Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                 

ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür - versiyalar
Tarix: 24-04-2019, 08:28 | Çap et
ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür
ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başladıqdan indiyə qədər prezident İlham Əliyev və hakimiyyətin müxtəlif qollarının təmsilçiləri ilə görüşlər keçirib. Görüşlər hələ də davam edir. Səfir artıq hətta AZAL prezidenti, univeristet rektorları ilə belə görüşür. Lakin müxalifət partiyalarının sədrləri ilə görüşməyib.

Əvvəllər ABŞ səfirləri fəaliyyətə başladıqdan az sonra müxalifət liderləri ilə görüşürdü. Bu dəfə belə bir görüşün olmaması maraq doğurur. Görəsən, müxalifət düşərgəsindəki xoşagəlməz durumun ABŞ səfirinin mövqeyinə təsiri mümkünmü? Eyni zamanda hazırda ABŞ-Azərbaycan münasibətlərinin normal olmasının, Vaşinqtonun bu münasibətləri korlamaq istəməməsinin səfirin müxalifətlə görüşməməsində təsiri ola bilərmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirinin proqramında müxalifət liderləri ilə görüşə yer verilməməsi müxtəlif səbəblərlə bağlı ola bilər: “Əsas səbəblər onunla əlaqədar ola bilər ki, hazırda müxalifət düşərgəsində çalxalanma, siyasi partiyalar və onların liderləri arasında nüfuz savaşı, keçmişə görə ədavət, qarşılıqlı ittihamlar, haqq-hesab çürütmə prosesi xeyli güclənib. Eyni zamanda parlament seçkilərində mandat uğrunda mübarizə ittihamı ilə bəzi siyasi qüvvələr arasında arasıkəsilməz müharibə gedir və savaş səngimir. Bu qüvvələr bir-birini, eləcə də iqtidar onları xaricdən maliyyələşməkdə, habelə xarici anti-Azərbaycan dairələrdən təlimat alıb ölkədə iğtişaş yaratmaqda ittiham edir. Bu zaman ilk növbədə ABŞ-ın adı hallandırılır. Belə bir zamanda ABŞ səfirinin müxalifət qüvvələri ilə görüşməsi vəziyyəti daha da gərginləşdirə, bütün şübhələri fövqəldövlətin üzərinə yönəldə bilər. Ona görə də yeni səfir hələ ki gözləmə mövqeyi tutub.

Digər səbəblərdən biri odur ki, İlham Əliyev islahatlar həyata keçirildiyini bəyan edib, bununla bağlı müvafiq fərmanlar imzalayıb. ABŞ-ın ölkəmizdəki baş diplomatı yəqin ki, belə bir məqamda müxalifətlə görüşmək istəmir və hakimiyyətin islahatlarının gedişatını müşahidə etməyə, nə ilə nəticələnəcəyini gözləməyə üstünlük verir.

Başqa yandan, Azərbaycan Avropa İttifaqı ilə may ayında saziş imzalamaq ərəfəsindədir. Bu məsələyə, bildiyimiz kimi, müxalifət qüvvələrinin də öz fərqli yanaşması var. Məsələn, Əli Kərimli tərəfdarları sazişdə bir sıra müddəalar öz əksini tapmadan onun bağlanmasını məqsədəuyğun hesab etmir, REAL isə əksini düşünür. Belə bir ziddiyyətli dövrdə ola bilsin ki, ABŞ səfiri onlarla görüşməkdən imtina etməklə Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasına müdaxilə etmək istəmədiyini göstərir".

Politoloqun ehtimalına görə, Vaşinqton daha mühüm maraqlar səbəbindən Bakı ilə münasibətləri soyuqlaşdırmaq istəmir: “Azərbaycanda BP-nin timsalında İngiltərənin, habelə Rusiyanın, İranın, ”Bir kəmər bir yol" meqalayihəsini həyata keçirən Çinin, Türkiyənin geosiyasi, iqtisadi, ticarət maraqlarının olması sirr deyil. İngiltərə istisna olmaqla, bütün bu ölkələrlə ABŞ-ın gərgin münasibətləri var. Vaşinqton Ermənistan və Ukraynada faktiki üz-üzə dayandığı Rusiya ilə, NATO müttəfiqi kimi ondan üz çevirən Türkiyə ilə, ticarət savaşı apardığı Çinlə, embarqo tətbiq etdiyi İranla Azərbaycanda qarşılaşmaq istəmir və Əliyev iqtidarı ilə yaxşı münasibəti saxlamaqla, müxalifətdən uzaq məsafədə dayanmaqla burada marağı olan böyük dövlətlərin qarşısında öz marağını təsbit etməyə çalışır. O anlayır ki, indiki həssas dövrdə iqtidarla deyil, müxalifətlə işləsə, Vaşinqtonun nəinki Azərbaycandakı, habelə Azərbaycan üzərindən nüfuz dairəsinə daxil etmək istədiyi Cənubi Qafqaz, İran, Xəzər hövzəsi, Mərkəzi Asiya regionundakı mövqeləri xeyli zəifləyə bilər. Hər zaman bir iqtidarın verə biləcəyi daha çox şey var, nəinki müxalifətin. Vaşinqtondakı bəzi dairələrin planlarına əsasən, müxalifəti iqtidara gətirmək indiki məqamda yalnız “rəngli inqilab” yolu ilə mümkündür ki, Azərbaycanda bunun üçün zəmin yoxdur. Odur ki, ABŞ indiki iqtidarla işləməyə, müxalifətlə görüşüb onu qıcıqlandırmamağa çalışır".

N.Məmmədova hazırkı bəzi radikal müxalifət qüvvələrinə ABŞ-ın əvvəlki kimi etimad bəsləmədiyi faktorunu da fikirlərinə əlavə etdi: “Milli Şuranın Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd və özünün fəxri sədri göstərməsindən sonra oradakı qüvvələrin Rusiya ilə əlaqələri, yeri gəldikdə Rusiya ilə sövdələşməyə gedə biləcəyi ehtimalı Amerikaya onlara inanmağa imkan vermir. Həmçinin REAL-çıların Avropa İttifaqı ilə yaxınlaşmağa çalışması, bir dövr İran səfirliyi ilə təmaslarına görə prokurorluğa çağırılmaları ABŞ səfirini bu yeni özünü müxalifət adlandıran qüvvəyə də artıq şübhə ilə yanaşmağa vadar edə bilər”.

Onu da qeyd edək ki, ABŞ-ın yeni səfiri iki aya yaxındır Azərbaycanda olsa da demokratiya və insan haqları mövzusunda demək olar ki, danışmaması ilə də diqqət çəkir. İki gün öncə isə “Turan” agentliyinin Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatlarını şərh etmək xahişinə cavabında səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: “Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik”.

Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda səfir qeyd edib ki, bu dəyərlər ABŞ siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru