"Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm" - Keçmiş baş nazir
Tarix: 2-04-2019, 08:43 | Çap et
 Yazıçı Alber Kamyu deyirdi ki, dərd insanları birləşdirir. Amma Azərbaycan müxalifətini eyni dərd, eyni amal və hədəflər belə birləşdirə bilmir. Zaman-zaman yaranan birliklər, bloklar “ölü doğuldular” və ya “beşikdə boğuldular”.
Bu tendensiya nə digər keçmiş sovet respublikalarında, nə də Türkiyədə var. Bizdə isə müxalif firqələrin vahidliyi nəinki alınmır, artıq buna inam da dəfn olunub.
Əslində ilin əvvəlindən müxalifət düşərgəsində bir dinamika, “kabinetdən çıxma” halları müşahidə olunurdu: bir tərəfdə Azərbaycan Xalq Hərəkatı elan olunmuşdu, digər tərəfdə Qarabağ Komitəsinə müxalif simalar toplanmışdı, paralel olaraq Milli Şura və Müsavat mitinqlərə başlamışdı. Lakin yenə möcüzə baş vermədi, AXH-də didişmələr baş qaldırdı, Qarabağ Komitəsində qopmalar, parçalanmalar dərinləşdi.
Milli Şura ilə Müsavat 6 və 7 aprel mitinqləri üstündə sosial şəbəkədə qırğına çıxıblar, bir sözlə, bu cəbhənin vitrinində qarşıdurma mənzərəsi var. Niyə? Səbəb nədir? Müxalifət nə üçün bir araya gələ bilmir?
Ortada neft sərvəti yoxdur ki, bölə bilməsinlər, yaxud iqtidara gəlməyiblər ki, vəzifələr uğrunda savaşsınlar...
Qarabağ Azadlıq Təşkilatının sədri, Qarabağ Komitəsinin həmtəsisçilərindən olmuş və sonra qurumu tərk eləmiş Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, səbəblərini birmənalı söyləmək çətindir. Onun sözlərinə görə, Qarabağ Komitəsi ilə cəhd göstərildi və bu qüvvələr bir araya gətirildi: “Avqustda bir qurum meydana gəldi, amma parçalanma başladı. Mən müşahidə elədim ki, burada maraqlar səthidir, şəxsi qəbul edilməzlik nümunələri var, mübarizə ideoloji müstəvidə deyil.
Hiss olunur ki, kənar qüvvələr tərəfindən idarə olunanlar var, özləri qərar vermirlər, bu, şəxsi ambisiyalardır".
A.Nağı təəssüf edir ki, belə vəziyyət yarandı: “Hətta Qarabağ məsələsində də birlik olmadı. Bu proses mənim üçün o adamları tanımaq baxımdan təcrübə oldu”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi ki, Qarabağ Komitəsi siyasi birlik olmadığını elan edib: “Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm və oradakı prosesləri özlərindən soruşsanız yaxşı olar. Üçüncüsü, parçalanmalar, birliklərin dağılması mövcudluğun formasıdır. İqtidarda da işdən çıxarılan nazirlər olur, kadrlar dəyişir, burada faciə yoxdur”.
AĞ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, müxalifət düşərgəsində tez-tez blokların yaranması və parçalanması doğrudur: “Amma bu proseslərin qurucu tərəfi də var və müxalifət iqtidarın xarakterinə baxmayaraq, cəhdlər edir, birliklər yaradır, aktivlik göstərir”.
T.Abbaslının fikrincə, partiyalarda birliklər seçkidən-seçkiyə olan dövrü əhatə edir: “Hər partiyanın öz hədəfi var və daimi onları bir yerdə saxlamaq doğru və mümkün deyil. Blokların tez-tez dağılması əsas deyil, nəticə olmalıdır, siyasi müxalifət ayaq üstə qalmalıdır”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02 |
|
|
|
| • Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19 |
|
|
|
| • Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14 |
|
|
|
| • Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11 |
|
|
|
| • Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34 |
|
|
|
| • Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13 |
|
|
|
| • Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11 |
|
|
|
| • “Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53 |
|
|
|
| • Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51 |
|
|
|
| • “Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45 |
|
|
|
| • Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43 |
|
|
|
| • Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58 |
|
|
|
| • Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52 |
|
|
|
| • Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47 |
|
|
|
| • Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34 |
|
|
|
| • Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27 |
|
|
|
| • “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24 |
|
|
|
| • DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21 |
|
|
|
| • Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16 |
|
|
|
| • Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13 |
|
|
|
| • Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05 |
|
|
|
| • "Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01 |
|
|
|
| • Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54 |
|
|
|
| • Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52 |
|
|
|
| • Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47 |
|
|
|
| • SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43 |
|
|
|
| • "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37 |
|
|
|
| • Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26 |
|
|
|
| • İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42 |
|
|
|
| • Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33 |
|
|
|
| • Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23 |
|
|
|
| • Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04 |
|
|
|
| • “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54 |
|
|
|
| • AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50 |
|
|
|
| • Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42 |
|
|
|
| • Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32 |
|
|
|
| • Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Dünən, 01:19 |
|
|
|
| • “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Dünən, 01:14 |
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
26-06-2026, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
26-06-2026, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
26-06-2026, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
26-06-2026, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
26-06-2026, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
26-06-2026, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
26-06-2026, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
26-06-2026, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
26-06-2026, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
26-06-2026, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
26-06-2026, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
26-06-2026, 15:16 |
|
|
|
|