkilərdə iştirak etməyin tərəfdarı olmuşuq. Və cəmiyyəti də, bütün siyasi partiyaları da seçkidə iştirak etməyə çağırırıq. Seçkilər partiyaların hakimiyyətə gəlməsi üçün tək yoldur. Hər hansı bir seçkini boykot edən zaman hakimiyyətə gedən yol da uzanır. Biz Ümid Partiyası olaraq, indiyədək bir seçkidə - 11 aprel 2018-ci il prezident seçkilərində iştirak etməmişik. Səbəbi isə partiyanın prezident seçkilərində namizədi ilə iştirakının partiyanın nizamnaməsinə uyğun olaraq, qurultayın səlahiyyətində olduğu və partiyanın növbəti qurultayının 2019-cu il may ayının 28-də keçirilməsi nəzərdə tutulduğundan, hüquqi baxımdan növbədənkənar qurultayın keçirilməsinin zaman etibarı ilə də qeyri-mümkün olduğu idi. Partiyaların bələdiyyə, parlament, prezident seçkilərində iştirakı həm də cəmiyyətdə seçki vərdişinin formalaşmasına gətirib çıxarır. Müxalifətin üzərinə düşən ən böyük vəzifələrdən biri hakimiyyətə gəlməkdir, müxalifətdə qalmaq deyil. Ona görə də əlaqələndirilmiş, sistemli şəkildə demokratik seçki keçirilməsi uğrunda birgə mübarizə aparmaq lazımdır. Qərb dairələri də, beynəlxalq dairələr də boykotu deyil, seçkidə iştirakı dəstəkləyir. Demokratik seçkinin formalaşdırılması tək partiyanın görəcəyi iş deyil. Demokratikləşmə üçün, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratikləşmə yolunda işlər görməliyik”.

Əli Orucov: “Əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik”

AMİP katibi Ali Orucov boykot taktikasını doğru saymır: “İqtidar istəyir ki, cəmiyyət seçki prosesindən kənarda qalsın ki, total saxtalaşdırmanı və idarə olunan seçkiləri həyata keçirə bilsin. Boykot taktikası bu baxımdan səmərə vermir. Müxalifət Azərbaycanda çoxkeçidlidir. Milli Şura, AXH, yaxud da hansısa bir siyasi partiyanın seçkiləri boykot etməsi legitimliyə xələl gətirmir. Beynəlxalq qurumlar da pozuntuları sadalamaqla kifayətlənərək seçkilərin legitimliyini tanıyırlar. Fikrimcə, müxalif düşərgə beynəlxalq mütərəqqi cəmiyyətin dəstəyini almaqla iqtidarı ölkədə heç olmasa minimal demokratik seçki mühitinə məcbur etməyə nail olmalıdır. İndidən gücümüzü və səylərimizi bu istiqamətdə cəmləyə bilsək, müsbət də nəticələr əldə edə bilərik. Onsuz da iqtidar istəsə də, istəməsə də köklü islahatlara getmək məcburiyyətindədir. Müxalifət olaraq biz də bu islahatların tez başladılmasına və nəticəli olmasına töhfəmizi verməliyik. Parlament seçkilərində iştirakla bağlı son və həlledici sözü AMİP-in seçkili qurumları verəcək. O vaxtadək əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik. Konstitusiyanın və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, əlverişli seçki mühitinin yaradılmasına çalışmalıyıq və bu yöndə əməkdaşlığa, müzakirələrə də hazırıq”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov seçkilərdə iştirakın verdiyi töhfələrdən söz açdı: “Parlament seçkiləri ən geci gələn ilin payızında keçirilməlidir. Hətta erkən keçirilməsə belə seçki hazırlıqları və müzakirələri üçün olduqca az vaxt qalır. Ölkəmizdə seçki mühiti hamıya bəllidir. Bu barədə uzun- uzadı danışmağın mənası yoxdur. Seçki mühitini iqtidar dəyişməyəcək, zatən bunu özü yaradıb və bu cür davam etməsini özünün maraqlarına uyğun hesab edir. Təbii ki, bu cür şəraitdə seçkilərdə iştirak müxalifətdə olan siyasi qruplara böyük nəticələr vəd etmir. Amma seçkidə iştirak etməmək daha pis variantdır. Bu, tamamilə meydanı iqtidara buraxmaq və siyasi prosesdən özünü təcrid etmək deməkdir. İndiyədək təcrübədən dəfələrlə nəticə çıxarmışıq ki, hətta saxtalaşdırılması şübhə doğurmayan seçkidə belə iştirak etmək kənarda qalmaqdan daha yaxşıdır. Bu zaman heç olmasa seçkinin verdiyi imkandan istifadə edib, xalqı məlumatlandırmaq mümkün olur. Yaxın tarixdən bir misal çəkim. Son prezident seçkilərində Sərdar Cəlaloğlunun təkbaşına apardığı teleçıxışlar xalqın siyasi cəhətdən məlumatlanmasında müstəsna rol oynadı. Ona görə də seçkidə iştirakın tərəfdarıyam və bütün müxalif siyasətçiləri seçkidə iştirak etməyə çağırıram”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru