Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                 

“Günahlarım çoxdur...” - İsgəndər Həmidov
Tarix: 19-04-2019, 08:58 | Çap et
“Günahlarım çoxdur...”
Azərbaycan Xalq Hərəkatı parçalanma təhlükəsi ilə üz-üzə qalıb. Qurumun 21 idarə heyəti üzvü iki hissəyə ayrılıb. Aprelin 18-də qruplardan bir tərəf idarə heyətinin fövqəladə toplantısını keçirib.

Toplantıda idarə heyəti üzvündən 8 nəfər iştirak edib. İclası hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparıb. Dönəm sədri ilk olaraq toplantı barədə məlumat verib: “Toplantı 10 nəfər idarə heyəti üzvünün qərarı ilə keçirilir. Bütün idarə heyəti üzvlərinə məlumat verilib. Son zamanlar hərəkat daxilində ciddi problemlər yaşanır. Bu səbəbdən belə bir qərar aldıq ki, problemlər həll yolunu tapsın”.

Daha sonra Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli çıxış edib: “Bu iclas yetərli sayılır. Yanvardan etibarən hərəkatın əsasnaməsi pozulur. 4 nəfər qanunsuz olaraq idarə heyətinə üzv qəbul olunub”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc bu iclasda önəmli qərarların qəbuluna böyük ehtiyacın olduğunu söyləyib: “Bizdən rayonlarda hərəkatın yaradılan şöbələrinin üzvlərinin adları, protokollar gizlədilir. Biz sonradan rayonlarda, ümumiyyətlə, şöbələrin yaradılmadığı barədə məlumat aldıq. Uşaq nağılları ilə son 3 ayda baş aldadılır, hər kəsin üzərinə şübhə atılır. Son olaraq da saxta vatsap yazıları ortaya çıxarıldı. Guya kimsə bu yazıları İsgəndər Həmidova ötürüb. İdarə heyəti üzvlərinin bəziləri İsgəndər bəydən maddi cəhətdən asılıdır. Məhz bu iclasda həmin insanlar iştirak etmirlər. AXH daxilində hakimiyyətin adamları var. O şəxslər aprelin 1-dən etibarən hərəkatı dağıtmaq istəyirlər. Nemət Pənahlının hərəkatdan çıxarılması həmin şəxslərin əli ilə baş tutdu. Kimlərsə məqsədli şəkildə hərəkatı iki hissəyə parçalamaq istəyirlər. Hər kəsin maskası açılacaq. Kimsəyə güzəşt edilməyəcək”.

BAP sədri Elşad Musayev hərəkatın ilk günlərdə problemlərlə yaradıldığını bildirib: “Təzyiq altında yaradılan hərəkatda problemlər olmalı idi. Biz məcburiyyət qarşısında belə toplantı keçirməyə məcbur olduq. İndiyə qədər bir neçə dəfə gərginlik yaşandı və bunlar hərəkata ciddi zərbə oldu. Hərəkat daxilində əks qrup ancaq görüntü naminə nələrsə etməyə çalışır. AXH daxilindəki iki qrup tərəfdən keçirilən görüşlərin hamısında iştirak etmişəm. Bu görüşlər heç nəyi həll etmədi. Biz İsgəndər Həmidovla son olaraq aprelin 17-də görüşdük. Oradakı danışıqlarda gördük ki, heç nə həllini tapmır. Bu vəziyyətdə heç nəyi düzəltmək mümkün deyil. Bəzi hallarda kritik qərarlar vermək lazım gəlir. Hərəkatı düşünənlərin bir arada olması vacibdir. Bura toplanan şəxslər daha intellektual, prosesləri önə apara biləcək şəxslərdir. Kimsə prosesə qoşulmaq istəsə qapı açıqdır. Buradakı insanlar dünyagörmüş insanlardır. Bu təşkilat yenidən qurulmalıdır”.

T.Abbaslı bu iclasda bir sıra şəxslərin idarə heyəti üzvlüyündən uzaqlaşdırılacağının anonslarını verib.

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı çıxışında bu məsələlərə toxunub: “AXH hərəkatı çox böyük problemləri həll etməyi qarşısına məqsəd qoyub. Hərəkat yaradılanda atılan addımlar uğurlu idi. Amma sonradan bəziləri bunun davamını istəmədi. İsgəndər bəyin ətrafında olanlar yerlipərəstliklərini ortaya qoyublar. Bu şəkildə davam etmək mümkün deyildi. Mən buradakı insanların əhatəsində olmaqdan qürur duyuram. Vaxt gələcək, o insanlar etdiklərinə görə peşman olacaqlar”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev ötən iclasda istefa verdiyindən, ancaq istefasının qəbul olunmamasından danışıb: “Bu iclasda iştirak etməyi özümə borc bildim. Şəxsi maraqlar arxa planda olmalıdır. Ümummilli maraqlardan iştirak etmək çox vacibdir. Yerlibazlıqdan uzaq durmaq lazımdır. Hərəkatdakı qanunsuzluqlar aradan qaldırılmalıdır. Aprelin 15-dəki iclasda qərara alındı ki, barışıq əldə olunsun. Amma onun səhəri gün İsgəndər Həmidovun yanındakı adam mətbuata çıxıb şər-böhtanlarını davam etdirdi”.

VİP sədri Əli Əliyev bir qədər geniş danışıb: “Dostlarım müxtəlif aspektlərdən məsələyə qiymət verirlər. Bu iclas tam legitim olduğu üçün qanunidir. Bu səbəbdən hərəkatın qəbul edəcəyi qərar hər kəs tərəfindən qəbul olunmalıdır. AXH daxilində ciddi problemlər yaşanır. Buradakı dostlar problemləri aradan qaldırmaq üçün hər şeyi etdilər. Amma kiçik bir qrup problemlər yaratmaqda davam etdi. Bu hərəkat kimsənin şəxsi hərəkatı deyil. Mənim bir sıra müşahidələrim var. Görünən odur ki, hərəkata kənar təsirlər daha çoxdur, həm hakimiyyət, həm iqtidar tərəfindən. Kimlərinsə sərsəm qərarlarına tabe olmamalıyıq. Hərəkat iqtidar müstəvisində fəaliyyətini davam etdirməlidir. Yanvarın 26-da əsasnamə pozulanda bizlər susduq. İsgəndər Həmidov 4 nəfəri hərəkatın idarə heyətinə qanunsuz üzv edəndə səsimizi çıxarmalı idik. Həmin 4 nəfər iclaslarda iştirak edir, qanunsuz qərarların qəbulunda səs verirlər. Bu şəxslər uzaqlaşdırılmalıdır. 1 aprel iclasında dönəm sədri Tural Abbaslıya qarşı avantüra təşkil olundu. İsgəndər Həmidov o iclasda hətta sədrə qarşı belə qıcandı. Buna hüquqi qiymət verilmədi. Ramiz Tağıyev də eyni davranış nümayiş etdirdi. 15 aprel iclasından sonra Ağasif Şakiroğlu mətbuata çıxıb hər birimizə hörmətsizliyini nümayiş etdirdi, ittihamlar yağdırdı. Həmin şəxs də idarə heyətindən uzaqlaşdırılmalıdır. Şəxsi maraqlarını həyata keçirmək üçün bəzi üzvlər təşəbbüslər göstərirlər. Bunların qarşısı alınmalıdır. Bəzi idarə heyəti üzvləri gözləmə mövqeyindədirlər və gələn iclaslarda onlar da bizə qoşulacaqlar. Biz rayon şöbələri yaradıb, tezliklə hərəkatın Məclisini keçirməliyik. AXH prinsipal qərarlar qəbul etməlidir. Bu parçalanma deyil. Kimsə kiminsə əlaltısıdırsa, bura gəlməyinin mənası yoxdur”.

Yenidən söz alan M.Mütəllimli indiyə qədər fəaliyyətlərinə düzgün qiymət vermədiklərini qeyd edib: "Bu problemin yaranmasında bizlər də günahkarıq. Qanunsuzluqlara göz yummamalı, idarə heyətinin üzvləri təhqir olunanda susqunluq nümayiş etdirməməli idik. Kimlərinsə yazışmaları bizi maraqlandırmır. Qarşımıza ciddi hədəflər qoymuşuq. Növbəti proseslərdə belə hadisələrin yaşanmasına yol verməməliyik. Digər üzvlərimizi proseslərə cəlb etməliyik. Təşkilatlanmağa davam etməliyik. İşimizə mane olanlar buradan uzaqlaşdırılmalıdır".

İclasa idarə heyəti üzvlərindən Londonda yaşayan hüquqşünas Qurban Məmmədov da qatılıb: “Xalqımız bilməlidir ki, qarşımızda ciddi hədəflər var. Hərəkatdakı problemlərdə biz də böyük məsuliyyət daşıyırıq. Şişirtmə ilə hara qədər getmək olardı? Siyahı ilə idarə heyəti formalaşdırılmaz. Siyasət çox ciddi sahədir.Heç bir güzəşt etmədən ciddiliyi əldən vermək olmaz. Ötən iclasda Əli Əliyevə hörmətsizlik ediləndə idarə heyəti üzvlərinin susması məni dəhşətə gətirdi. Bu iclası bütün səfirliklər izləyir. Çünki bir prosesin başlandığını bilirlər. Hərəkat ətrafında tərbiyəsiz oyun oynayanlara cavab verilməlidir. Heç kəsin indiki məqamda xalqı ruhdan salmağa haqqı yoxdur. Kimsə fəaliyyətinin xalqa ləkə olduğunu anlamırsa, elələrindən uzaq durmaq lazımdır. Valeh İbadov və Ağasif Şakiroğlu bu iclasda idarə heyətindən çıxarılmalıdır. Gəlin əl-ələ verək, namusla fəaliyyət göstərək. İstənilən qərar veriləndə xalq nəzərə alınmalıdır. Kim özünü biədəb aparır, xalq görür. Sizlərə uğurlar arzulayıram”.

T.Abbaslı AXH adından sui-istifadə hallarına yol verildiyini bildirib: "Kimisə hərəkatın lideri kimi qələmə verirlər. Hamı bilsin, dönəm sədrliyi var, əlifba siyahısı ilə üzvlər rəhbərlik edirlər".

M.Mütəllimli toplantının qərarlarını açıqlayıb. Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Ramiz Tağıyevə xəbərdarlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub.

Toplantıda hərəkatın Məclisinin aprelin 27-də keçiriləcək iclası və 20 aprelə planlaşdırılan Qarabağ Forumu təxirə salınıb.

İsgəndər Həmidova xəbərdarlıq edilməsi ayrıca səsə qoyulub. M.Mütəllimli buna etiraz edib. Ə.Oruc isə nöqsanlarına görə İ.Həmidova xəbərdarlıq edilməsini təkidlə tələb edib. Səs çoxluğu ilə sabiq daxili işlər nazirinə xəbərdarlıq edilib.

Həmin gün saat 16:00-da isə qarşı tərəf GAP qərargahında fövqəladə toplantı keçirib.

Toplantıda çıxış edən İ.Həmidov S.Kərimov, S.İmanlı, Y.Mikayılov və F.Əhmədlinin idarə heyətinin üzvü olduqlarını bəyan edib: “Bu adamların idarə heyəti üzvü olmalarına həmin şəxslər səs veriblər. Bu gün ölkəmizdə hansı fövqəladə vəziyyət var ki, sizlər belə bir toplantı keçirdiniz? AXH-də heç nə baş verməyib. Hər kəsə müraciət edirəm ki, işlərini görməyə davam etsinlər. Onların iclasları sifarişli idi. 7 nəfərlə 13 nəfərin hərəkatda taleyini həll edirlər. Tələsik iclas niyə keçirdiniz? Kimlərə hesabat verirsiniz? İclas qeyri-legitimdir. Savaş açdılar, qəbul etdik. Məclisin təxirə salınması ilə aldıqları qərarla bağlı deyirəm ki, bu Məclis baş tutacaq. Günahlarım çoxdur, onlardan biri də Nemət Pənahlının hərəkatdan çıxarılması oldu. Ondan üzr istəyirəm”.

Əks qanadın hərəkatdan uzaqlaşdırdığı A.Şakiroğlu qarşı tərəfi xəyanətdə suçlayıb: “Onların etdikləri separatçılıqdır. Onların qərarları ortadakı məlum screenlərin sübutdur. Özlərini ifşa etdilər. Həmin 7 nəfər mütləq cəzalandırılmalıdır. Qurban Məmmədovun hərəkat üçün xidməti o oldu ki, bizi qərargahsız qoydu. Müzakirə ediləsi şəxslər onun dirijorluğu ilə hərəkət edənlərdir”.

İdarə heyəti üzvlərindən Ramiz Tağıyev hərəkatın dağılmadığını bildirib: “Xəyanətkar insanlar hər zaman olublar. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Qurban Məmmədov oradan dəfələrlə təhdidli ifadələr işlədib. Ona cavab vermək haqqımdır. Xalq bilməlidir ki, kimlərin arxasınca gedir. Ruhdan düşmək lazım deyil. Onlarla bir masa ətrafında oturmaq fikrində deyiləm. Bura gələcəklər, yenə də çaxnaşma yaradacaqlar”. S.Kərimov əks tərəfin iclasını qeyri-qanuni adlandırıb: “Üç iclasdır görün nələri müzakirə edirik. Onlar bizi təxribata çəkmək istəyirlər”. V.İbadov hərəkatdan uzaqlaşdırılmasının səbəblərini anlamadığını qeyd edib: “Onlar özlərini buradan uzaqlaşdırdılar. Missiyalarını başa çatdıra bilmədilər”. İ.Həmidov əks tərəfi gələn həftənin ilk günü keçiriləcək iclasa dəvət edib: “O iclasa gəlməsələr, özləri bilərlər. Qərar qəbul ediblər ki, aprelin 20-də Qarabağ Forumu keçirilməyəcək. Mən deyirəm ki keçiriləcək və hər kəsi foruma dəvət edirəm”. Toplantının aparıcısı Həsən Həsənov kimlərisə çıxartmaq fikrindən uzaq olduqlarını söyləyib: “Haqqın yoluna qayıtmasalar, səsə qoyulub kimlərsə çıxarıla da, töhmət də ala bilər. Gələn həftəki iclasda şəxsən mən Qurban Məmmədovun hərəkatdan uzaqlaşdırılması təklifini verəcəm. Qalan 7 nəfəri isə iclaslara dəvət edirəm. Xalq tərəfindən qazandığınız hörməti hansısa vədlərə görə itirməyin. Birinci gün qərarlar qəbul olunacaq”. Sonda səsvermə yolu ilə hərəkatdan çıxarılanlar və töhmət alanlar barədə qərar qeyri-legitim sayılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru