Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                 

İlqar Məmmədovla bağlı qərar Əli Kərimli üçün “yaşıl işıq”mı? - GƏLİŞMƏ
Tarix: 30-03-2019, 09:24 | Çap et
İlqar Məmmədovla bağlı qərar Əli Kərimli üçün “yaşıl işıq”mı?
Xəbər verildiyi kimi, Ali Məhkəmə REAL Partiyasının sədri İlqar Məmmədovun üzərindəki şərti cəzanı ləğv edib. Partiya sədrinin ölkədən çıxışına olan qadağa da aradan qaldırılıb. Amma bununla belə, onun cinayət işinə tam xitam verilməyib və İ.Məmmədov 2024-cü ilə qədər heç bir seçkidə iştirak edə bilməyəcək.

REAL rəhbəri barəsində verilən bu qərar çoxsaylı müzakirələr doğurub. Onun qarşıdakı zamanda müraciəti əsasında seçkilərdə iştiraklı bağlı üzərində olan qadağanın götürüləcəyinə də ümidlər yaranıb.

Bu məsələ AXCP sədri Əli Kərimlinin 13 ildir xarici pasport ala bilməməsini bir daha gündəm edib. Ekspertlər ölkədə siyasi islahatların başlandığını bildirir və bu islahatlar çərçivəsində İ.Məmmədovun üzərindən şərti cəzanın götürülməsinin davamı kimi AXCP liderinə xarici pasportun verilə biləcəyini qeyd edirlər.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Bu qərarı müsbət addım kimi dəyərləndirirəm. İlqar Məmmədovun həbsi və başqa məsələlər ayrı mövzudur. Avropa Məhkəməsinin İlqar bəylə bağlı iki qərarı olub. Bu da nadir hadisədir ki, eyni məsələ ilə bağlı iki dəfə qərar çıxarılsın. Son nəticədə onun cəzasının götürülməsi müsbət addımdır. Amma bütövlükdə bu qərarı siyasi islahat kimi dəyərləndirməzdim. Novruz bayramında xeyli sayda siyasi məhbuslar əfv olundu, bağışlanıldı. Bununla dövlət özünün humanist addımlarını göstərdi. Prinsip etibarı ilə bu da gələcəkdə siyasi dəyişikliklərin başlanması üçün əsas ola bilər. Bu cür dəyərləndirmək olar ki, hakimiyyət düşərgəsində müxalifətə yönəlik dönüş addımları, müəyyən yumşalmalar var. Siyasi məhbusların bir hissəsinin buraxılması və İlqar Məmmədovla bağlı son qərarı burada misal çəkə bilərik. Bunlar istənilən halda müsbətyönlü addımlardır və münasibətləri bir qədər yumşalda bilər. Bu da gələcəkdə qanunlar əsasında münasibətlər çərçivəsinin formalaşmasına yol aça bilər.

Amma bir daha təkrar edirəm ki, bunları indidən siyasi islahatlar kimi dəyərləndirmək olmaz. Çünki siyasi islahatlar geniş bir sahəni əhatə etməlidir. Siyasi məhbusların azad edilməsi və kiminsə üzərindən cəzanın götürülməsi hər şey demək deyil. Bütün cəmiyyəti, siyasi institutları, münasibətləri əhatə edən və hazırkı situasiyanı dəyişəcək addımlar atılmalıdır. Həm qanunvericilik, həm inzibatı, həm də digər əməli tədbirlər olmalıdır. Centlmen razılaşması səviyyəsində müəyyən razılaşmaların olmasına da ehtiyac duyulur. Gələcəkdə qeyd etdiklərimizin həyata keçəcəyi barədə ümidlənmək olar. İlqar Məmmədovun 2024-cü ilə qədər seçkilərdə iştirak edə bilməyəcəyinə gəlincə, Azərbaycan praktikasında belə hallarla bağlı təcrübə var. Qanunda müəyyən müddət məhbus həyatı yaşamış şəxs barədə əmlak və məhkumluq məsələsi var. 2003-cü ilin prezident seçkilərindən sonra ”Bizim Azərbaycan" blokundan xeyli sayda şəxslər həbs olunmuşdu. Onlar 2005-ci ildə azad olundular, üzərlərindən qanunla məhkumluq götürüldü və həmin şəxslər o ildəki parlament seçkilərində iştirak etdilər. İlqar Məmmədovla bağlı da belə bir qərar verilə bilər. Onun yaxın zamanlarda müraciəti əsasında seçkilərdə iştirakla bağlı ona qoyulan qadağanın aradan qaldırılması mümkündür. Bu da hesab edirəm ki, müsbət, təqdirəlayiq addım olardı".

Q.Əlibəyli AXCP sədrinə xarici pasportun verilməməsindən də söz açdı: “Əli Kərimlinin xarici pasport məsələsi tam qanunsuzdur. Bu barədə dəfələrlə deyilib, yazılıb. Çünki 1994-cü ildə olan və sonradan dayandırılan, artıq müddəti başa çatan cinayət işini əsas götürmək anlaşılan deyil. Bu dövlətin siyasətinə uyğun gəlməyən bir məsələdir. Düşünürəm ki, mövcud iqtidar müəyyən addımlar atmaq, dəyişikliklər etmək istəyirsə, belə problemləri həll etməlidir. Əli Kərimlinin pasport məsələsi müsbət həll olunmalıdır. Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasında olan zamanlardan pasport məsələsi ilə bağlı prosedura başladılmışdı. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Azərbaycanda bütün instansiyalar keçilib və iş Avropa Məhkəməsindədir. Hazırda Avropa Məhkəməsində işin hansı yerdə olması barədə məlumatsızam. Düşünürəm ki, Əli Kərimlininin bu problemi ilə bağlı heç nə etmək lazım deyil. Sadəcə hakimiyyət tərəfindən kimsə göstəriş verməlidir ki, Əli Kərimli gələndə pasportunu verin getsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru